Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov yanvarın 31-də Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə görüşüb.Azərtac xəbər verir ki, görüşdə tərəflər Azərbaycan və Qətər arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivlərini müzakirə ediblər. Nazirlər iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin, habelə müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini vurğulayıblar.Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü ilin noyabr ayında Qətər Dövlətinə rəsmi səfəri ikitərəfli münasibətlərin tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı olub. Eyni zamanda, 2016-cı ilin martında Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al-Taninin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərə xüsusi töhfə verib.Nazirlər məmnunluqla qeyd ediblər ki, Azərbaycan və Qətər arasında qarşılıqlı anlaşma və dialoqa əsaslanan ənənəvi dostluq münasibətləri mövcuddur. Ölkələrimiz arasında BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq qurulub.xeber100.com