Dünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir…

Hazırda Avropada vəhşi quşlar arasında A(H5N8) virusunun yayılması müşahidə edilir. Dünya Səhiyyə Təşkilatının (DST) ekspertləri hesab edirlər ki, insanın quş qripinə yoluxması ehtimalı minimaldır. Lakin onların hamısı sayıqlıq nümayiş etdirməyi, xəstə quşlara yalın əllə toxunmamağı, quş ətindən yemək hazırlayan zaman maksimum ehtiyatlı olmağı, habelə yeri hakimiyyət orqanlarını xəstə quşlar barədə məlumatlandırmağı məsləhət görürlər.Azərtac BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, 2016-cı ilin iyun ayında DST-nin Avropa Regional Bürosuna Avstriya, Macarıstan, Almaniya, Danimarka, İsrail, Niderland, Polşa, Rusiya, Xorvatiya və İsveçrə ərazilərində vəhşi quşlarda, bəzi hallarda ev quşlarında A(H5N8) quş qripinin ən patogen formalarından birinin aşkar edilməsi barədə informasiya daxil olub.İnsanların H5N8 virusuna yoluxma riskinin cüzi olduğunu qeyd edən həkimlər virusun mutasiya edə biləcəyini istisna etmirlər. Onlar xatırladıblar ki, əvvəllər insanların quş qripinin belə tiplərinə yoluxması ilə bağlı ayrı-ayrı hallar qeydə alınıb.2014-cü ildən etibarən bu, regionda vəhşi və ev quşları arasında yaranmış artıq ikinci A(H5N8) qripi ocağıdır. Quş qripinin bu növü külli miqdarda quşun, o cümlədən toyuq, ördək və qazların tələf olmasına gətirib çıxarır.xeber100.com

Noyabr 29, 2016 1:31

“Avropa İİV-ə testləşmə həftəsi” kampaniyası çərçivəsində…

Respublika QİÇS-lə Mübarizə Mərkəzi "Avropa İİV-ə testləşmə həftəsi" kampaniyası çərçivəsində maarifləndiriçi tədbirləri davam etdirir.Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, kampaniya çərçivəsində “Park bulvar”, “Metropark” ticarət mərkəzlərində, eləcə də Bakı Texniki Kolleci, Mingəçevir Politexnik İnstitutu, Azərbaycan Texniki Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası və Şəki Tibb Kollecində İİV-lə bağlı müayinələr keçirilib.Aksiyalar zamanı mərkəzin mütəxəssisləri İİV infeksiyası və ondan qorunma üsulları, sağlam və təhlükəsiz həyat tərzi barədə iştirakçılara ətraflı məlumat veriblər. Tədbirlərdə könüllü olaraq 4 mindən artıq insan İİV-lə bağlı test müayinəsindən keçiblər. Bununla yanaşı, "Avropa İİV-ə testləşmə həftəsi” kampaniyası çərçivəsində ölkənin bir necə şəhər və qəsəbəsinin sakinləri arasında İİV-lə bağlı müayinələr aparılıb, broşür və bukletlər paylanılıb. Aksiyalar zamanı vətəndaşlara pulsuz və anonim qaydada ekspress-testdən keçmək və 15 dəqiqə ərzində öz İİV statusunu müəyyən etmək imkanı yaradılıb.Xatırladaq ki, “Avropa İİV-ə testləşmə həftəsi” kampaniyasında bu il Avropanın 54 ölkəsindən 800-dən çox dövlət və ictimai təşkilat iştirak edib.xeber100.com

