03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

“Yuğ” Teatrı mart ayının repertuarını təqdim edir

Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı kollektivi gələn ay tamaşaçılarının görüşünə maraqlı səhnə əsərləri ilə gələcək.Azərtac repertuarı təqdim edir: 3 mart -“Sonuncu” 4 mart - “Quş dili” 9 mart - “Fəna” 10 mart - “Medeya Sekvensiya” 11mart- “Metamorfoza” 16 mart -“Məhşər günü” 17 mart - M.F.Axunzadənin əsərləri əsasında “Naməlum Axundzadə” 23 mart - Mərcan Dədənin “Sufi arzuları” musiqili kompozisiyası əsasında “Ründi Şeyda” 25 mart - “Səsimi unutma” 30 mart - “Şok”.xeber100.com  

Fevral 27, 2018 1:47

68-ci Berlin kino festivalının finalında…

“Toxunma” (Touch Me Not) filmi 68-ci Berlin kino festivalının baş mükafatı olan “Qızıl ayı”ya layiq görülüb.Apa-nın xəbərinə görə, bu barədə festivalın münsiflər heyəti ötə gün elan edib.“Toxunma” filmi Rumıniya, Almaniya, Çexiya, Bolqarıstan və Fransa kinematoqrafçıları tərəfindən birgə istehsal olunub. Filmdə öz fobiyaları ilə mübarizə aparan 50 yaşlı Loranın keçdiyi yoldan bəhs edilir.Qeyd edək ki, fevralın 15-dən davam edən Berlin kino festivalında 385 film nümayiş olunub və onlardan 24-ü əsas müsabiqəyə buraxılıb.xeber100.com

Fevral 25, 2018 7:18

“Eurovision-2018”- də təmsil edəcək ifaçı müəyyənləşib

Ukraynanı “Eurovision-2018” mahnı müsabiqəsində təmsil edəcək ifaçı müəyyənləşib. “RİA Novosti”nin verdiyi xəbərə görə, “Melovin” səhnə təxəllüsü ilə çıxış edən müğənni Konstantin Boçarov ölkəsini Lissabonda “Under the Ladder” (Pilləkənin altında) mahnısı ilə təmsil edəcək.Məlumata görə, milli seçim turnirinin qalibi peşəkar münsiflər heyəti və televiziya tamaşaçıları tərəfindən səsvermə ilə müəyyənləşdirilib.Odessada anadan olan 20 yaşlı K.Boçarov 2015-ci ildə Ukraynada keçirilən “X-faktor” vokal şousunun qalibi olub.Xatırladaq ki, portuqaliyalı Salvador Sobral “Amar Pelos Dois” mahnısı ilə Kiyevdə keçirilmiş “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi elan edilmişdi.xeber100.com

Fevral 25, 2018 7:11

V Beynəlxalq Muğam Festivalı keçiriləcək

Bakıda Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən martın 7-dən 14-dək “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı keçiriləcək.Nazirliyin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, festival çərçivəsində Bakı və Gəncə şəhərlərində Azərbaycan və xarici musiqiçilərin iştirakı ilə konsertlərin təşkili, beynəlxalq elmi simpoziumun və muğam müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.Tədbirlərdə iştirak etmək üçün Türkiyə, Moldova, Polşa, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş və başqa ölkələrdən musiqiçi və münsiflər heyəti dəvət olunub.Azərbaycan Milli Elmlər Akademiyasında martın 7-dən 10-dək “Muğam ənənəsi elm və incəsənət qovşağında” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq. Simpoziumda Fransa, Kanada, Hollandiya, Türkiyə, İran, Macarıstan, Özbəkistan və Serbiyadan dəvət olunmuş xarici qonaqlar iştirak edəcəklər.xeber100.com

Fevral 23, 2018 4:00

Nizami Kino Mərkəzi təqdim edir

Fevralın 23-də Nizami Kino Mərkəzində “İran kinosu günləri”nin açılış mərasimi keçiriləcək. Mərasim İranın Azərbaycandakı səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Nizami Kino Mərkəzinin dəstəyi ilə reallaşacaq.Nizami Kino Mərkəzindən Azərtac-a bildiriblər ki, açılış mərasimində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə, bu ölkənin Mədəniyyət və İslami Əlaqələr Mərkəzinin sədri Abuzər İbrahimi Türkman və İran kinematoqrafiyasının tanınmış nümayəndələri iştirak edəcəklər.Mərasimdə rəsmi hissədən sonra “Badiqard” bədii filmi nümayiş olunacaq.Xatırladaq ki, “İran kinosu günləri” ərzində - fevralın 24-də saat 16:00-da və 20:00-da “Xəyalın şirin tamı”, fevralın 25-də həmin saatlarda “Divanə top”, fevralın 27-də saat 18:00-da “Ayaqqabım hanı?” bədii filmləri nümayiş etdiriləcək.Nümayişlərə giriş sərbəstdir.xeber100.com

