Rusiya Dövlət Akademik Böyük Teatrı təqdim edir

Noyabrın 7-dən 10-dək Rusiya Dövlət Akademik Böyük Teatrında Cakomo Puççininin “Manon Lesko” dördpərdəli operasının premyerası olacaq.Azərtac teatrın saytına istinadla xəbər verir ki, noyabrın 7-də və 9-da səhnə əsərində kral qvardiyasının serjantı Leskonun partiyasını Azərbaycanın Xalq Artisti Elçin Əzizov (bariton), Kavaler de Qriyenin partiyasını Azərbaycanın Xalq Artisti Yusif Eyvazov (tenor) ifa edəcək.Elçin Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, Pyotr Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, Sergey Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, Jorj Bizenin “Karmen”, Modest Musorqskinin “Boris Qodunov”, Cüzeppe Verdinin “Traviata”, “Don Karlos”, Aleksandr Borodinin “Knyaz İqor” operalarında və digər səhnə əsərlərində yaddaqalan obrazlar yaradıb.Əlcəzairdə dünyaya göz açmış Yusif Eyvazov Bakıda böyüyüb. O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. İtaliyada Plasido Dominqo, Luçano Pavorotti, Maqda Olivero, Franko Korelli və Antonio Folyaninin ustad dərslərini dinləyib. Y.Eyvazov Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb, Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq Müsabiqəsinin qalibi olub. Onun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.xeber100.com

İyul 23, 2018 12:16

“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə…

İyulun 18-də “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “YARAT”ın rezidentləri Ozan Atalan (Türkiyə), İlkin Hüseynov və Ehtiram Jabinin (Azərbaycan) əsərlərindən ibarət “Azar. Sevgi. Təbiət” adlı sərgi açılacaq.Azərtac xəbər verir ki, “Artım” layihə məkanında reallaşacaq sərginin əsərləri, rəssamların süniliyə göstərdiyi maraqlarla bağlıdır. Əgər toy mərasimini “biznes” nöqteyi-nəzərindən xırdalasaq, bu, kənardan necə görünər? Geniş vüsət alan urbanizasiya və landşaftların rəqəmsallaşdırılması bizim təbiətlə bağlı qavrayışımıza necə təsir göstərir? Kollektiv dinamikaya cəlb edilən şəxs, kollektivin və şəxsi arasında fərq qoya bilərmi? “YARAT” rezidentləri bu dəfə bizim “həqiqi” və “süni” kimi qəbul etdiyimiz bir çox anlayışların, habelə, bütövlükdə ikili (binar) ayrılığın sevgi, xəstəlik və təbiət mövzuları vasitəsilə məqsədəuyğunluğunu araşdırır.İlkin Hüseynovun “Toyxana” adlı əsəri, Azərbaycan mədəniyyəti və ənənələrinin ən populyar mövzusu olan toyu multimedia layihəsində əks etdirib. Rəssam, öz sənədli yanaşması və statistik araşdırması ilə bir vaxtlar yalnız sayılıb-seçilən qonaqlardan ibarət olan, bu mötədil, kiçikmiqyaslı ənənəvi mərasimin bu gün öz əndazəsindən çıxaraq, ifrat dərəcədə israfçılığın və “yeyib-içməyin” yer aldığı möhtəşəm tədbirə, son dərəcə təmtəraqlı bir şouya çevrilməsini, nəticədə isə ailələri külli miqdarda ziyana, borca salmasını araşdırır. Əsərdə şadlıq evlərinin arxitekturası, bahalı maşınlar, geyimlər və s. kimi toy aksesuarlarını əks etdirən fotoşəkillər, toy statistikasının rəqəmləri və faktiki qida qalıqlarından ibarət instalyasiya daxildir. Bu isə bir növ barokko dövrünün məşhur vanitas janrının duyğusal təcrübəsinə çevrilir və gözəllik, tənəzzül və faniliyi özündə cəmləşdirərək, “mənasız görünüş, miskinlik, fanilik”, hətta “yalan, lovğalıq, iflas və ya absurd” mənasını kəsb edir.Ehtiram Jabinin “Koma” adlı əsərlər silsiləsi, komatoz halın fərdi vəziyyətdən kollektiv vəziyyətlərə qədər metaforik durumunu araşdırır. Fotoşəkillərdə əks edilən obyektlər və situasiyalar gündəlik həyatdan götürülsə də, rəssam onları fərdiləşdirir və melanoxolik, “letargik” qrup mexanizmlərini sərgiləyən güc obyektlərinə çevirir. Sərgi avqustun 12-dək ziyarətçilər üçün açıq qalacaq.xeber100.com  

İyul 12, 2018 11:31