Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 85 illik yubileyi münasibətilə balaca istedadlar arasında müsabiqə elan edib. Belə ki, teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasına istedadlı uşaqların qəbuluna başlanılıb. Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, sentyabrın 6-dan 26-dək davam edəcək müsabiqədə 5-15 yaşlı uşaqlar iştirak edə bilərlər. Teatr üçün həvəskar aktyorların yetişdirilməsi məqsədilə keçirilən müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan Dövlət Kukla Teatrına (saat 13:00-15:00) müraciət etməlidirlər. Peşəkar aktyorluq və rejissorluq, xoreoqrafiya və vokal üzrə pedaqoqların seçəcəyi uşaqlardan tələb olunan əsas keyfiyyətlər səhnədə özünü sərbəst ifadə, səs və xoreoqrafiya bacarıqlarıdır. Qeyd edək ki, fəaliyyətində “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramındakı teatr-studiyaları ilə bağlı bəndi rəhbər tutan “Oyuq” illərdi keçdiyi uğurlu yaradıcılıq yolu ilə öz fərqini göstərə bilib. Belə ki, studiyanın yetirmələri Türkiyə, Rusiya, Makedoniya və Bolqarıstanda təşkil olunan beynəlxalq festival və müsabiqələrdə uğurla təmsil olunaraq dəfələrlə yüksək mükafatlara layiq görülüblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…