Kaktusun sağlamlığa faydaları

Kompüterin zərərli şüalarından qoruması keyfiyyəti ilə daha çox tanınan kaktus əslində sağlamlıq baxımından tam super bir qidadır. Bəs kaktusun bilmədiyiniz faydaları nələrdir, kaktusu yemək olarmı? Vitamin və mineral baxımından olduqca zəngin olan kaktusun yarpaqları özəlliklə Latın Amerikasında salatlar və yumurta ilə yeyilir. lent.az kaktusun sağlamlığa faydalarını təqdim edir. Xolesterolu aşağı salır Vyana universiteti tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, kaktus yarpaqlarının xolesterolu aşağı saldığı təsbit edilib. Fransada aparılan digər araşdırmaya görə isə, kaktus trigliserti səviyyəsini aşağı salır və ürək xəstəlikləri riskini azaldır. Şəkər xəstəliyinə faydalıdır Kaktus yarpaqları qandakı şəkər miqdarını azaldaraq piylənmə və şəkər xəstəliyindən qoruyur. Qan şəkəri səviyyəsini 11% azaldır. Kaktus yarpağı xərçənglə mübarizə aparır Antioksidan özəlliyi olan kaktus yarpaqları hüceyrədə fəsadlara səbəb olan və xərçəngə zəmin yaradan sərbəst radikallara qarşı sağlam hüceyrələri qoruyur. Həzmi dəstəkləyir Kaktus yeməyin həzmə yaxşı təsir etdiyi deyilir. Bağırsaq hərəkətlərini sürətləndirir, bədəndəki köpü azaldır və sellülitə qarşı da effektlidir. Arıqladır Az kalorili kaktus yarpağının 100 qramı 16 kaloridir. Arıqlamaq istəyənlər istifadə edə bilər. Beyin hüceyrələrini qoruyur Kaktus meyvəsinin və köklərinin beyindəki neyronları qoruyan flavanoid tərkibli olduğu bilinir. İltihabı azaldır Əzələ, mədə-bağırsaq yolundakı və damarlardakı yanmanı azaldır. "Kuersetin" adlı flavonoid sayəsində hüceyrə fəsadını azaldır və ağrıkəsici kimi təsir edir. Kaktus necə yeyilir? Kaktusu yemək üçün tikanlarını yaxşı təmizləyin. Salata doğraya, ya da zeytun yağı ilə ovduqdan sonra qızardıb bişirə bilərsiniz. Yumurta və pendir ilə omlet kimi hazırlamaq olar.     Kompüterin zərərli şüalarından qoruması keyfiyyəti ilə daha çox tanınan kaktus əslində sağlamlıq baxımından tam super bir qidadır. Bəs kaktusun bilmədiyiniz faydaları nələrdir, kaktusu yemək olarmı? Vitamin və mineral baxımından olduqca zəngin olan kaktusun yarpaqları özəlliklə Latın Amerikasında salatlar və yumurta ilə yeyilir. Milli.Az lent.az-a istinadən istinadən kaktusun sağlamlığa faydalarını təqdim edir. Xolesterolu aşağı salır Vyana universiteti tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, kaktus yarpaqlarının xolesterolu aşağı saldığı təsbit edilib. Fransada aparılan digər araşdırmaya görə isə, kaktus trigliserti səviyyəsini aşağı salır və ürək xəstəlikləri riskini azaldır. Şəkər xəstəliyinə faydalıdır Kaktus yarpaqları qandakı şəkər miqdarını azaldaraq piylənmə və şəkər xəstəliyindən qoruyur. Qan şəkəri səviyyəsini 11% azaldır. Kaktus yarpağı xərçənglə mübarizə aparır Antioksidan özəlliyi olan kaktus yarpaqları hüceyrədə fəsadlara səbəb olan və xərçəngə zəmin yaradan sərbəst radikallara qarşı sağlam hüceyrələri qoruyur. Həzmi dəstəkləyir Kaktus yeməyin həzmə yaxşı təsir etdiyi deyilir. Bağırsaq hərəkətlərini sürətləndirir, bədəndəki köpü azaldır və sellülitə qarşı da effektlidir. Arıqladır Az kalorili kaktus yarpağının 100 qramı 16 kaloridir. Arıqlamaq istəyənlər istifadə edə bilər. Beyin hüceyrələrini qoruyur Kaktus meyvəsinin və köklərinin beyindəki neyronları qoruyan flavanoid tərkibli olduğu bilinir. İltihabı azaldır Əzələ, mədə-bağırsaq yolundakı və damarlardakı yanmanı azaldır. "Kuersetin" adlı flavonoid sayəsində hüceyrə fəsadını azaldır və ağrıkəsici kimi təsir edir. Kaktus necə yeyilir? Kaktusu yemək üçün tikanlarını yaxşı təmizləyin. Salata doğraya, ya da zeytun yağı ilə ovduqdan sonra qızardıb bişirə bilərsiniz. Yumurta və pendir ilə omlet kimi hazırlamaq olar.

