07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Azərbaycan Kinosu-120,Mədəniyyət

“MENAR” film festivalı çərçivəsində…

Sofiyada keçirilən “MENAR” film festivalı çərçivəsində Azərbaycan filmi gecəsi təşkil olunub.Gecədə Bolqarıstanın dövlət və hökumət nümayəndələri, deputatlar, bu ölkənin aparıcı QHT və KİV təmsilçiləri, Sofiyada akkreditə olunan diplomatik korpusların rəhbərləri, Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri və üzvləri iştirak ediblər.Sofiya şəhərinin meri Yordanka Fandıkova tərəfindən tədbir iştirakçılarına təbrik məktubu ünvanlanıb.Sayca 9-cu olan bu festivalda ilk dəfə olaraq Azərbaycan filmləri nümayiş olunub.Qeyd edək ki, festival bolqar cəmiyyətinə İslam dünyasının mədəniyyəti və ənənələri ilə tanış olmaq imkanı yaradır. “MENAR” film festivalı Balkan regionunda İslam mədəniyyətini nümayiş etdirən ən böyük tədbir hesab olunur. 2009-2016-cı illər ərzində təşkil olunan festivallarda Yaxın Şərq, Mərkəzi Asiya və Şimali Afrika regionundan 300-dən çox film nümayiş etdirilib.xeber100.com

Yanvar 19, 2017 1:25

“Azərbaycanfilm” kinostudiyasının məlumatı…

“İçəri şəhər” bədii filmi Hindistanın 15-ci “Pune” Beynəlxalq Film Festivalının dünya kinosu bölümünə dəvət alıb. “Azərbaycanfilm” kinostudiyasından Azərtac-a bildirilib ki, festival yanvarın 12-dən 19-dək Puna şəhərində keçiriləcək.Xatırladaq ki, “İçəri şəhər” filmi Misirin 38-ci Qahirə, 47-ci Hindistan, Estoniyanın 20-ci Tallin “Qaranlıq gecələr” və Hindistanın 21-ci Kerala beynəlxalq film festivallarında nümayiş olunub.xeber100.com

Yanvar 5, 2017 11:03

Azərbaycanfilm” kinostudiyasının məlumatı…

Rafiq Əliyevin və Cavid Təvəkkülün “Dərs” bədii filmi 15-ci Dəkkə Beynəlxalq film festivalının “Uşaq filmləri” bölümünə dəvət alıb.Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Azərtac-a bildirilib ki, festival yanvarın 12-dən 20-dək Banqladeşin paytaxtı Dəkkədə keçiriləcək.Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyevdir.xeber100.com

Yanvar 2, 2017 1:10

Rusiya istehsalı olan filmlərin nümayişinə başlanılıb

Nizami Kino Mərkəzində “Qar Kraliçası: 3 alov və buz” 3D animasiya və “Vikinq” bədii filmlərinin nümayişinə başlanılıb.Mərkəzin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Rusiya istehsalı olan “Vikinq” filmini rejissor Andrey Kravçuk tarixi dram janrında çəkib.Filmdə rollara Danila Kozlovskiy, Svetlana Xodçenkova, Maksim Suxanov, İqor Petrenko, Andrey Smolyakov, Vladimir Epifantsev, Aleksandr Bortiç, Kirill Pletnev, Aleksandr Ustyuqov, Rostislav Berşauer və başqaları çəkilib.Rusiya istehsalı olan “Qar Kraliçası: 3 alov və buz” 3D formatlı animasiya filminin ssenari müəllifi və rejissoru Aleksey Tsitsilindir.Macəra və ailəvi komediya janrında çəkilən filmdə rolları Natalya Bıstrova, Filipp Lebedyev, Diomid Vinoqradov, Aleksandr Qruzdyev, Mixail Tixonov, Nikolay Bıstrov, Olqa Şoroxova, Olqa Zubkova, Vsevolod Kuznetsov, Fill Savenkov və başqaları canlandırıb.xeber100.com

