Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı bəyanat verilib

ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun həmsədri, Tennesi ştatından konqresmen Stiv Kohen yüzlərlə günahsız insanın ölümü ilə nəticələnən Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı bəyanat verib.Konqresmen bəyanatında Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalının 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin hücumuna məruz qaldığını və həmin dəhşətli gecədə 600-dən çox silahsız insanın, o cümlədən 106 qadının və 83 uşağın vəhşicəsinə öldürüldüyünü qeyd edir.Bəyanatda bildirilir ki, atəşkəsin əldə edilməsindən 20 ildən çox vaxt keçməsinə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu da daxil olmaqla, 20 faiz ərazisi hələ də işğal altındadır. Bir milyondan çox azərbaycanlı öz evindən didərgin düşüb.Konqresmen, həmçinin Azərbaycanın işğal edilmiş əraziləri boyunca təmas xəttində toqquşmalar kontekstində ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri olaraq Azərbaycan-Ermənistan münaqişəsinin həlli istiqamətində səylərini artırmasının vacibliyini bildirir.Daha sonra ABŞ Konqresinin üzvü Azərbaycanın çox çətin qonşuluq mühitində olmasına baxmayaraq, bir çox məsələlərdə, o cümlədən təhlükəsizlik və enerji məsələlərində ABŞ və müttəfiqlərinin güclü tərəfdaşı olduğunu vurğulayıb. Bundan başqa Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlara, xüsusilə Əfqanıstan əməliyyatına mühüm töhfəsini diqqətə çatdırıb.Bəyanatda, həmçinin Azərbaycanın aparıcı rol oynadığı Cənub Qaz Dəhlizinin inşasının təbii qazla təchizat baxımından Avropa dövlətləri üçün önəmi vurğulanır. Ölkəmizin İsrailin neft istehlakının təxminən 40 faizini təmin etdiyi bildirilir.xeber100.com

Mart 3, 2017 2:40

Atəşkəs rejimi 265 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60, 82 və 120 millimetrlik minaatanlardan da (cəmi 196 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 265 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Dovex, Berdavan, İcevan rayonunun Ayqeovit, Vazaşen və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Ayqepar, Ayqedzor, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Muncuqlu, Ağbulaq, Koxanəbi, Ağdam kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Sarıcalı, Mərzili, Yusifcanlı, Baş Qərvənd, Şıxlar, Cəvahirli, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.xeber100.com

Mart 3, 2017 2:29

Atəşkəs rejimi 144 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 və 82 millimetrlik minaatanlardan, həmçinin qumbaraatanlardan da (cəmi 80 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 144 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Dovex, Voskevan, İcevan rayonunun Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım və Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı, Mərzili, Yusifcanlı, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.xeber100.com

Mart 2, 2017 2:26

İnsan hüquqları komitəsinin iclası keçirilib

Martın 1-də Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib.Azərtac xəbər verir ki, iclası Milli Məclis sədrinin müavini, komitənin sədri Bahar Muradova açaraq gündəlik barədə məlumat verib. Bildirilib ki, gündəliyə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi, həmçinin “Siyasi partiyalar haqqında”, “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri daxildir.Qeyd edilib ki, Milli Məclisin insan hüquqları komitəsi “Milli Məclisin komitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən onun səlahiyyətləri çərçivəsində hər il, il tamam olduqdan iki ay sonra Konstitusiya qanununda müəyyən olunmuş qaydada ombudsmanın parlamentə təqdim olunmuş illik məruzəsinə baxmalı və rəy verməlidir.İclasda Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı məruzəni təqdim edib. Bildirib ki, “Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2016-cı il üzrə illik məruzədə müvəkkilin Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.Hesabat sənədi rəy verilməsi üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.xeber100.com  

Mart 1, 2017 2:36