Noyabr 29, 2016 11:09

Dünya Səhiyyə Təşkilatının məlumatı…

BMT bütün dünya ölkələrini uşaqları qızılcadan qorumaq üçün immunlaşdırma üzrə fəaliyyətlərini gücləndirməyə çağırıb. BMT-nin saytı xəbər verir ki, 2000-ci ildən 2015-ci ilədək qızılcadan ölüm halları 79 faiz azalsa da, hələ də bu təhlükəli virusdan hər gün təxminən 400 uşaq ölür. “Qızılcanın qarşısının alınması mümkündür. Bizdə vasitələr və biliklər bu məqsədin həyata keçirilməsi üçün yetərlidir. Yalnız siyasi iradə və hər bir uşağa kömək etmək istəyi çatışmır. Uşaqlar belə bir iradənin təzahürü olmadan bu xəstəlikdən yenə də öləcəklər. Böyük xərclər çəkmədən xəstəliyin qarşısını asanlıqla almaq olar”, - deyə UNICEF-in nümayəndəsi Robin Nandi bildirib.2000-ci ildən 2015-ci ilədək vaksinasiya üzrə aparılan kütləvi kampaniya sayəsində 20,3 milyon insanın həyatını xilas etmək mümkün olub. Lakin bu hamını əhatə etməyib. Ötən il 20 milyon uşaq qızılcaya qarşı peyvənd almayıb. Təxminən 134 min uşaq bu xəstəlikdən ölüb. Efiopiya, Hindistan, İndoneziya, Nigeriya, Pakistan və Konqo Demokratik Respublikasında uşaqların yarısı peyvənd almadığı üçün onların ölüm hallarının 75 faizi qızılcanın payına düşüb. “Hər il milyonlarla uşaq peyvənd olunmur, vəziyyət tamamilə qəbuledilməzdir. Bizim etibarlı və yüksək keyfiyyətli vaksinlər bu uşaqların həyatını xilas edə bilər”, - deyə Dünya Səhiyyə Təşkilatının (DST) nümayəndəsi Jan-Mari Okva-Bele bəyan edib. O bildirib ki, bu il Şimali və Cənubi Amerika qızılcadan azad bölgələr elan edilib. Son illərdə dünyanın bir çox ölkələrində uşaqların qızılca əleyhinə peyvəndlə əhatə səviyyəsi xeyli azalıb. Ekspertlər əmindirlər ki, məhz bu tendensiya Misir, Efiopiya, Almaniya, Qırğızıstan və Monqolustanda qızılca xəstəliyinin baş verməsinə gətirib çıxarıb.xeber100.com

Noyabr 14, 2016 10:18

Dünya Səhiyyə Təşkilatının proqnozlarına görə…

Hazırda dünyada 415 milyona yaxın insan şəkərli diabetdən əziyyət çəkir. Bu xəstəliyin profilaktikası və müalicəsi vaxtında aparılmasa, çox ciddi fəsadlar törədə bilər. Böyük sürətlə yayılan bu xəstəlik ciddi sosial–tibbi problemlər yaradaraq ölkələrin iqtisadiyyatına, ailələrin maddi durumuna təsir edir. Dünya Səhiyyə Təşkilatının (DST) proqnozlarına görə, 2040-cı ilədək diabetdən əziyyət çəkənlərin sayı 642 milyona çata bilər. Azərbaycanda isə 212 577 nəfər diabet xəstəsi rəsmi olaraq qeydiyyatdadır. Bu il üçün dövlət büdcəsindən şəkərli diabetlə bağlı dövlət proqramına 40,1 milyon manat vəsait ayrılıb. Azərtac xəbər verir ki, bu barədə noyabrın 11-də Səhiyyə Nazirliyinin təşəbbüsü ilə akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Dünya Diabet Gününə həsr olunmuş konfransda məlumat verilib. Tədbirdə bildirilib ki, insanların ömürlərinin azalmasına səbəb olan bu xəstəliyə diqqətin cəlb olunması məqsədilə 1991-ci ildən DST-nin və Beynəlxalq Diabet Federasiyasının tövsiyələrinə görə, noyabrın 14-ü Dünya Diabet Günü kimi qeyd edilir. BMT-nin Baş Məclisinin 2006-cı il dekabrın 20-də qəbul etdiyi qətnaməyə əsasən Dünya Diabet Günü 2007-ci ildən başlayaraq BMT-nin rəsmi günü elan edilib. Noyabrın 14-ü Fredirik Bantinqin anadan olduğu gündür. Bu görkəmli insan Çarlz Best ilə 1922-ci ildə insulini kəşf etməklə diabetli insanların müalicəsində yeni bir eranın başlanğıcını qoyublar.xeber100.com

Noyabr 11, 2016 11:57