Multikulturalizm siyasəti ölkənin inkişafında mühüm rol oynayır

Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Multikulturalizm dilindən, dinindən asılı olmayaraq, Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərtac xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə iyunun 11-də Şəki şəhərində keçirilən “Multikultural dəyərlər və gənclik” mövzusunda regional konfransda səsləndirilib. Konfransda Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı və digər qonaqlar, həmçinin YAP Şəki şəhər, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayon təşkilatlarının Gənclər Birliyinin üzvləri, partiya fəalları iştirak ediblər. YAP rəsmiləri və şəhər rəhbərliyi əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov konfransı açaraq, Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini, bununla əlaqədar respublikamızın hər yerində silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, müxtəlif millətlərin, etnik qrupların və dinlərin mövcud olduğu Azərbaycanda dilindən, dinindən, əqidəsindən asılı olmayaraq, hamı vahid bir ailənin üzvü kimi yaşayır. Bu baxımdan xalqımızın tolerantlığı bütün dünya ölkələrinə nümunə ola bilər. Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti ölkəmizin inkişafında, vətəndaş həmrəyliyinin daha möhkəm olmasında mühüm rol oynayır. Konfransda çıxış edən Baş nazirin müavini, YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov toplantının çox əlamətdar bir tarixi gün ərəfəsində gerçəkləşdiyini, bir neçə gündən sonra, iyunun 15-də Azərbaycanda Milli Qurtuluş Gününün qeyd ediləcəyini diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycanın müasir tarixində qurtuluş məfkurəsi xüsusi məna və əhəmiyyət kəsb edir. Azərbaycanın müasir tarixinin başlanğıcı, hazırda müstəqil respublikamızda baş verən hadisələrin, ölkənin sosial-iqtisadi inkişafının başlıca səbəbi ümummilli lider Heydər Əliyevin möhtəşəm qayıdışı və qurtuluş məfkurəsi ilə birbaşa əlaqədardır. Ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızın ictimai-siyasi həyatında baş verən hadisələri xatırladan Baş nazirin müavini həmin dövrdə hakimiyyətdə olan səriştəsiz rəhbərlərin şəxsi ambisiyaları ucbatından ölkədə xaos, böhran və özbaşınalığın yarandığını, Azərbaycanın parçalanmaq təhlükəsi ilə üzləşdiyini diqqətə çatdırıb. Qeyd edib ki, həmin dövrdə iqtidardakıların xəyanətkar əməllərinin məntiqi nəticəsi olaraq hakimiyyət böhranı son həddə çatmış, ölkəni anarxiya bürümüş, müstəqilliyimizin itirilməsi qorxusu yaranmışdı. Belə bir məqamda xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı müstəqilliyimizin yenidən itirilmək təhlükəsinə birdəfəlik son qoydu. “Bu gün biz Azərbaycan haqqında danışarkən, eyni zamanda, respublikamızın gələcəyi ilə əlaqədar öz istək və arzularımızı formalaşdırarkən istər-istəməz qurtuluş məfkurəsinə, ulu öndər Heydər Əliyevin qayıdışından başlayan və Azərbaycanın dirçəlişini özündə əks etdirən məfkurəyə istinad edirik”,- deyə YAP icra katibi bildirib. Əli Əhmədov deyib ki, multikulturalizm müasir dünyanın həyatını tənzimləyən çox vacib, nəzəri, eyni zamanda, siyasi, millətlərarası bir problem kimi mövcuddur. Azərbaycanın multikulturalizm sahəsindəki təcrübəsinin həm öyrənilməsi, həm də təbliğ edilməsi bütövlükdə dünyada bu problemlə əlaqədar baxışların aydınlaşmasına kömək göstərə bilər. Sonra YAP Şəki təşkilatı Gənclər Birliyinin sədri Daşqın Mikayılov, YAP Qax rayon təşkilatı Gənclər Birliyinin sədri Elbrus Tağıyev, YAP Oğuz rayon təşkilatı Gənclər Birliyinin sədri Mehman Ramazanov, həmçinin partiyanın Zaqatala, Balakən və Qəbələ rayon təşkilatları Gənclər birliklərinin üzvləri Aytən Məmmədova, Leyla Qarayeva və Vüsalə Qəribova çıxış edərək, təmsil etdikləri rayonlarda multikulturalizm və tolerantlıq dəyərlərinin qorunması ilə bağlı görülən işlər barədə məlumat veriblər. Baş nazirin müavini, YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov konfransa yekun vurub. Konfransdan sonra Baş nazirin müavini və digər qonaqlar “Şəki-İpək” ASC-də olub, istehsal prosesi ilə maraqlanıblar. Cəmiyyətin İdarə heyətinin sədri Nizami Qəribov müəssisənin fəaliyyəti barədə məlumat verib. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının tapşırığı və tövsiyəsi ilə ənənəvi sahələrdən olan baramaçılığın inkişafı istiqamətində görülən tədbirlər artıq öz bəhrəsini verir. ASC tərəfindən indiyədək fermerlərdən 50 ton yaş barama qəbul olunub. Hazırda tədarük olunan barama müəssisənin baramaaçan istehsalatında emal edilir. Burada 195 nəfər işçi çalışır. Baş nazirin müavini Əli Əhmədov və digər qonaqlar sonra rayonun Orta Zəyzid kəndinin ərazisində müasir texnologiyalar əsasında yeni salınan meyvə bağına baxıblar. Diqqətə çatdırılıb ki, hazırda bu ərazidə aqropark yaradılır.xeber100.com

