Xarici İşlər Nazirliyinin məlumatı əsasında…

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan San-Marino Respublikasının xarici işlər üzrə dövlət katibi Nikola Renzinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsində mütəmadi olaraq yüksək səviyyəli görüşlərin keçirilməsinin vacibliyini vurğulayıblar.Tərəflər Azərbaycan və San-Marino arasında ticarət əlaqələrinin iki ölkənin potensialına uyğun olmadığını qeyd edib, bunun daha da dərinləşdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar. Bu məqsədlə nazirlər iqtisadi-ticarət əlaqələrinin təşviq edilməsi üçün iki ölkənin biznes dairələri arasında birbaşa təmasların yaradılmasının və biznes forumların keçirilməsinin vacibliyini bildiriblər.Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub. Nazir Elmar Məmmədyarov ölkəmizin “Ekspo 2025”ə ev sahibliyi etmək üçün müraciət etməsi barədə həmkarına məlumat verib.Elmar Məmmədyarov həmsöhbətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqda geniş məlumat verib, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb.Söhbət zamanı nazirlər kənd təsərrüfatı, humanitar, turizm, idman və digər sahələrdə əməkdaşlıq imkanları barəsində fikir mübadiləsi aparıblar.Sonda tərəflər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə San-Marino Respublikasının Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu”nu imzalayıblar.xeber100.com

May 2, 2018 3:59

Milli Məclisin növbəti plenar iclasında

Mayın 1-də Milli Məclisin plenar iclası keçirilir.Azərtac xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. Bildirilib ki, gündəliyə 52 məsələ daxildir.Əvvəlcə iclasda Milli Məclisin komitələrinin yeni üzvlərinin seçilməsi haqqında müzakirələr aparılacaq, həmçinin insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək.Sonra “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarının layihələrinə baxılacaq.Deputatlar İnzibati Xətalar, Cinayət, Əmək, Miqrasiya, Cinayət-Prosessual, İnzibati Prosessual, Mülki Prosessual, Cəzaların İcrası, Torpaq məcəllələrində, həmçinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Şərəf” və “Dostluq” ordenlərinin təsis edilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Siyasi partiyalar haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Telekommunikasiya haqqında”, “Xidməti və mülki silah haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Yol hərəkəti haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Müdafiə haqqında”, “Dövlət qulluğu haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Torpaq islahatı haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında”, “Mədəniyyət haqqında”, “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında”, “Memarlıq fəaliyyəti haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”, “Mühasibat uçotu haqqında”, “Sosial sığorta haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrini nəzərdən keçirəcəklər.Bundan başqa, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsinə baxılacaq, həmçinin "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək.xeber100.com

May 1, 2018 3:45

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 90 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikasının Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqedzor kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altındakı Göyarx, Çiləbürt, Ağdam rayonunun Nəmirli, Şıxlar, Cəvahirli, Qaraqaşlı, Şirvanlı, Seyidli, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.xeber100.com

Aprel 27, 2018 1:55