“British Council Azərbaycan” təşkilatı Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və Nizami Kino Mərkəzi ilə əməkdaşlıq çərçivəsində aprelin 28-dən mayın 4-dək üçüncü “British Film Spring” festivalını keçirəcək. Festival çərçivəsində Britaniya kinematoqrafiyasının ən yaxşı və ən məşhur yeni filmləri Azərbaycan tamaşaçılarına təqdim ediləcək. Builki festivalda qadınlar tərəfindən və qadınlar haqqında çəkilmiş 6 unudulmaz, çox fərqli film nümayiş olunacaq. Bunlar “Yetkinlik həyatının bacarıqları” (Adult Life Skills), “Mən, Deniel Bleyk” (I, Daniel Blake), “Yan, yan, yan” (Burn, Burn, Burn), “Daşqın” (The Levelling), “Möhtəşəm həyat” (This Beautiful Fantastic) və “Etel və Ernest” (Ethel and Ernest) filmləridir.Azərtac xəbər verir ki, bu barədə aprelin 28-də Nizami Kino Mərkəzində keçirilən mətbuat konfransında məlumat verilib.Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva “British Council Azərbaycan” təşkilatı ilə bir sıra layihələr həyata keçirdiklərini vurğulayıb. “British Film Spring” festivalının digər layihələr kimi maraqla qarşılanacağını söyləyib.Böyük Britaniyanın Azərbaycandakı səfirinin köməkçisi Stefan MakKormik festivalda nümayiş olunacaq filmlərin Britaniya kinosunun möhtəşəmliyini əks etdirdiyini deyib. O, festivalın proqramında dram, komediya, animasiya janrlarında filmlərin yer aldığını vurğulayıb. Qeyd edib ki, filmlər ingilis dilində Azərbaycan dilində subtitrlərlə nümayiş olunacaq.xeber100.com