“Azerbaijan Fashion Week” moda həftəsinin 7-mövsümü keçiriləcək

Mayın 17-dən 19-dək Bakıda “Fairmont Baku Flame Towers” otelində “Azerbaijan Fashion Week” rəsmi moda həftəsinin yeddinci mövsümü keçiriləcək. İlk parlament respublikası - Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar “Azerbaijan Fashion Week”də bir sıra dəb nümayişləri təşkil olunacaq.“Azerbaijan Fashion Week” təşkilatçıları Azərtac-a bildiriblər ki, 7-ci mövsümün qonaqları tanınmış azərbaycanlı modelyer-dizayner, Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova, həmçinin Diana Əhədpur Kəngərli, Alex Chzhen, Yerlan Zholdasbek, Makhaim, Mak Mari kimi tanınmış dizaynerlər olacaq.Moda həftəsi çərçivəsində “Azerbaijan Fashion Week” Azərbaycan qadınlarının gözəllik və dəb tarixinə dalmağa imkan yaradacaq. Gözləriniz önündə yüz il müddətində dəyişən obrazlar canlanacaq. Dəb həftəsinin qonaqları son əsrin dəb təkamülünün şahidi olacaqlar.2018-2019 Payız-Qış mövsümü sürprizlər hazırlayır. Azərbaycan dizaynerləri inkişaf edir, güclənir, moda cəmiyyətinin yeni üzvlərinin sayı həndəsi silsilə üzrə artır. Əsas nümayiş proqramı ilə yanaşı, ənənəvi hala çevrilən “Showroom АFW” də təşkil olunacaq.“Showroom АFW”in əsas məqsədi - butik sahibləri və bayerlərə uzun-uzadı vasitəçi zəncirindən yan keçərək və axtarışlar üçün vaxt itirmədən dizaynerlərlə bilavasitə ünsiyyətə girmək, mövsümün yenilikləri barədə öyrənmək, yerində və zamanında öz brendini tapmaq, öz qarderobu üçün yeni geyim seçmək imkanı yaratmaqdır.Öz fəaliyyəti dövründə yüksək səviyyəli təşkilatçılığı və ölkənin moda hadisəsinin aparıcısı statusunu qazanması sayəsində “Azerbaijan Fashion Week”in təşkilat komitəsi, ölkənin və regionun fashion-cəmiyyətində tanınması üçün bir çox tərəfdaşlıq müqavilələri bağlayıb. Hazırda “Mercedes-Benz Fashion Week Russia”, “Kazakhstan Fashion Week”, “Tbilisi Fashion Week”, “Caspian Fashion Week”, “Belarus Fashion Week”, “Krasnodar Fashion Week”, “Volqa Fashion Week” – “Azerbaijan Fashion Week”in tərəfdaşlarıdır.  

May 11, 2018 3:18

Britaniya Film Festivalı başlayıb

Bu gündən etibarən Nizami Kino Mərkəzində Britaniya kinematoqrafiyasının uğur qazanmış ən yaxşı yeni filmləri təqdim olunacaq. Kinosevərlər filmlər artıq Bakıda dördüncü Britaniya Film Baharı Festivalını çərçivəsində izləyə biləcəklər.Azərtac xəbər verir ki, bu sözləri “British Council Azerbaijan”nın rəhbəri Elizabet Vayt jurnalistlərə müsahibəsində deyib.O bildirib ki, festival rəhbəri olduğu qurumun ölkəmizdəki fəaliyyətinin 25-ci ildönümünə həsr edilir. Festival çərçivəsində bir-birindən maraqlı və fərqli 8 film - "Nəfəs al" (Breathe), "Dafna" (Daphne), "Korluq haqqında qeydlər" (Notes of Blindness), "Devid Boui" (David Bowie Is), "Tutqun işıqlar şəhəri" (City of Tiny Lights), "İngiltərə mənimdir" (England is Mine), "Baxıcı" (The Carer) və "Əyri ev" (Crooked House) nümayiş ediləcək.“Endi Serkisin rejissoru olduğu və mükafata layiq görülmüş “Nəfəs al” builki festivalın açılış filmi olacaq. Bütün filmlər ingilis dilində təqdim ediləcək. Filmsevərlər “Nəfəs al”, “Dafna” və “İngiltərə mənimdir” filmlərini Azərbaycan dilində alt yazılarla izləyə biləcəklər. Ümid edirəm ki, Bakı tamaşaçıları bu möhtəşəm filmləri izləmək fürsətini qaçırmayacaq. Biz Britaniya filmlərini və film rejissorlarını Azərbaycan tamaşaçılarına təqdim etmək, innovasiyalar, fərqlilik və mükəmməllik yaratmaq və yaradıcılıq mübadiləsi üçün imkanlar axtarmaq istəyirik”, - deyə E.Vayt söyləyib.xeber100.com  

May 2, 2018 2:32