Fevral 6, 2016 7:55

Saç tökülməsinin səbəbi

Saç tökülməsinin səbəbi nə olur olsun qarşısı alına bilər, ancaq itirilən saçı hər zaman geri qaytarmaq mümkün deyil. Məsələn, bədəndə dəmir çatışmazlığı və qansızlıqdan qaynaqlanan saç tökülməsinin qarşısını almaq olar, ancaq itirilən saçı geri qaytarmaq mümkün deyil. Əgər saç tökülməsi normaldan daha çox, xüsusən də bəlli bir bölgələrdə daha çox yaşanırsa, hamamda, yastıqda tökülən saçların miqdarında artım varsa və bu hal 3 aydan çox davam edirsə, hər əlinizi atdığımızda 3-4 tel qopursa, mütləq həkimə getmək lazımdır. Bir də fəsil tökülmələri var ki, bu da daha çox yaz ayında yaşanır, 2-3 ayda bitər. Çox tez-tez saç fenləməyin Saçı yuyarkən və darayarkən tökülməsi normaldır. Ancaq durduğunuz yerdə hər əlinizi atdığınızda saç tökülürsə, həkimə gedin. Yaxşı yatın. Qırmızı ət və bol taxıl məhsulları yeyin. Çox sıx edilməməsi şərti ilə boyanın saça ziyanı olmaz. Ancaq saçları çox fenləmək saç dibinə zərər verir. Saçı çox sıx yığmaq da yanlışdır. Saç tökülməsinə qarşı məsləhətlər Saç diblərinin masaja ehtiyacı var. Hər gün 3 dəqiqə saç diblərini masaj edin. Yarım qəhvə fincanı soya yağı, iki xörək qaşığı badam yağı, bir çay qaşığı dəniz duzu, bir çay qaşığı alma sirkəsini əridin. Qarışımı saç diblərinə sürtüb masaj edin. Sonra streç sellofanla sarıyıb iki saat saxlayın. Saç diblərini, saçları bal və yumurta sarısı ilə masaj edin. Başınızda yarım saat saxlayın. İlıq su ilə durulayın 2-3 həftə boyunca hər yeməkdə bir stəkan suya bir çay qaşığı alma sirkəsi qarışdırıb için. Saçlarınızı qidalandırmaq üçün alma sirkəsi və adaçayını qarışdıraraq saçınızı bu qarışımla durulayın. İsti zeytun yağı, bal və 1 çay qaşığı toz halında darçını qarışdıraraq hamama girmədən əvvəl 15 dəqiqə boyunca bunu saçlarınızda saxlayın. Saçlarınızın azaldığı qisimləri qızarana qədər soğanla ovun, ardından da bal sürtün. 1 fincan xardal yağını 4 xörək qaşığı xına yarpağı ilə qaynadın. Süzdükdən sonra qalan suyu bir şüşəyə doldurun və saç dərinizə müntəzəm olaraq bununla masaj edin.

