28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

Dekabrın 7-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Elvin Mirzəyevin “Axına qarşı” adlı yeni eksperimental tamaşası təqdim olunacaq.Azərtac xəbər verir ki, tamaşa istedadlı gənclərin aktyorluq potensialını üzə çıxarmaq məqsədilə “YARAT Teatr Klubu”nda hazırlanıb.Tamaşada kastinqdən uğurla keçən Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və həvəskar aktyorlar iştirak edəcək.Tamaşa 5 klassik əsər (Nizami Gəncəvinin "Yedi Gözəl", Vilyam Şekspirin “Romeo və Cülyetta”, Herman Hessenin “Siddhartha”, yunan mifi “Orfey və Evridika” və Mixail Bulqakovun “Ustad və Marqarita”) əsasında hazırlanıb.xeber100.com

Dekabr 1, 2017 1:19

“İpək Yolu” festivalı keçiriləcək

Almaniyanın Höte İnstitutu dekabrın 5-də Almaniya, Türkiyə, Gürcüstan, Qazaxıstan və Azərbaycandan olan tanınmış musiqiçilərin iştirakı ilə “Bakı İpək Yolu” festivalı təşkil edəcək.Bu barədə Azərtac-a Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat veriblər.Festival çərçivəsində Bakıda caz konsertləri, musiqi seminarları, eləcə də müxtəlif sərgilər təşkil ediləcək.Tədbirə qatılan incəsənət xadimlərinin təmsil etdikləri ölkələr tarixi İpək Yolunun bir hissəsini təşkil edir. Almaniyada formalaşmış ideyaya görə bu yol nəinki məhsul, eləcə də Şərq ilə Qərb arasında incəsənət və ideya mübadiləsi üçün əlverişli imkandır.Tədbirlər “Kapellhaus”, Şirvanşahlar Sarayı, “Rotunda Jazz Club” və “Chamber&Organ Music Hall”da keçiriləcək. Konsertlərə giriş sərbəstdir.Festival dekabrın 14-dək davam edəcək.xeber100.com

Dekabr 1, 2017 1:06

“Azərbaycanfilm” kinostudiyasının məlumatına görə…

“Qırmızı bağ” və “İçəri şəhər” bədii filmləri Çində keçirilən 4-cü “İpək Yolu” beynəlxalq film festivalında nümayiş olunub.Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Azərtac-a verilən məlumata görə, kinostudiya və “Weit Media” kino şirkətinin birgə istehsalı olan “Qırmızı bağ” filminin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssam Leonid Karpov, bəstəkar Salman Qəmbərov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.Rollarda Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Badıyev və başqaları çəkiliblər.Kinostudiyanın istehsalı olan “İçəri şəhər” filminin isə ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssam Bütünay Haqverdiyev, prodüseri Müşfiq Hətəmovdur. Rolları Təhminə Rafaella, Mehriban Zəki, Firdovsi Atakişiyev, Elmira Şabanova və başqaları canlandırıblar.Filmi festivalda rejissor İlqar Safat və aktrisa Mehriban Zəki təmsil ediblər.Qeyd edək ki, hər iki film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə lentə alınıb.xeber100.com

Dekabr 1, 2017 12:25

“Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə Səmərqənddə “Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində konsert proqramı və Qarabağ geyimlərinin dəb sərgisi keçirilib.Tədbirdə Səmərqənd şəhər hakimiyyətinin, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin, Səmərqənd Dövlət Universitetinin (SDU) rəhbərliyi, bu qədim şəhərdə yaşayan Azərbaycan diasporunun nümayəndələri, universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.Çıxış edən natiqlər milli geyimlərin hər bir xalqın tarixini, mədəniyyətini, ənənələrini nümayiş etdirdiyini, azərbaycanlıların Qarabağda yaratdığı zəngin mədəni irsin bütün dünyada maraqla qarşılandığını qeyd ediblər.xeber100.com

Dekabr 1, 2017 12:22

“Çölçü” filmi beynəlxalq elmi konfransda

“Çölçü” filmi beynəlxalq elmi konfransa daxil edilən beş filmdən biri olub.Bu barədə filmin rejissoru Şamil Əliyev bildirib. Qeyd edib ki, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən elmi konfrans “İslam dünyası və kino” mövzusuna həsr edilib. İslam dünyasına aid beş rejissorun filmi həmin konfransa salınıb. Türkiyədən Nuri Bilgə Ceylan, Misirdən Yusif Şahin, Qazaxıstandan Bayqazin və İrandan Həqiqinin filmləri də həmin konfransda nümayiş və təhlil olunacaq.Şamil Əliyev filminin elmi konfransın siyahısına salınmasının səbəbini bir müddət əvvəl Çikaqoda qazandığı uğurun nəticəsi olaraq görüb. O, “Çölçü”nün Çikaqoda “Art House Blow-UP” film festivalında Antonioni və Tarkovski mükafatının nominantı olduqdan sonra Avropa və Amerikada ali məktəblərin kino fakültələrinə dərs vəsaiti kimi salındığını deyib.xeber100.com