İyun 12, 2016 5:40

“Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır”…

Ağ Ev Administrasiyası Azərbaycan ərazisinin 20 faizini işğal etmiş Ermənistan qoşunlarının geri çəkilməsini tələb edən və baxımsız Sərsəng bəndinə görə humanitar fəlakətlə üzləşə biləcək yüz minlərlə vətəndaşın vəziyyətini vurğulayan petisiyaya rəsmi cavab verib. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiyası 330 mindən çox səs toplayıb. Bu isə Obama Administrasiyasının petisiyaya cavab verməsi üçün lazım olan imza sayından üç dəfə çoxdur. AVCİYA-nın prezidenti Elxan Süleymanov bildirib ki, petisiyada faktiki olaraq işğala məruz qalmış rayonlarda, xüsusilə Sərsəng ərazisində yaşayan əhalinin insan hüquqlarının vəziyyəti vurğulanır, Ağ Evin cavabı isə daha çox Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə yönəlib: “Bu mənada bir faktı təqdir edirik ki, ABŞ Administrasiyası öz mövqeyində Dağlıq Qarabağın separatçı həll yolunu dəstəkləmir və qanunsuz olaraq öz müqəddəratını təyinetməyə imkanı yaratmır. Ağ Ev öz cavabında Sərsəngin hazırkı vəziyyətinin qurbanları olan insanların əsas hüquqlarına dair mühüm məsələdən yayınır, lakin ABŞ Administrasiyasının Ermənistan ritorikasına qoşulmaması təqdirəlayiqdir. Ağ Evin cavabına əsasən, Azərbaycanla Ermənistan arasında hərtərəfli həll yolu Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsindən ibarət olmalıdır. ABŞ Administrasiyasının Ermənistanı açıq-aydın təcavüzkar və işğalçı adlandıran bu ifadə forması təqdirəlayiqdir. BMT-nin bir sıra qətnamələrində və AŞPA-nın 2085 (2016) saylı qətnaməsində təsdiqləndiyi kimi, Dağlıq Qarabağ işğal edilmiş ətraf rayonlarla birlikdə Azərbaycanın bir hissəsidir. ABŞ da beynəlxalq qətnamələrə hörmət etdiyindən Obama Administrasiyası Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini müzakirə edərkən açıq-aydın Azərbaycanın suveren sərhədləri çərçivəsində yerli muxtariyyət səviyyəsini nəzərdə tutur”.Elxan Süleymanov bildirib ki, Ağ Ev petisiyanın əsas məsələsindən yayınsa da, o xüsusi əhəmiyyətə m alikdir. Ermənistanın təcavüzkar siyasəti, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və digər ərazilərinin Ermənistan silahlı qüvvələrinin nəzarətində olması, Sərsəng bəndinə görə humanitar fəlakətin qaçılmazlığı faktları iki aydan artıq müddətdə Ağ Evin rəsmi saytında qalıb. İyirmi ildən artıqdır ki, qərəzli beynəlxalq mətbuat tərəfindən yanlış məlumatlandırılan insanlar iki aydan artıq vaxtda bu sayta daxil olaraq ölkəmizə qarşı ədalətsizlik və vətəndaşlarımıza təhdid yaradan konkret təhlükələr və torpaqlarımızın işğalı barədə düzgün məlumat əldə ediblər. Bu səbəbdən bu petisiya ərazilərimizin işğaldan azad edilməsinə aparan yolda olduqca mühüm və əhəmiyyətli fəaliyyətdir.xeber100.com