Fevral 6, 2016 3:08

Şəkərli diabet xəstələrinin aşkar edilməsi

Nazirlər Kabineti "2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı"nı təsdiq edib. APA-nın məlumatına görə, şəkərli diabet xəstələrinin aşkar edilməsi işinin yaxşılaşdırılması nəticəsində qeydiyyata götürülən xəstələrin sayı son 10 il ərzində 3 dəfədən çox artıb, bu xəstəlik səbəbindən  ölüm səviyyəsi 2 dəfədən çox enib. Aparılan tədbirlərə baxmayaraq, bütün dünyada olduğu kimi, Azərbaycan Respublikasında da şəkərli diabetlə xəstələnənlərin sayı ilbəil artır. "2016-2020-ci illər üçün şəkərli diabet üzrə Dövlət Proqramı" şəkərli diabetin profilaktikasına,   xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsinə və xəstəlik nəticəsində yaranan fəsadların qarşısının alınmasına yönəldilib. Dövlət Proqramının məqsədi şəkərli diabet xəstəliyinin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasından ibarətdir. Dövlət Proqramına əsasən Səhiyyə Nazirliyi 2016-2020-ci illərdə şəkərli diabet xəstəliyinin kompensasiya mərhələsinin müəyyən edilməsi məqsədi ilə endokrinoloji yardım göstərən  tibb müəssisələrinin qlükozalaşmış hemoqlobinin təyini üçün avadanlıq və reaktivlərlə təmin edilməsini, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən ixtisaslaşdırılmış tibbi yardımın həcminin və keyfiyyət standartının müəyyən edilməsini, şəkərli diabetə düçar olmuş uşaq və gənclərin uçotunun aparılması, onlara növündən və tipindən asılı olmayaraq təhsil aldıqları bütün təhsil müəssisələrində tibb mütəxəssisləri və müəllimlər vasitəsilə xüsusi nəzarətin təşkil edilməsini təmin etməlidir.  