Dekabr 31, 2016 12:06

“Azərbaycanfilm” kinostudiyasının məlumatı…

“Onun atası” qısametrajlı bədii və “Sarılar – Qarabağ atının izi ilə” sənədli filmləri Hindistanın VI Kəlkətə Beynəlxalq Uşaq Film Festivalına dəvət alıb. Otuz üç ölkədən 200 filmin təqdim olunduğu festival dekabrın 31-dək davam edəcək.Bu barədə Azərtac-a  “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.xeber100.com

Dekabr 24, 2016 1:07

Beynəlxalq film festivalı başa çatıb

Beynəlxalq Livan qısa filmlər festivalı başa çatıb. Festivalın bağlanış mərasimi İstanbul Teatrı Sinema Star salonunda təşkil edilib. Livanın 3 şəhərində - Nabatiyyə, Tripoli və Sur şəhərlərində keçirilən festivala 25 ölkədən 61 film təqdim edilib. Münsiflər heyətinin tərkibi fransalı, ispaniyalı və livanlı mütəxəssislərdən ibarət olub.Azərtac xəbər verir ki, Azərbaycandan təqdim edilən “Sonuncu” filminin aktyoru İdris Rüstəmov ən yaxşı aktyor işinə görə mükafata layiq görülüb.C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Buta Films” şirkətinin birgə istehsalı olan “Sonuncu” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Ekran əsərinin quruluşçu rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov, Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışevdir.xeber100.com  

Dekabr 23, 2016 12:33

“Azərbaycanfilm” kinostudiyasının məlumatı…

Hindistanın 5-ci Delhi Beynəlxalq Film Festivalının müsabiqə proqramında C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Dərs” və “Onun atası” bədii filmlərinin nümayişi baş tutub.“Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, festival Yeni Delhi şəhərində keçirilib.Xatırladaq ki, “Dərs” tammetrajlı bədii filminin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.xeber100.com  

Dekabr 13, 2016 10:51

“Azərbaycan” kinoteatrının fəaliyyəti bərpa olunub

“Azərbaycan” kinoteatrı yenidən fəaliyyətə başlayıb. Bütünlüklə yenilənmiş kinoteatr “CinemaPlus” premium kinoteatrlar şəbəkəsinə daxildir.“CinemaPlus”dan Azərtac-a bildirilib ki, dünya standartlarına cavab verən və iki mərtəbədən ibarət kinoteatrda 3 zal və 190 oturacaq yeri var. Qeyd edək ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsinə “CinemaPlus 28 Mall”, “Cinema Plus Ganjlik Mall”, “CinemaPlus Aygün City”, “Cinema Plus Amburan Mall” və Gəncə şəhərində yerləşən “Cinema Plus Khamsa” da daxildir.xeber100.com

Dekabr 7, 2016 12:28

“Azərbaycanfilm” kinostudiyasının məlumatına görə…

Xalq Yazıçısı Elçinin eyniadlı pyesi əsasında lentə alınan “Qatil” bədii filminin 17-ci Tbilisi Beynəlxalq Film Festivalının “Avropa film forumu” bölümündə nümayişi baş tutub.“Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, festivalda filmin quruluşçu rejissoru Kamran Şahmərdan və icraçı prodüseri Katri Lətt iştirak ediblər.Qeyd edək ki, “Qatil” filmi həmçinin Bakıda keçirilən 6-cı Avropa Film Festivalı və Finlandiyanın “Qara və Ağ” Teatr Festivalında iştirak edib.xeber100.com  

Dekabr 5, 2016 11:55

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə…

“İçəri şəhər” bədii filminin 47-ci Hindistan Beynəlxalq Film Festivalının “Dünya kinosu” proqramında nümayişi baş tutub.“Azərbaycanfilm” kinostudiyasından Azərtac-a bildirilib ki, festival noyabrın 20-dən 28-dək Qoada keçirilib.Qeyd edək ki, film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.xeber100.com  

Noyabr 29, 2016 11:01
    Page 8 of 14« First«...678910...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az