İyun 11, 2016 1:38

Rusiya Günü münasibətilə qəbul təşkil edilib

Rusiyanın Azərbaycandakı səfirliyi ölkəsinin dövlət bayramı - Rusiya Günü münasibətilə qəbul təşkil edib. Azərtac xəbər verir ki, tədbir Azərbaycan və Rusiya himnlərinin səsləndirilməsi ilə başlayıb. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib ki, 26 il əvvəl Rusiya dövlət suverenliyi haqqında Bəyannamə qəbul edib. Bu, Sovet İttifaqının artıq vahid dövlət kimi mövcud ola bilməyəcəyinin və Rusiyanın SSRİ-nin tərkibində olan digər respublikalar kimi öz yolu ilə getməli olduğunun etirafı idi. Tarixində ilk dəfə Rusiya siyasi plüralizm, demokratiya və bazar iqtisadiyyatı yolunu seçdi. Səfir qeyd edib ki, belə bir seçimin riskləri böyük idi. Rusiya bütün sınaqlara duruş gətirə bildi, siyasi sabitliyi saxladı və nizama saldı, iqtisadiyyatını yenidən qurmağa başladı. V.Doroxin deyib: “Bütün bu illər ərzində Rusiya və Azərbaycan bir-birini dəstəkləyib. Biz qarşılıqlı hörmət, suverenliyin və bir-birinin ərazi bütövlüyünün tanınması əsasında münasibətlərin optimal modelini qura bildik. Rəsmi Moskva və Bakı fəal siyasi dialoq aparırlar. Biz Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlıyıq və vasitəçilik funksiyasını fəal şəkildə davam etdirəcəyik. Rusiya qeyri-neft sektorunda Azərbaycanın bir nömrəli iqtisadi tərəfdaşıdır”. Səfir bildirib ki, Rusiya bundan sonra da səylərini əsirgəmədən Azərbaycan ilə tərəfdaşlığın daha da möhkəmləndirilməsinə çalışacaq, çünki o, sabit və inkişaf edən qonşu dövlətin mövcudluğunda maraqlıdır. Tədbirdə çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Rusiya Günü münasibətilə təbrik edib. O bildirib ki, Rusiya və Azərbaycan tarixən bir-biri ilə bağlı olub. Nazir deyib: “Ölkələrimiz arasında münasibətlər həmişə müsbət xarakterə malikdir, qarşılıqlı anlaşma və dostluq əsasında qurulub, keçmişin bütün müsbət ənənələri qayğı ilə qorunur və inkişaf edir”. M.Cabbarov əlavə edib: “İqtisadi əlaqələrin və ticarət dövriyyəsinin genişlənməsi müşahidə olunur. Bu kontekstdə Azərbaycan və Rusiya regionları arasında əlaqələrin möhkəmlənməsini qeyd etmək lazımdır. Humanitar əməkdaşlıq sahəsində Azərbaycan və Rusiya arasında münasibətlər digər ölkələr üçün nümunə ola bilər. Bildiyiniz kimi, SSRİ-nin süqutundan sonra Azərbaycanda rus dilində tədris dayandırılmayıb, ona böyük diqqət yetirilir. Azərbaycan Respublikasında Moskva Dövlət Universitetinin, Seçenov adına Tibb Universitetinin, Rusiya Federasiyasında isə Azərbaycan Dövlət İqtisad Universitetinin filialları fəaliyyət göstərir. Son illərdə Azərbaycan və Rusiya inkişaf və tərəqqi yolunda bir çox işlər görüb. Azərbaycan bu əlaqələrin inkişafına böyük əhəmiyyət verir”. Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Bakıda akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri və ictimaiyyət təmsilçiləri iştirak ediblər.xeber100.com

