19 İyun 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

Kukla Teatrının məlumatına əsasən…

Kukla Teatrı 85-ci mövsümü başa vurur. Yeni tamaşalar, qastrol səfərləri, müxtəlif yerli və beynəlxalq festivallarda iştirak və uğurlu nəticələrlə yadda qalan mövsüm iyulun 16-da başa çatacaq.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, həmin gün tamaşaçılar Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılının motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi və quruluş verdiyi “Tıq-tıq və Taq-taqın nağılı” tamaşasına baxacaqlar.Teatrsevərlərə və kollektivə bayram ovqatı bəxş etmək üçün nəzərdə tutulan son nümayiş təntənəli mərasimlə də yadda qalacaq.Teatrın mövsümün sonuna həsr olunmuş bayram tədbirində il ərzində Azərbaycan Dövlət Kukla Teatrı ilə yaxından əməkdaşlıq edən, onun fəaliyyətini mütəmadi və ətraflı işıqlandıran KİV nümayəndələri də təltif ediləcək. Belə ki, Milli Mətbuat Günü ərəfəsində bir neçə media təmsilçisi “Teatrın dostu” mükafatı ilə təltif olunacaq. Qeyd edək ki, bu miqyasda mükafatlandırma təşəbbüsünü məhz Dövlət Kukla Teatrı gerçəkləşdirəcək.xeber100.com

İyul 13, 2017 1:59

Filarmoniyada yaradıcılıq gecəsi keçiriləcək

İyulun 14-də Filarmoniyada bəstəkar Ceyhun Allahverdiyevin yaradıcılıq gecəsi keçiriləcək.Azərtac xəbər verir ki, gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və solistlər müşayiət edəcək. Konsertin solisti Əməkdar Artist Gülnaz İsmayılova (soprano) bəstəkarın əsərlərindən ibarət bir sıra kompozisiyalar səsləndirəcək.xeber100.com

İyul 12, 2017 11:16

“Fransız tətilləri” proqramının premyerası keçiriləcək

İyulun 22-də Milli İncəsənət Muzeyində “Belle Epoque” - möhtəşəm dövrün möcüzəvi dünyasını əks etdirən “Fransız tətilləri” proqramının premyerası keçiriləcək.Muzeydən Azərtac-a bildirilib ki, proqramın təqdimatına gələn valideyn və övladları muzeydə fransız incəsənətinin ən gözəl nümunələri, kral ailələrinə məxsus məişət əşyaları, əsərləri dünya muzeylərini bəzəyən sənətkarların yaradıcılığı ilə tanış olacaqlar. Onlar yelpiyin məşhur dilini öyrənəcək, hətta bir-biri ilə bu dildə ünsiyyət quracaqlar.Tamaşaçıların iştirakı ilə Parisin rəmzləri yaradılacaq, tematik kölgə teatr tamaşası nümayiş etdiriləcək. Böyüklər üçün isə “Toğrul Nərimanbəyov - Paris xatirələri” adlı mühazirə təqdim olunacaq.xeber100.com

İyul 12, 2017 11:14

Milli Arxiv İdarəsinin məlumatına görə…

Rus Dram Teatrı tərəfindən 351 fotosənəd Dövlət Kino–Foto Sənədləri Arxivinə təhvil verilib.Milli Arxiv İdarəsindən Azərtac-a bildirilib ki, fotosənədlər 2016–2017–ci il teatr mövsümündə sənət ocağının yaradıcılıq fəaliyyətini, teatr xadimlərinin yubiley və xatirə gecələrini əks etdirir.Hazırda fotosənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənəd haqqında məlumat bazası hazırlanır.xeber100.com

İyul 11, 2017 11:59

Pantomima Teatrının məlumatına əsasən…

Pantomima Teatrı Bəxtiyar Xanızadənin ssenarisi əsasında hazırlanan “Adajio” tamaşası ilə mövsümə yekun vurub.Teatrdan Azərtac-a bildirilib ki, səhnə əsərində rəsmlərin quruluşu və musiqi tərtibatı Nargilə Qəribovaya, rəqslərin quruluşu isə Elnur İsmayılova aiddir.“Adajio” müasir Azərbaycan şairlərinin lirikası əsasında qurulmuş ədəbi-musiqili, sözlü-pantomimalı kompozisiyadır.xeber100.com

İyul 10, 2017 12:25

Milli Teatr mövsümə “Qarabağnamə” tamaşası ilə yekun vurub

Akademik Milli Dram Teatrı mövsümə görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə yekun vurub.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur. Aktyorlar əsəri tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırıblar. Zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı tamaşanı daha da baxımlı edib.“Qarabağnamə” teatrın repertuarında xüsusi yer tutan, aktual mövzulu tamaşalardandır. Torpaqlarımızın 20 faizinin işğal altında olduğu, Dağlıq Qarabağ münaqişəsinin xalqımızın ən böyük dərdi olduğu indiki məqamda bu tamaşa xüsusilə aktual səslənir.Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və hökmdar İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.xeber100.com

İyul 10, 2017 12:22

Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb

İyulun 29-dan avqustun 3-dək keçiriləcək IX Qəbələ Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb.Azərtac festivalın saytına istinadla xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək festivalın konsertləri bu il Qəbələ ilə yanaşı, Şəki və İsmayıllı şəhərlərində də təşkil olunacaq.xeber100.com

İyul 10, 2017 12:17

Mədəniyyəti Günləri çərçivəsində…

İranda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Tehranın “Hünər” Sarayında Üzeyir Hacıbəylinin “Ər və arvad” komediyası əsasında hazırlanmış tamaşa nümayiş olunub.Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi tərəfindən təqdim edilən tamaşanın quruluşçu rejissoru Yusif Əkbərovdur.xeber100.com    

İyul 9, 2017 1:06

Rəssamlar İttifaqında “Turan” adlı rəsm sərgisi açılıb

İyulun 7-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda “Turan” adlı rəsm sərgisi açılıb.Azərtac xəbər verir ki, sərgidə Azərbaycan, Türkiyə və Qazaxıstandan olan 9 fırça ustasının əsərləri ziyarətçilərin ixtiyarına verilib.Sərginin açılışından öncə Azərbaycan Rəssamlar İttifaqının katibi A.İbrahimov bildirib ki, sərgidə rəngkarlıq, qrafika, keramika miniatür janrlarında olan əsərlər nümayiş edilir.Vurğulanıb ki, 50-dək sənət əsərinin təqdim edildiyi ekspozisiyada türk xalqlarının etnoqrafiyası və folkloruna həsr edilmiş əsrlər sərgilənir.Xatırladaq ki, sərgi birr həftə davam edəcək.xeber100.com

İyul 8, 2017 8:58

“Yuğ” Teatrının təqdimatında…

“Yuğ” Teatrının yaradıcı kollektivi “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında səhnələşdirilən “Boy” tamaşasını teatrsevərlərə təqdim edib.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, sənət ocağı ideya müəllifi və quruluşu rejissoru Tərlan Engin olan səhnə əsəri ilə mövsümə yekun vurub.Səhnə əsərində insan və onun ideyaları, arzuları, gələcəyə baxışları öz əksini tapıb.xeber100.com

İyul 6, 2017 12:03
    Page 120 of 220« First«...102030...118119120121122...130140150...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az