Fevral 6, 2016 2:52

Vertiqo hər yaşda müşahidə edilə bilər

Tarazlıq pozulması ilə özünü göstərən vertiqo (baş gicəllənməsi) hər yaşda müşahidə edilə bilər. Hətta müalicə edilmədikdə xəstəni yatağa salacaq vəziyyətə gətirib çıxara bilən narahatlıqdır. Gündə bir neçə dəfə başınız gicəllənirsə və gündəlik ritminiz pozulursa, deməli, sizdə başgicəllənməsi problemi var. Aile.lent.az türkiyəli həkim Kenan Bıkıcının baş gicəllənməsi haqqında fikirlərini təqdim edir. Vertiqo ciddi qəbul olunub müalicə edilmədikdə iş və həyat tərzinə görülə biləcək formada mənfi təsir edir. Vertiqoya səbəb olan xəstəliklərin bəzi göstəriciləri var. Bunlar qulaq cingildəməsi, ürək bulanması, qusma, tərləmə, görmə pozuntusu, eşitmə qabiliyyətinin itirilməsidir. Əgər vertiqo hər hansı bir infeksion xəstəliklə əlaqədardırsa, qızdırma, yüksək hərarət və hərarət də müşahidə edilə bilər. Həkim vertiqonun xəstəlik yox, gizlində olan xəstəliyin əlaməti olduğunu deyir: “Başgicəllənməsi insanlar arasında tez-tez rast gəlinən narahatlıqlardan biridir. Vertiqo yüngül baş fırlanması və tarazlığın pozulması ilə başlayıb, çox şiddətli və xəstəni yataqdan qalxa bilməyəcək hala salan klinik göstəriciləri var. Sizdə baş gicəllənməsi olub-olmadığını adi bir testlə yoxlaya bilərsiniz. Ayaq üstə dayanıb öz ətrafınızda 2-3 dəqiqə fırlanın və ya önə doğru əyilərək başınızla dairə çəkin. Qısa müddət sonra ətrafınızda hər şey fırlanmağa, özünüzü pis hiss etməyə başlayırsınızsa, deməli, sizdə vertiqo var”.     Vertiqonun yaranma səbəbləri   Benign Paroksismal PozisiyalıVertiqo (BPPV): Başgicəllənməsinin ən çox rast gəlinən səbəblərindəndir. Daxili qulağın içində olan yarımdairə kanallarda yerləşən böyrək daşına oxşayan kristallarla izah edilir. Başın mövqeyindən mənfi təsirlənir və xüsusi manevrlərlə qısa müddətdə düzəldilə bilir.   Meniere xəstəliyi:Daxili qulaqda yer alan yarım dairə kanallarındakı mayedə arzuedilməyən bir zərbəyə bağlı olaraq yaranan başgicəllənməsidir. Qulaq cingildəməsi və gedərək özünü daha çox göstərən eşitmə qabiliyyətinin azalması ilə müşahidə edilir. Bu cür hallar qulaq, burun, boğaz həkimlərinin nəzarətində olmalıdır.   Vestibulyarneyronit: Əsasən mövsüm keçidlərində müşahidə edilən, bəzi viruslarla əlaqəli olduğu deyilən, az ağrılı, lakin qəfil hücum formasında olan başgicəllənməsi kimi ortaya çıxır. Nevrologiya mütəxəssisləri tərəfindən nəzarət altında saxlanılır.   Beyinciyin təsirlənməsi ilə bağlı başgicəllənməsi:Beyinciyi qidalandıran damarlarda qəfil ortaya çıxan tıxanıqlıq və ya beyincikdə qəfil yaranan qanamayla özünü göstərir. Tez-tez damar sərtliyi və ya yüksək təzyiqi olan yaşlı xəstələrdə müşahidə edilir. Xəstələrdə anidən başlayan baş fırlanması ilə yanaşı, yerimədə problemlər, məsafə görüntüsündə pozuntu, baş ağrısı, ürək bulanma və qusma müşahidə edilir. Bu hallarla rastlaşdığınız halda mütləq nevroloqa müraciət edin. Çünki həyati təhlükəli vəziyyətə düşə bilərsiniz.   Vertiqinozmiqren: Əsasən orta yaşlı insanlarda baş ağrısı və baş gicəllənməsi ilə müşahidə edilir. Miqrenə bənzər baş ağrısı ilə ortaya çıxır. Müalicəsi miqren müalicəsinə uyğun aparılsa, hər iki problem aradan qalxa bilər.   Multipl skleroz:Xüsusən orta və daha gənc yaşlarda başlayan baş gicəllənməsi ilə başlayır. Beyin xəstəlikləri mütəxəssisləri tərəfindən asanlıqla diaqnoz qoyula və müalicə edilə bilər.   Tarazlıq sinir şişləri:Son illər cib telefonundan istifadə hallarının artması ilə bağlı yayılan beyin şişidir. Əsasən eşitmə və tarazlıq sərhəddinin keçidlərindən qaynaqlanan şişlərdir. Bu diaqnoz qoyulduğu zaman əməliyyata ehtiyac yarana bilər.   Yaralanma:Kəllədə meydana gələn, daxili qulağı da zədələyən bir qırıqdan sonra vertiqoyla birlikdə ürək bulanması və eşitmə qabiliyyətinin itirilməsi də müşahidə edilir. Bu cür baş gicəllənməsi bir neçə gün davam edir.   Allergiya:Bəzi insanlar allergiyası olduğu qidaları yedikdə və ya havada yaranan problem onlara təsir etdikdə baş gicəllənməsi yarana bilər. Bunlardan başqa, qocalıq, miqren, depressiya və psixoloji səbəblər də vertiqoya səbəb ola bilər.     Vertiqodan qorunmağın yolları:   Stresdən uzaq olun.   İmmunitet sisteminizi qüvvətləndirin. Sağlam və təbii qidalar yeyin. Günə yumurta ilə başlayın. Gündə bir ovuc qoz, badam, fındıq, fıstıq yeyin. Mütləq süd için. Protein tərkibli qidalar yeyin.   D vitamini qəbul edin. Günəşli havada olun.   Duzu azaldın. Duz daxili qulaqlarda maye artmasına səbəb olur və baş gicəllənməsinə gətirib çıxarır.   Bol su için.   İdman edin.   Başınızı tez-tez və qəfil sağa-sola çevirməyin.   Maşını sürətlə sürməyin.   Lunaparklardakı yelləncəklərdən uzaq durun  