Noyabr 30, 2017 2:14

Musiqili Teatrın dekabr repertuarında…

Musiqili Teatrın dekabr repertuarı maraqlı tamaşalarla zəngindir.Teatrın repertuarını təqdim edirik: 1 dekabr - “Hacı Qara”, “Qısqanc ürəklər” 2 dekabr - “Bremen musiqiçiləri və Pen”, “www.ferzeli-kef.com” 3 dekabr - “Bir dayan, canavar!” (rus dilində) , “Bankir adaxlı” 8 dekabr - “Fransızsayağı qarnir” (rus dilində), 9 dekabr - “Düyməcik” (rus dilində), “Baladadaşın toy hamamı” 10 dekabr - “Qırmızı papaq”, “Amerikalı kürəkən” 15 dekabr - “Molla Nəsrəddinin beş arvadı” 16 dekabr - “Qızıl toy” 17 dekabr - “Arşın mal alan” 22 dekabr - “Silva” (rus dilində) 23 dekabr - “Mən dəyərəm min cavana” 24 dekabr - “Toya bir gün qalmış” 30, 31 dekabr- Yeni il şənlikləri.xeber100.com

Noyabr 30, 2017 2:08

“İslam həmrəyliyi” mövzusunda müsabiqə elan olunub

Xətai Sənət Mərkəzində “İslam Həmrəyliyi İli” çərçivəsində Xətai rayon məktəbliləri arasında “İslam həmrəyliyi və multikultural dəyərlər tolerantlığın əsasıdır” mövzusunda müsabiqə elan olunub.Müsabiqə Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti, rayon bələdiyyəsi, rayon gənclər və idman idarəsi və Mərkəzin təşkilatçılığı ilə keçiriləcək.Xətai Sənət Mərkəzindən Azərtac-a bildirilib ki, məqsəd yetişməkdə olan gənc nəslə bir daha əsrlər boyu formalaşmış adət-ənənələrimizi, mənəvi və multikultural dəyərlərimizi və keçmişimizi unutdurmamaqdır.Müsabiqədə əsasən, İslam ölkələrinin oxşar adət-ənənələrini, milli geyimlərini, o cümlədən, dostluğu-qardaşlığı, humanizmi, tolerantlığı və sülhü özündə əks etdirən əsərlər seçiləcək.Sərgi-müsabiqədə 14 yaşa qədər uşaqlar iştirak edə bilərlər. İştirak etmək istəyənlər əsərlərini dekabrın 5-dən 12-dək Xətai Sənət Mərkəzinə təqdim etməlidir.Seçilmiş əsərlər sərgilənəcək və müəlliflərə diplomlar təqdim olunacaq.xeber100.com

Noyabr 30, 2017 2:06

Kukla Teatrı dekabr repertuarını təqdim edir

Kukla Teatrının dekabr repertuarı maraqlı tamaşalarla zəngindir.Azərtac teatrın repertuarını təqdim edir: 1 dekabr - Nicat Kazımov "Ələddin", rus xalq nağılı “Durnabalığı” 2 dekabr - Canni Rodari "Çipollino" 3 dekabr - rus xalq nağılı "Qoğal" 8 dekabr - Samuil Marşak "Pişiyin evi", Tofiq Ağayev "Qoçaq Əhməd" 9 dekabr - "Turp", Canni Rodari "Çipollino" 10 dekabr - Şarl Perro "Qırmızı papaq", rus xalq nağılı "Qoğal" 15 dekabr - Kəmalə Ağayeva "Göyçək Fatma", rus xalq nağılı "Durnabalığı" 16 dekabr - Əli Səmədli "Cik-cik xanım", Canni Rodari "Çipollino" 17 dekabr - Abdulla Şaiq "Tıq-tıq və Taq-taqın nağılı", Tofiq Ağayev "Qoçaq Əhməd" 22 dekabr - Vladimir İlyuxov "Oyaq gözəl" 23 dekabr - Əhməd Oruc "Zınqırovlu pişik", rus xalq nağılı "Qoğal"; 24 dekabr - Mirmehdi Seyidzadə "Cırtdan", Tofiq Ağayev "Qoçaq Əhməd" 27-31 dekabr - "Qış nağılı".xeber100.com    

Noyabr 30, 2017 2:03

“Little Voice” layihəsinin ilk tədbiri keçirilib

“YARAT” Müasir İncəsənət Mərkəzində uşaqlar üçün “Little Voice” layihəsinin ilk tədbiri keçirilib.Azərtac xəbər verir ki, “Dünya uşaqların gözü ilə” adlı tədbir 9-15 yaş arası uşaqlar üçün nəzərdə tutulub.Tədbir çərçivəsində doqquz uşaq - spikerin maraqlı çıxışları və istedadlı uşaqların rəqsi, habelə müxtəlif musiqi nömrələri səsləndirilib.Tədbir uşaqlara öz ideyalarını, hekayələrini və layihələrini bölüşməyə imkan yaradan platforma kimi yadda qalıb.xeber100.com

Noyabr 29, 2017 2:21

Opera və Balet Teatrı təqdim edir

Dekabrın 6-da Opera və Balet Teatrında Ü.Hacıbəylinin “Əsli və Kərəm” operası nümayiş olunacaq.Teatrdan məlumat verilib ki, bu dəfə səhnə əsərində Əsli rolunu gənc xanəndə Sədəf Budaqova ifa edəcək. Operada gənc xanəndənin tərəf müqabili teatrın solisti Elnur Zeynalov isə Kərəm partiyasını canlandıracaq.Bundan başqa, sənət ocağında dekabrın 10-da Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası təqdim olunacaq. Gənc muğam ifaçısı - Rəvanə Qurbanova operada Leyli rolunu ifa edəcək. Məcnun rolunda isə səhnəyə Əməkdar Artist Səbuhi İbayev çıxacaq.Hər iki səhnə əsəri Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva tərəfindən idarə olunacaq.xeber100.com

Noyabr 29, 2017 2:19
    Page 97 of 219« First«...102030...9596979899...110120130...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az