İyun 9, 2016 3:38

Rusiya-Azərbaycan münasibətlərinə daha bir dəstək

Azərbaycanda “Multikulturalizm ili” xalqların yaxınlaşmasına və qonşu ölkələr arasında dostluğun möhkəmlənməsinə kömək edir. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun məlumatında qeyd edilir ki, Azərbaycan multikulturalizmi tədricən dünya fenomeni kimi şöhrət qazanır. Təəccüblü deyil ki, tolerantlığın vətəni sayılan Avropada müxtəlif mədəniyyətlərin bərabərhüquqlu, dinc yanaşı mövcudluğu ideyasının ölüb getməsi barədə söhbətlərin çoxaldığı bir vaxtda müsəlman ölkəsində multikulturalizm məktəblərdə və universitetlərdə tədris edilir, bu ölkədə yaşayan bütün xalqların bir-birinə münasibətdə dözümlülük və hüquq bərabərliyi dövlət siyasətinin əsasına çevrilir. Azərbaycanda milli və ya dini zəmində münaqişələrin nə demək olduğunu əsla bilmirlər. Dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyir: “Rus diasporunun həyatı və rus dilinə münasibət həqiqi multikulturalizm nümunəsidir. Burada pravoslav məbədləri bərpa olunur, məktəblərdə rus şairlərinin yaradıcılığı üzrə olimpiadalar və müsabiqələr keçirilir, rus mədəniyyəti bütün çoxmillətli Azərbaycan mədəniyyətinin tərkib hissəsi sayılır. Rus icmasının üzvləri ölkə həyatının bütün aspektlərində iştirak edirlər, onlar öz vətənlərinin tamhüquqlu vətəndaşlarıdır. Postsovet məkanında nadir hala çevrilmiş bu cür beynəlmiləlçilik həm respublika daxilində əmin-amanlığa, həm də Rusiya ilə Azərbaycan arasında mövcud dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir”. Maraqlıdır ki, hələ 20 il bundan əvvəl Azərbaycanda rusiyalı həmvətənlərin ictimai təşkilatlarının əlaqələndirmə şurası yaradılıb. Şura öz sıralarında ictimai fəalları, dini konfessiyaların, ziyalıların nümayəndələrini, kütləvi informasiya vasitələri təmsilçilərini birləşdirir. Bu yaxınlarda onlar hamısı Bakıda keçirilmiş tematik ölkə konfransında iştirak ediblər. Bu tədbir multikulturalizmin yayılmasında və inkişafında – həm ölkələr arasında, həm də respublika daxilində qarşılıqlı əməkdaşlığın, millətlərarası münasibətlərin genişlənməsində və dərinləşməsində, mədəni əlaqələrin tənzimlənməsində rusiyalı həmvətənlərin rolu məsələsinə həsr edilib. Rusiyanın Azərbaycandakı səfiri Viktor Doroxin bu mühüm tədbirin açılışında deyib: “Azərbaycanda müxtəlif xalqların, o cümlədən rusdilli sakinlərin dil və mədəniyyət ənənələrinin qorunub saxlanmasına yönəlmiş işlər rəğbətlə qarşılanır və dəstəklənir, bu tədbirlər dövlət siyasəti dərəcəsinə yüksəldilib. Mənim fikrimcə dünyada bütün ili multikulturalizm adlandırmaq üçün mənəvi haqqı olan dövlətlər çox deyil”. Azərbaycanın belə hüquqa malik olmasına şübhə etməmək olar. Bunun üçün ölkənin təhsil həyatında baş verən hadisələrin təqviminə nəzər salmaq kifayətdir. Bu təqvimdə əsas hadisələrdən biri iyunun 6-da Aleksandr Sergeyeviç Puşkinin doğum günündə rus dili və ədəbiyyatı üzrə VIII Respublika olimpiadasına yekun vurulması mərasimidir. Builki müsabiqədə rekord sayda şagird iştirak edib. Onlar hətta Azərbaycanın ən ucqar guşələrini də təmsil edirdi. Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində bildiriblər ki, birinci olimpiadada cəmi 40 məktəbli iştirak edirdisə, bu il keçirilmiş VIII müsabiqəyə 1300-dən çox yeniyetmə qoşulub. Ölkənin təhsil nazirinin müavini Ceyhun Bayramov deyir ki, bu, qürur duymaq üçün əsas verir: olimpiadada iştirak edən şagirdlərin sayının artması azərbaycanlıların rus dilinə marağını bir daha nümayiş etdirir. Biz multikulturalizmin həyat tərzinə çevrildiyi tolerant və qonaqpərvər Azərbaycanla fəxr edirik. Olimpiadanın keçirilməsi yaxşı bir ənənəyə çevrilib. Mən bu tədbirdə iştirak edən və yüksək nəticələr göstərən uşaqların fəallığına görə fəxr edirəm. Rus dilinin millətlərarası ünsiyyət dili kimi qorunub saxlanması Azərbaycanın Rusiya ilə yaxınlaşmasına kömək edir, vaxtilə bir ölkənin tərkibində yaşamış millətlərin ortaq mədəni kodunu qoruyur. Multikulturalizm siyasəti çoxmillətli Rusiyaya çox yaxındır. Burada yaxşı başa düşürlər ki, ölkənin ruhunu qoruyub saxlamaq üçün bütün ənənələrə hörmət bəsləmək, bütün mədəniyyətləri qoruyub saxlamaq lazımdır. Bu məqsədlə Rusiyada çoxsaylı beynəlxalq seminarlar, federal və regional səviyyəli konfranslar keçirilir. Belə tədbirlərdən biri bu yaxınlarda Ufada keçirilmiş türk gənclərin musiqi yaradıcılığının XVIII müsabiqə-festivalı oldu. “Ural mono-2016” adlı bu festivalda bir sıra türkdilli ölkələri, o cümlədən Azərbaycanı da təmsil edən 50-dən çox ifaçı və yaradıcı kollektiv böyük uğurla iştirak edib. Gənc vokalçı Nicat Rəhimov xüsusi təltifə - Abay adına diploma layiq görülüb.xeber100.com