Fevral 6, 2016 2:31

Artıq kilodan azad olmanın yolları

Səhər yeməyinin əhəmiyyəti müzakirə olunmazdır. Xüsusən də pəhriz saxlayanlar səhər yeməklərində tox tutan qidalara üstünlük verməlidirlər. Aile.lent.az arıqlamağa kömək edən və uzun müddət tox saxlayan qidalar haqda məlumatları təqdim edir.   Qəhvə: Tərkibindəki kofein sizi hərəkətə gətirəcək. Əgər səhərlər idman edirsinizsə, idmandan 45 dəqiqə əvvəl içilən qəhvə tez tərləmənizə, bu isə daha çox yağ yandırmanıza səbəb olacaq. Əgər qəhvə içdikdən sonra idman etsəniz, 15 faiz daha çox yan yandırmış olarsınız. Buna görə də təzyiq probleminiz yoxdursa, səhərlər qəhvə içə bilərsiniz.   Banan: Banan həm tox tutması, həm də ləzzətli olduğu üçün səhər yeməklərində  əvəzedilməz meyvədir. Tərkibindəki zəngin potasium ürəyə qüvvət verir, eyni zamanda immunitet sistemini gücləndirir. İmmunitet sistemini gücləndirən meyvələr sırasında ilk yerdədir.   Yumurta: Yumurta səhər yeməklərinin ulduzu və vazkeçilməz qidasıdır. Yumurta protein qaynağıdır. Mükəmməl bir bədənə sahib olmaq istəyirsinizsə və ya kökəlməkdən qorxursunuzsa, mütləq menyunuza yumurta əlavə edin. Səhər yeməklərində qayğanaq, yumurta-pomidor və ya qaynadılmış formada yumurta yesəniz, gün ərzində tox qalacaqsınız. Bundan başqa, idmanla məşğulsunuzsa, məşqçinizlə məsləhətləşərək yumurtanın ağına üstünlük verə bilərsiniz.   Qarağat: Bağırsaq metabolizmasını nizama salması baxımından qarağat səhər yeməklərində əvəzedilməz giləmeyvədir. Bundan başqa, mədə spazması və ya mədə xorası üçün qarağatın fövqəladə xeyri var. Antioksidan xüsusiyyəti ilə yanaşı, infeksiyalara qarşı qoruyucu gücə malikdir. Buna görə də immunitet sisteminin qoruyucularından biridir.   Çiyələk: B və C vitamini tərkibli çiyələk damar tıxanıqlığının qarşısını alır və xolesterolu aşağı salır. Bundan başqa, fosfor və dəmir tərkibi yüksəkdir. Gününüzü daha sakit və sağlam keçirmək istəyirsinizsə, səhərlər 8-10 dənə çiyələk yeyin. Çiyələk antioksidan xüsusiyyəti sayəsində enerjili gün keçirməyinizi təmin edəcək.   Çay: Çay dünyada ən çox içilən içkilərdəndir. Səhər yeməklərində içilən çayın oyandırıcı təsiri var və günü daha sakit keçirməyinizi təmin edir. Lakin çox çay içmək qan səviyyəsini aşağı salır. Bu isə halsızlığa səbəb olur. Buna görə də mümkündürsə, çayı açıq və limonlu için.   Süd: Proteini bol olan qidaları yesəniz, həm uzun müddət tox qalarsınız, həm də sağlam formada çəki atarsınız. Buna görə də səhər saatlarında süd içməyi qidalanma proqramınıza daxil edin. Səhər içilən süd sonrakı yeməklər zamanı daha az qidalanmanıza səbəb olacaq. Bundan başqa, südün tərkibindəki zəngin kalsium qaynağı sümük və diş sağlamlığı üçün vacibdir. Buna görə də həm uşaqlarınız, həm də özünüz gün ərzində süd içməyə üstünlük verin.   Kəpəkli çörək arası yemək: Səhər yeməyinə vaxtınız yoxdursa, ən praktik çıxış yolu çörək arası qidalanmadır. Bununla gün ərzində bədəniniz ehtiyacı olan karbohidratı çörəkdən, arıqlamaq üçün isə lazım olan proteini pendirdən ala bilər. Çörək həm də kəpəkli olmalıdır. Kəpəkli çörək qan səviyyəsi aşağı olanlar üçün da ən yaxşı qidadır.

