Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 88-ci teatr mövsümünün yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, iclası giriş sözü ilə açan teatrın direktoru, Əməkdar Artist, ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov mövsüm ərzində əldə edilən uğurlar, təqdim olunan yeni tamaşalar, beynəlxalq qastrol və festivallar, müxtəlif ölkələrlə teatrımız arasında həyata keçirilmiş aktyor və rejissor mübadilələri haqqında ətraflı məlumat verib. Direktor 88-ci teatr mövsümünün nailiyyətləri ilə yanaşı, yeni – 89-cu teatr mövsümü üçün nəzərdə tutulmuş yaradıcılıq planlarından, hazırlanacaq tamaşalar, beynəlxalq qastrol və festivallar, yeni layihələrdən də söz açıb. Daha sonra Teatr və ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin təsis etdiyi “Sima” mövsümi Teatr Mükafatı öz sahiblərinə təqdim olunub. Qaliblərə diplomlar və pul mükafatları təqdim edilib. Mükafatlandırma mərasimindən sonra tədbir möhtəşəm konsert proqramı ilə davam etdirilib.xeber100.com