19 İyun 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib

İyunun 2-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.AMB-dan Azərtac-a bildirilib ki, hərracda tələb 51,9 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.xeber100.com

İyun 2, 2020 1:07

Ölkədə pul bazası 10 milyard 921,2 milyon manat təşkil edib

İyunun 1-nə ölkədə pul bazası 10 milyard 921,2 milyon manat təşkil edib.Azərtac Mərkəzi Banka istinadla xəbər verir ki, bu göstərici mayın 1-i ilə müqayisədə 855,5 milyon manat çoxdur.xeber100.com

İyun 1, 2020 8:41

Bakı Fond Birjasının məlumatı əsasında…

İpoteka istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlanıb.Bakı Fond Birjasından (BFB) Azərtac-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2034008683, AZ2035008682, AZ2036008681 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı, istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub.İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, mayın 22-də AZ2034008683, AZ2035008682, AZ2036008681 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, mayın 22-dən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 904.45 AZN təşkil edir. Növbəti faiz ödəniş dövründə 3 faizlik faiz gəliri 904.45 AZN məbləği əsasında hesablanacaq. Bakı Fond Birjasında AZ2034008683, AZ2035008682, AZ2036008681 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 904.45 AZN olması nəzərə alınmalıdır.xeber100.com

May 31, 2020 9:56

Bakı Nəqliyyat Agentliyinin məlumatına görə…

Pirşağı qəsəbəsində aparılan işlərlə əlaqədar iyunun 1-də Y.Əliyev küçəsində (Pirşağı qəsəbəsi) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.Bakı Nəqliyyat Agentliyindən Azərtac-a bildirilib ki, bu səbəbdən 173 və 179 nömrəli marşrutların hərəkət istiqamətləri dəyişdirilərək 179 nömrəli marşrutun son dayanacaq məntəqəsi Y.Əliyev və H.Əliyev küçələrinin kəsişməsi, 173 nömrəli marşrut isə qəsəbəyə daxil olduqdan sonra alternativ olaraq Novxanı-Pirşağı yolu ilə təşkil ediləcək.xeber100.com

May 30, 2020 9:52

Qazaxıstandan aviareyslər tezliklə bərpa olunacaq

Qazaxıstandan Azərbaycana, Çinə və Cənubi Koreyaya aviareyslər tezliklə bərpa olunacaq.Qazaxıstan Sənaye və İnfrastruktur İnkişafı Nazirliyinin Mülki Aviasiya Komitəsinin sədri Talqat Lastayev beynəlxalq hava əlaqəsinin mərhələli uçuşlarının bərpa olunmasını aşıqlayıb.Azərtac xəbər verir ki, ilkin mərhələyə Azərbaycan, Çin, və Cənubi Koreya ölkələri daxil olub.Birinci mərhələdə beynəlxalq uçuşlar koronavirusa yoluxma riskinin aşağı olduğu ölkələrlə Səhiyyə Nazirliyinin tövsiyəsinə uyğun həyata keçiriləcək.Talqat Lastayevin sözlərinə görə, mayın 29-dan bu məsələnin sözügedən dövlətlərin aviasiya nümayəndələri ilə birgə müzakirəsinə başlanılacaq. İkinci mərhələdə isə Türkiyə, BƏƏ, Almaniya, Tayland və Çexiya ilə hava əlaqəsi yenidən başlayacaq.Bu reyslər dərhal başlanmayacaq, bütün instansiyaların razılaşdırılması və epidemioloji vəziyyətdən asılı olaraq ciddi sanitar qaydalara əməl olunmaqla bərpa işləri aparılacaq.xeber100.com

May 29, 2020 11:18

“Azeri Light” markalı neftin qiyməti 0,87 dollar ucuzlaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,87 dollar ucuzlaşaraq 35,13 dollar təşkil edib.Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.xeber100.com

May 28, 2020 9:05

“Light” markalı neftin qiyməti 0,43 dollar ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşır.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,38 dollar geriləyərək 35,79 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,43 dollar ucuzlaşaraq 33,92 dollar təşkil edib.xeber100.com

May 27, 2020 7:43

“Azərbaycan Hava Yolları” QSC-nin məlumatına görə…

Mayın 27-də Milli aviadaşıyıcının çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırılıb."Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətindən Azərtac-a bildirilib ki, ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.Qeyd edək ki, çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.xeber100.com

May 27, 2020 7:22

“Performance Center” şirkəti ölkəyə növbəti avtomobil markasını gətirir

“Performance Center” şirkəti Çinin iki böyük markası - BAİC və JAC-ın Azərbaycandakı rəsmi distributorluğunu əldə edib.“Performance Center” şirkəti 1997-ci ildə “Chevrolet” və “Cadillac” avtomobillərinin Azərbaycandakı rəsmi distribüteri kimi fəaliyyətə başlayıb. 2019-cu ilin avqust ayında isə Özbəkistan istehsalı olan “Ravon” avtomobillərinin Azərbaycandakı rəsmi distribüterliyini alaraq, satışlarını həyata keçirməyə başlayıb.İndi isə öz şourumuna daha 2 beynəlxalq Çin avtomobil markasını qatmağa hazırlaşır. Məlumdur ki, son illərdə keçirilən beynəlxalq avtomobil sərgilərində Çin avtomobilləri öz innovativliyi və güclü xüsusiyyətləri ilə hər kəsin diqqətini çəkməyə başlamışdı. “Performance Center” şirkəti də bu fürsətdən istifadə edərək Çinin 2 böyük markası, BAİC və JAC ilə razılaşaraq, Azərbaycandakı rəsmi distribüterliyini əldə edib. Şirkət, həmçinin müştərilərin rahatlığı üçün onlara avtomobillərin ehtiyat hissələri və servis xidmətini də təklif edəcək.Şirkətin marketinq direktoru Fərid Məmmədli bildirib ki, yaxın zamanda avtomobillərin media və alıcılara təqdimatı olacaq.xeber100.com

May 26, 2020 6:48

Londonun ICE birjasında “Brent” markalı neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti bahalaşıb.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,10 dollar artaraq 35,23 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,27 dollar bahalaşaraq 33,52 dollar təşkil edib.xeber100.com

May 25, 2020 10:09
    Page 77 of 381« First«...102030...7576777879...90100110...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az