Fevral 6, 2016 2:17

Qidaların möcüzəvi gücü

Xərçəngin qarşısını alan qidaların möcüzəvi gücündən yararlanmaq lazımdır. Aile.lent.az xərçəngdən qoruyan qidalar haqqında məsləhətləri təqdim edir.   Soya lobyası   Bir çox xəstəlikdə olduğu kimi xərçəngdən qorunmaq üçün də düzgün qidalarla sağlam və nizamlı qidalanmaq vacib rol oynayır. Xərçəngə qarşı qidalara isə soya lobyası başçılıq edir. Xüsusən də estrogen hormonuna olan təsiri ilə sidik kisəsi xərçənginin qarşısını almaq gücünə malikdir. Yapon alimləri sübut edib ki, soya əsaslı zülal yeyən kişilərin mədə xərçənginə tutulma riski daha aşağıdır. Lakin döş xərçəngi olan insanlar estrogen təsirli olduğu üçün soyadan uzaq durmalıdırlar.   Üzüm   Xərçəng hüceyrələrinin toksin təsirini məhv etdiyi üçün böyümələrinə mane olan üzüm, sağlam hüceyrələrin də qorunmasını təmin edir. Bir çox araşdırmalar üzüm çəyirdəyinin xərçəng növlərinə qarşı qoruyucu təsiri olduğunu sübut edib. Üzüm dəri və döş xərçəngi riskini azaltmaq üçün çox faydalıdır.   Yaşıl çay   Polifenol tərkibli yaşıl çay xüsusən xərçəngə qarşı qoruyucu təsiri ilə məşhurdur. Yaşıl çayın mədə və bağırsaq xərçənginə qarşı müsbət təsiri hər kəs məlumdur. Xərçəng böyümələrinin yavaşlanması və yayılmasına olduqca yaxşı təsir edən tərəfləri də sübut edilib.   Brokoli   Brokoli çiy yeyildiyi zaman acı dad versə də, bu dadın xərçəngə qarşı qoruyucu təsiri var. Sütun və prostat xərçəngi riskini azaldır.   Balıq   Somon, sardalya kimi bir çox balıq növlərində olan Omega 3 göz və beyin hüceyrələrinin qorunması üçün təsirli gücə malikdir. Bir çox araşdırmalar döş, prostat və bağırsaq xərçənglərinə qarşı qoruyucu təsir göstərdiyini də sübut edib.   Soğan-sarmısaq   Soğan tərkibində olan “organosulfur” ilə birlikdə bir çox xərçəng növünə qarşı qoruyucu təsirə malikdir. Soğan qədər sarımsaq da təsirli qidadır. Tərkibindəki A və C vitaminləri və az miqdarda olan kalsium, potasium, kükürd və sink kimi mineralları sayəsində sarımsaq dəri, sütun, ağciyər xərçəngi və leykoza qarşı qoruyucu təsirə malikdir.   Naringi   C vitamini tərkibli olan naringi antioksidan təsiri ilə xərçəngə qarşı qoruyucu gücə malik qidadır. Gündə iki dənə yeyilən naringi xərçəngin qarşısını ala bilər.   Limon   Yüksək antioksidan tərkibi olan limon qabığı nazik soyulub yeyildikdə xərçəngə qarşı qoruyucu gücünü daha çox nümayiş etdirir. Xüsusən də qaraciyər, ağciyər, mədə və dəri xərçənginə qarşı qoruyucu təsir göstərərək döş və pankreas vəzi xərçənginin müalicəsi zamanı qidalanma proqramına daxil edilir.   Kətan toxumu   Döş xərçəngi olan xəstələrin kətan toxumu yeməsi məsləhət deyil. Lakin dəri xərçəngi və bu kimi xərçəng növlərinin yayılmasının qarşısını alır.   Brüssel kələmi   Yüksək lif tərkibi olan brüssel kələmi başda sütun xərçəngi olmaqla qaraciyər və ağciyər xərçəngi kimi bir çox xərçəng növlərinə qarşı qoruyucu gücə malikdir. Toxumalarda şişin böyüməsinin qarşısını alan qidalar sırasındadır.    