İyun 8, 2016 3:09

MDB Hökumət Başçıları Şurasının yubiley iclası keçirilib

İyunun 7-də Bişkekdəki “Ala-Arça” Dövlət iqamətgahında Qırğızıstanın sədrliyi ilə MDB Hökumət Başçıları Şurasının yubiley iclası keçirilib. İclasda Rusiya, Qırğızıstan, Qazaxıstan, Belarus, Moldova, Tacikistanın Baş nazirləri Dmitri Medvedev, Sooronbay Jeenbekov, Kərim Məsimov, Andrey Kobyakov, Pavel Filipp, Koxir Rasulzoda, Azərbaycanın Baş nazirinin müavini Yaqub Eyyubovun rəhbərliyi ilə nümayəndə heyətləri iştirak ediblər. Özbəkistan və Türkmənistan iclasda Baş nazirlərin müavinlərinin rəhbərlik etdikləri nümayəndə heyətləri ilə təmsil olunublar. İclasda MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev də iştirak edib. Ukrayna nümayəndə heyəti iclasa gəlməyib. İclası Qırğızıstanın Baş naziri Sooronbay Jeenbekov açaraq qonaqları salamlayıb, MDB çərçivəsində əlaqələrin daha da genişləndirilməsi, MDB və Avrasiya İqtisadi Birliyinin üzvü olan ölkələr arasında ticarət-iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinin və azad ticarət zonası rejiminin formalaşdırılmasının vacibliyinə toxunub. Baş nazir qonaqları bu ilin sentyabrında İssık-Kul gölünün sahillərində keçiriləcək ikinci Dünya Köçəri Oyunlarına baxmağa dəvət edib. Onun sözlərinə görə, bu, yalnız idman yarışı deyil, həm də dünya xalqları və mədəniyyətləri arasında dialoqdur. Hökumət başçıları azad ticarət zonalarının fəaliyyətinin səmərəliliyinin artırılması, elektrik enerjisi sahəsində innovativ əməkdaşlıq, qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi, radioaktiv mənbələrin yerdəyişməsi, aqrobiomüxtəlifliyin saxlanılması məsələlərini nəzərdən keçiriblər. Şuranın iclasında ərazilərin minalardan təmizlənməsi sahəsində silahlı qüvvələr üçün mütəxəssislərin hazırlanması, kimya sahəsində kadrların ixtisasının artırılması, habelə hərbi metrologiya problemlərinin tədqiqi və nəqliyyat kompleksinin inkişafının elmi-texniki təminatı üzrə baza təşkilatları statusunun verilməsi haqqında qərar layihələri də müzakirə edilib. İclasda 2020-ci ilə qədər MDB ölkələrində əhalinin siyahıya alınmasının keçirilməsi, Birlik ölkələrinin gənclərlə iş, gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi, səhiyyə sahəsində əməkdaşlıq haqqında bir sıra məsələlər müzakirə edilib. Hökumət başçıları Birlik ölkələrinin mədəniyyət və incəsənət sahəsindəki uğurları ilə əlaqədar humanitar əməkdaşlığın möhkəmlənməsinə yönələn “ART EXPO” beynəlxalq sərgisinin keçirilməsi məsələlərini də müzakirə ediblər. Ümumiyyətlə iclasda iyirmidən çox məsələ müzakirə edilib ki, bunun da əksəriyyəti iqtisadi sahəni əhatə edir. İclasda Şuranın növbəti görüşünün bu ilin oktyabrında Minsk şəhərində keçirilməsi barədə qərar qəbul edilib. Sergey Lebedev iclasın yekunları ilə əlaqədar keçirdiyi brifinqdə bildirib ki, görüşdə MDB çərçivəsində inteqrasiya proseslərinin gücləndirilməsi üçün 16 sənəd imzalanıb. İclasda MDB-nin icraiyyə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və təşkilatın səmərəliliyinin artırılması üçün qərar qəbul olunub. Deyilib ki, iclasda qəbul edilən qərarlar bu ilin sentyabrında Qırğızıstanda keçiriləcək MDB Dövlət Başçıları Şurası iclasının gündəliyinə salınacaq.xeber100.com

