Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 126 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Ermənistan Respublikasının İcevan rayonunun Paravakar, Vazaşen kəndlərində və adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Şavarşavan, Dovex, Barekamavan kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Bala Cəfərli, Cəfərli, Qaymaqlı, Fərəhli və Kəmərli kəndlərində, Berd rayonunun Ayqepar, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Koxanəbi, Ağbulaq və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Qaraqaşlı, Yusifcanlı, Baş Qərvənd, Şıxlar, Mərzili, Nəmirli, Cəvahirli, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Aşağı Veysəlli, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Mart 23, 2017 8:02

“Radio Courtoisie”də Qarabağ münaqişəsindən bəhs olunub

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu ölkənin “Radio Courtoisie” radiosunun qonağı olub.Səfir Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun tarixindən danışaraq, onun ölkəmizin əzəli torpağı olduğunu vurğulayıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən E.Əmirbəyov bu regionunun və onun ətrafında 7 rayonun erməni silahlı qüvvələrinin işğalı altında olmasını, münaqişə nəticəsində bir milyon Azərbaycanlının doğma yurdundan didərgin düşməsini diqqətə çatdırıb. Bildirib ki, 613 mülki şəxsin – qadınların, uşaqların və qocaların qətlə yetirildiyi Xocalı soyqırımı bu münaqişənin ən qanlı səhifəsi olub. Ermənistanın prezidenti Serj Sarkisyanın Xocalı genosidində birbaşa əli var və o, qərb jurnalistlərinə müsahibəsi zamanı bunu etiraf edib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərsiz çıxarılmasını tələb etməsinə baxmayaraq, Ermənistan 24 ildir bu qətnamələrə riayət etmir.Proqramda ölkəmizdə həyata keçirilən islahatlardan, iqtisadiyyatın, eləcə də enerji daşıyıcılarının diversifikasiyasından, turizmin, aqrar sektorun inkişafından danışılıb. “Alov Qüllələri”ndən, Qız Qalasından, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən İçərişəhərdən, Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında yer alan Novruz bayramı ənənələrindən bəhs olunub.Səfir Azərbaycan –Fransa əlaqələrinə toxunaraq, Bakıda fəaliyyət göstərən Fransız liseyi və universiteti, eləcə də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzi haqqında məlumat verib.xeber100.com

Mart 22, 2017 1:57

Atəşkəs rejimi 128 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 128 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Vazaşen, Berkaber kəndlərində və adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Şavarşavan, Voskevan, Barekamavan kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Bala Cəfərli, Cəfərli, Qızılhacılı, Quşçu Ayrım, Qaymaqlı və Kəmərli kəndlərində, Berd rayonunun Ayqepar, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Koxanəbi, Ağbulaq kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Yusifcanlı, Baş Qərvənd, Şuraabad, Şıxlar, Mərzili, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Aşağı Veysəlli, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Mart 21, 2017 4:26

Müdafiə Nazirliyinin məlumatına əsasən…

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 143 dəfə pozub.Müdafiə Nazirliyindən Azərtac-a bildirilib ki, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Şavarşavan, Voskevan, Barekamavan, Berdavan, Dovex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Fərəhli, Quşçu Ayrım, Qaymaqlı, Kəmərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari, Ayqepar, Mosesqex, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu, Əlibəyli, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Yarımca, Göyarx, Ağdam rayonunun Qaraqaşlı, Baş Qərvənd, Mərzili, Nəmirli, Şıxlar, Şirvanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Aşağı Veysəlli, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.xeber100.com

Mart 20, 2017 6:45