Fevral 23, 2018 3:56

Musiqili Teatr mart repertuarını təqdim edir

Musiqili Teatrın mart repertuarı maraqlı tamaşalarla zəngindir.Azərtac teatrın repertuarını təqdim edir: 2 mart - “Ər və arvad” 3 mart - “Qırmızı papaq”, “Amerikalı kürəkən” 4 mart - “Yağış göbələyinin macərası”, “Molla Nəsrəddinin beş arvadı” 8 mart - “Toya bir gün qalmış” 10 mart - “Hacı Qara”, “Nuri-didə Ceyhun” 11 mart - “Bir dayan, canavar!” (rus dilində), “O olmasın, bu olsun” 16 mart - “Nuri-didə Ceyhun” 17 mart - “Meşə çaqqalsız olmaz”, “Mən dəyərəm min cavana” 18 mart - “Qoğalın sərgüzəştləri” (rus dilində), “Arşın mal alan” 23 mart - “O olmasın, bu olsun” 24 mart - “Qızıl cücə” (rus dilində), “Bankir adaxlı” 25 mart - “Dəcəl çəpişlər”, “Baladadaşın toy hamamı” 27 mart - Azərbaycan və İran aktyorlarının iştirakı ilə konsert 29 mart - “Arşın mal alan” 30 mart - Azərbaycan və İran aktyorlarının iştirakı ilə konsert 31 mart - “Nuri-didə Ceyhun”.xeber100.com

Fevral 22, 2018 3:51

Pantomima Teatrı mart ayının repertuarını açıqlayıb

Pantomima Teatrının səhnəsində mart ayında maraqlı tamaşalar oynanılacaq.Azərtac teatrın repertuarını təqdim edir: 3 mart - “Dejavü”; 4 mart - “Katarsis”; 10 mart - “Mənim balığımsan”; 11 mart – “Fəlakət və insan” (uşaqlar üçün), “6+1 nömrəli palata”; 17 mart – “Ağ bığlılar”; 18 mart – “Pantomima buketi”; 24 mart – “Ora –bura”; 25 mart – “İt gəzdirən xanım”; 31 mart – “Underground”.xeber100.com

Fevral 20, 2018 2:32

Bakı Dövlət Sirki təqdim edir

Nikaraquanın dünya şöhrətli sirk ulduzu Filip Delqado ilk dəfə martın 16-dan Bakı Dövlət Sirkində “Baharın 18-ci anı” adlı möhtəşəm proqramla çıxış edəcək.Azərtac xəbər verir ki, tamaşaçıları həmişə yeniliklərlə, qeyri-adi nömrələrlə sevindirən Bakı Dövlət Sirki bu dəfə də ənənəsinə sadiq qalıb. Proqrama ekzotik və yırtıcı heyvanlar, cəsarət çarxı, möhtəşəm illüziya şousu, jonqlyor, kəndirbazlar, “Run to infiniti” akrobatlar qrupu, hava nömrələri, korde-balet, qeyri-adi işıq və lazer effektləri, şən klonlar və digər nömrələr daxildir.Biletləri sirkin kassalarından əldə etmək olar.xeber100.com

Fevral 20, 2018 2:27

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

Fevralın 28-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Future Shorts” adlı qisametrajlı film festivalı keçiriləcək.Azərtac xəbər verir ki, yeni qış mövsümü toplusunun nümayişi olan festival yaradıcı qruplar və fərdlər üçün meydan olan “YARAT Freestyle” proqramı çərçivəsində reallaşacaq. Festival çərçivəsində altı ekran əsərinin nümayişi nəzərdə tutulur. İştirakçılar filmləri rus dilində subtitrlərlə izləyəcəklər.Mövcud olduğu 12 il ərzində festival Yaponiyadan tutmuş Braziliyaya qədər böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanıb. Festival bütün dünya boyu peşəkarlar və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır.xeber100.com

Fevral 19, 2018 3:43

BAFTA kino mükafatı qaliblərinin adları açıqlanıb

Londonda BAFTA - Britaniya Film və Televiziya Sənətləri Akademiyası mükafatlarının təqdimetmə mərasimi keçirilib.Rusiya KİV-ləri xəbər verir ki, mükafatların sayına görə “Ebbinq sərhədində üç bilbord, Missuri" liderdir. Ekran işi “Ən yaxşı film”, “Ən yaxşı Britaniya filmi”, “Ən yaxşı orijinal ssenari” nominasiyalarında qalib elan edilib. Aktrisa Frensis MakDormand filmdəki roluna görə “Ən yaxşı qadın rolu” nominasiyasının qalibi olub. “Ən yaxşı kişi rolu” nominasiyasının qalibi isə “Qaranlıq zamanlar” filminin baş rol ifaçısı Heri Oldman seçilib.İkinci yerdə üç mükafatla "Suyun şəkli" qərarlaşıb. “Ən yaxşı rejissor” nominasiyasında “Suyun şəkli” filminə görə Gilyermo del Toro qalib elan olunub. Ekran işi, həmçinin “Filmə ən yaxşı musiqi” və “Ən yaxşı dekorasiya görə” mükafat qazanıb.Üçüncü və dördüncü yerlər isə hərəyə iki mükafatı olan “Ülgüc üzərində qaçış 2049” və “Qaranlıq zamanlar” ekran əsərlərinə məxsusdur.“Xarici dildə ən yaxşı film” nominasiyasında Koreya Respublikasının istehsalı olan "Qulluqçu", “Ən yaxşı animasiya filmi”nə "Kokonun sirri", “Ən yaxşı montaj” işinə görə isə “Sükan arxasında körpə” layiq görülüb.xeber100.com

Fevral 19, 2018 3:40
    Page 86 of 218« First«...102030...8485868788...100110120...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az