İyun 7, 2016 3:35

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi Gürcüstanda bir sıra görüşlər keçirib. Ə.Amaşov öncə gürcüstanlı soydaşımız, jurnalist və şair mərhum Fikrət Mursaqulovun rus dilində çapdan çıxmış “Uteshenie” (Təsəlli) şeirlər kitabının təqdimat mərasiminə qatılıb. F.Mursaqulovu tələbəlik illərindən parlaq istedada malik yaradıcılıq adamı kimi tanıdığını vurğulayan Ə.Amaşov onun qısa müddətli həyat yolunda əsl mübarizlik keyfiyyətləri nümayiş etdirdiyini bildirib.  “Bu keyfiyyətlər Fikrəti cəmiyyətə, insanlara yaxınlaşdırırdı. Tanıyanların hamısı ona rəğbətlə yanaşırdı. Şerləri daim yaşamaq ruhlu idi. Üslub və dil xüsusiyyətləri baxımdan olduqca səlist və ahəngdar yazırdı. Bacarığı ilə təəccübləndirirdi. Ən əsası isə Fikrət məhrum olduğu göz işığını şerlərinə daşıyaraq sanki nur saçırdı”, - deyən Ə.Amaşov F.Mursaqulovun əziz xatirəsinə ehtiram əlaməti olaraq çapdan çıxmış kitabın məziyyətlərindən də söz açıb. Çıxış edənlərdən yazıçı-publisist Binnət Əlioğlu, professor Mahmud Hacıxəlilov, şair Abbas Əli və başqaları F.Mursaqulovun şeirlərində Vətənə, xalqa, millətə, torpağa məhəbbətin tərənnüm olunduğunu vurğulayıblar, mərhum şairi xarakterizə edən cəhətləri yada salıblar, onunla bağlı xatirələrini bölüşüblər. Təqdimat mərasiminə toplaşanlar belə tədbirlərin Gürcüstan azərbaycanlıları arasında ictimai mühitin zənginləşməsinə böyük töhfə olduğunu da dilə gətiriblər.  Mərasimdən sonra iştirakçılar F.Mursaqulovun məzarını ziyarət ediblər. Qeyd edək ki, F.Mursaqulov 1955-ci il iyulun 10-da Marneuli rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra Bakıda qalıb işləyib, gözdən əlil insanlar üçün nəzərdə tutulmuş mətbu orqanın redaktoru olub. O, 33 yaşında dünyasını dəyişib. xeber100.com  

İyun 7, 2016 1:45