Fevral 6, 2016 1:58

Yüksək təzyiqin fəsadları

Yüksək təzyiq qan damarları içindəki yüksək təzyiq, ürək və böyrək xəstəliyi kimi sağlamlıq problemlərinə səbəb olur. Yüksək təzyiq illər boyu əlamətlərini biruzə verməyə bilər. Lakin bu müddətdə göz, böyrək, beyin və ürəkdə ciddi problemlərə səbəb ola bilər.   Yüksək təzyiqin iki tipi var:   Primer hipertoniya - səbəbi bilinməyən yüksək təzyiq əsasən yetişkin dövrlərdə olur   Sekonder hipertoniya – səbəbi olan, lakin bilinməyən vəziyyətdə yaranan yüksək təzyiq. Bunlara böyrək xəstəlikləri, adrenal – böyrəküstü şişlər, tiroid xəstəlikləri, bəzi dərmanlar (doğuş dərmanları, soyuqdəymə dərmanları, kokain və s.), xroniki spirtli içki istifadəsi, yuxu gətirən dərmanlar və s. daxildir   Yüksək təzyiqin risk faktorları:   Yaş: kişilərdə 45, qadınlarda 65-dən sonra risk artır İrq: ağdərili insanlarda daha çoxdur Ailə ilə bağlı Piylənmə Hərəkətsiz həyat tərzi Siqaret Duzu bol olan pəhriz Potasiumdan kasad pəhriz D vitamini çatışmazlığı Spirtli içki Stress Xroniki vəziyyətlər: xroniki böyrək xəstəliyi, yuxu kimi problemlər     Yüksək təzyiq nəzarət altına alınmadıqda bu kimi problemlər yaradır:   İnfarkt riski: Yüksək qan təzyiqi damarları sərtləşdirir və qalınlaşdırır. Bu cür vəziyyət infarkta səbəb olur. Anevrizma: Yüksək qan təzyiqi qan damarlarını zəiflədərək balonlaşmasına və anevrizmanın yaranmasına səbəb olur. Bir anevrizma deşilərsə, həyati təhlükə yarana bilər. Ürək çatışmazlığı: Damarlardakı qan yüksək təzyiqə məruz qaldığı üçün daha çox işləmək məcburiyyətində qalır. Qalınlaşan ürək əzələləri bədənin ehtiyaclarını qarşılaya bilmir və ürək çatışmazlığı yaranır. Böyrək və qan damarlarında daralma və zəifləmə: bu cür vəziyyət də orqanların normal işləməsinə mane olur. Göz damarlarının qalınlaşması, daralma və yırtılma: Bu cür vəziyyət görmə qabiliyyətinə mane olur. Metabolik sindrom: Bu cür vəziyyət yüksək insulin səviyyəsi ilə müşahidə edilir. Bu isə diabet, ürək xəstəlikləri meydana gətirir. Yaddaş və qavrama qabiliyyəti problemləri: Nəzarət edilə bilməyən yüksək qan təzyiqi xatırlama, öyrənmə qabiliyyətini zəiflədir.     Bu və ya digər risk faktorları aşkarlandıqda mütləq həkimə müraciət edin.  

Fevral 6, 2016 1:56