13 Mart 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Siyasət

Atəşkəs rejimi ümumilikdə 31 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 31 dəfə pozub.Müdafiə Nazirliyindən Azərtac-a bildirilib ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Kəmərli və Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.İşğal altında olan Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.xeber100.com

Fevral 21, 2017 3:01

Fələstinə Dəstək Konfransı keçirilir

Fevralın 21-də Tehranda Fələstinə Dəstək Konfransı işə başlayıb. Konfransda 60 ölkədən 700 yaxın nümayəndə iştirak edir. Konfransda İran Prezidenti Həsən Ruhani və parlamentin sədri Əli Laricani də iştirak edirlər.Konfransın açılışında İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Əli Xamneyi çıxış edib.Ə. Xamneyi çıxışında dünya müsəlmanlarını birlik və vəhdətə dəvət edərək Fələstin münaqişəsinin ədalətli həllinin vacibliyini vurğulayıb.Konfransda Azərbaycanı Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Mirkazım Kazımov təmsil edirlər.Konfrans fevralın 22-dək davam edəcək.xeber100.com

Fevral 21, 2017 2:58

Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətə çatdırılması…

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan “Xocalı Soyqırımı” adlı kitab orijinal dizayn və nəfis tərtibatla Azərbaycan, ingilis, rus, fransız, alman, ispan və ərəb dillərində çap edilib.Dövlət Komitəsindən Azərtac-a bildiriblər ki, kitabdakı bölmələrdə Azərbaycan ərazilərinin işğal tarixi, Ermənistanın təcavüzünün nəticələri barədə məlumat, xəritə, işğal nəticəsində dağıdılmış obyektlər və dəymiş ziyan haqqında müfəssəl məlumatlar verilib. Kitabın əsas bölümündə Xocalı rayonunun tarixi və işğaldan əvvəlki dövrü, ermənilər tərəfindən Xocalıda törədilmiş vəhşiliklər, soyqırımı zamanı həlak olanlar, itkin düşənlər, əsir və girov götürülənlər haqqında ətraflı məlumat daxil edilib. Bundan başqa kitabda həmin günlərdə Xocalı soyqırımına dair dünya mətbuatında dərc olunan yazılar və xarici jurnalistlərin faciə haqqında fikirləri də yer alıb.xeber100.com

Fevral 21, 2017 2:55

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 30 dəfə pozub.Müdafiə Nazirliyindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.İşğal altında olan Ağdam rayonunun Baş Qərvənd və Mərzili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.xeber100.com

Fevral 20, 2017 11:57

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində…

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəaliyyəti ilə bağlı suala cavabında Prezident İlham Əliyev bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiya, ABŞ və Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi təcavüzkara təzyiq göstərməli, onların iştirakı ilə münaqişənin həllinə dair Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan dörd qətnamə yerinə yetirilməlidir.“Ermənistan təkcə Dağlıq Qarabağı yox, həmçinin erməni əhalisinin heç vaxt yaşamadığı ətraf yeddi rayonu da işğal edib”, - deyən dövlətimizin başçısı qondarma “Dağlıq Qarabağ rejimi”nin keçirdiyi “referendum”un tamamilə qanunsuz olduğunu və dünyanın heç bir ölkəsi tərəfindən tanınmadığını vurğulayıb.xeber100.com

Fevral 20, 2017 11:54

İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır

İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və suverenliyinə hörmətlə yanaşır.Bu sözləri İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasemi Tehranda keçirdiyi həftəlik brifinqdə deyib.Bəhrəm Qasemi bildirib ki, Dağlıq Qarabağda referendumun keçirilməsi münaqişənin həlli üçün maneədir. Bu addım qəbulolunmazdır və Azərbaycan ilə Ermənistan arasında böhranın həllinə heç bir kömək etməyəcək. Problemin həli yalnız danışıqlar yolu ilə baş tuta bilər.Mətbuat katibi nəzərə çatdırıb ki, İran ilə Azərbaycan arasındakı münasibətlər möhkəmdir və rəsmi Tehran qarşılıqlı əlaqələrin daha da inkişaf etməsində maraqlıdır.xeber100.com

Fevral 20, 2017 11:51

Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələri

Fevralın 20-də Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Maksim Kuryaçiyin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub.Azərtac xəbər verir ki, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdə Maksim Kuryaçiy ölkələrimiz arasında ikitərəfli strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini bildirib.Qonaq ölkələrimizin müxtəlif sahələrdəki yüksək əməkdaşlığından danışıb, münasibətlərin inkişafında dövlət başçılarının mühüm rolunu vurğulayıb. O, Ukraynanın hər zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini qeyd edib və bildirib ki, bu siyasət dəyişməyəcək.Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev ölkələrimizin müxtəlif sahələrdə ikitərəfli və çoxtərəfli faydalı əməkdaşlığından danışıb. O, səfərin münasibətlərin möhkəmləndirilməsinə yaxşı töhfə verəcəyinə əminliyini ifadə edib.xeber100.com

Fevral 20, 2017 11:47

Atəşkəs rejimi 37 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini, ümumilikdə, 37 dəfə pozub.Müdafiə Nazirliyindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Şavarşavan kəndində, İcevan rayonunun Azatamut, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Fərəhli, Cəfərli kəndlərində və Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.xeber100.com

Fevral 19, 2017 2:57

Müdafiə Nazirliyinin məlumatına görə…

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 26 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan, Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Qaymaqlı kəndlərində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.Ağdam rayonunun işğal altında olan Şuraabad, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.xeber100.com

Fevral 18, 2017 4:42

53-cü Münxen Təhlükəsizlik Konfransı çərçivəsində

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 53-cü Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avstriyanın xarici işlər naziri Sebastian Kurz və ATƏT-in Baş katibi Lamberto Zannier ilə görüşüb.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, görüş əsnasında nazirlər bu il Azərbaycan və Avstriya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu diqqətə çatdırıblar.Tərəflər ATƏT-in gündəliyində duran məsələlər və fəaliyyətdə olan sədr kimi Avstriyanın prioritetləri barəsində fikir mübadiləsi aparıblar.Görüşdə ATƏT-in Yerevan ofisi ilə əlaqədar məsələlər müzakirə olundu. Nazir Elmar Məmmədyarov ATƏT-in Yerevan ofisinin mandatına zidd fəaliyyəti barəsində Azərbaycanın narahatlığı və mövqeyini bir daha həmsöhbətlərin diqqətinə çatdırıb.xeber100.com

Fevral 18, 2017 4:34
    Page 213 of 270« First«...102030...211212213214215...220230240...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az