Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində

"Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində indiyə kimi araşdırılmağa səy göstərilsə də buna hüquqi baxışlar hələ də bizim istədiyimiz səviyyədə deyil". Avropa.info xəbər verir ki, bu fikri Milli Məclisin sədr müavini Bahar Muradova parlametndə təşkil edilən “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” keçirilən ictimai müzakirələr zamanı deyib. Onun sözlərinə görə, insanlığın bir qismi "Xocalı soyqırmı"nı günün hadisəsi kimi qəbul edir, bir qismi bunun yolverilməz olduğunu, əksəriyyəti isə görməməzlikdən gəlirdi: “Ən ağrılı tərəfini təbii ki, Azərbaycan xalqı yaşadı. Çünki bu illər ərzində belə faciəni yaşamağa layiq olmadığımızı düşündük. Azərbaycan müstəqil dövlət kimi bu müddət ərzində bütün dünyaya öz sözünü layiqincə çatdıra bildi. Ona görə də özünə qarşı belə cinayəti qəbul etmədi və bundan sonra da etməyəcək. Çünki bu, nə insanlığa, nə bəşəriyyətə, nə də humanist adət-ənənələrə sığır. Lakin nə etmək olar ki, hadisə baş verib. Keçən müddət ərzində həm hökumət, həm parlament, həm də vətəndaş cəmiyyəti səviyyəsində Azərbaycan dövləti Xocalı soyqırımı, eləcə də Dağlıq Qarabağ probleminin dünya ictimiaiyyətinə çatdırılması istiqamətində hərtərəfli fəaliyyət göstərməyə çalışıb. Biz bundan sonra Xocalının beynəlxalq müsətvidə hüquqi qiymət alması üçün etnik təmizləmə faktını cinayət məcəlləsinə salınmalıdır. Xocalı soyqırmının dünyaya çatdırılmasına eyni zamanda etnik təmizləmə məsələsini də gündəmə gətirməliyik".  

Fevral 17, 2016 4:51

Xocalı faciəsinə həsr olunan tədbirlər keçiriləcək

Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə əlaqədar Azərbaycan diaspor təşkilatları tərəfindən silsilə tədbirlər keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mtəbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, bu tədbirlərə elmi-prakitiki konfranslar, dəyirmi masalar, anım yürüşləri, etiraz aksiyaları, fotosərgi, video və film nümayişi, fləşmoblar və s. daxildir. Avropanın bir çox ölkələrinin - Almaniya, Niderland, Belçika, Danimarka, Fransa, İsveçrə, Polşa, İsveç, Finlandiya, Latviya, Litva, Estoniya, Rumıniya, Macarıstan, Moldova, Belorusiya və digər ölkələrin mərkəzi küçə və meydanlarında etiraz aksiyaları, yürüşlər, fləşmoblar təşkil olunacaq, ictimai nəqliyyatlarında videoçarxlar nümayiş etdiriləcək, fotosərgi və filmlər təqdim olunacaq. Həmçinin, fevralın 24-də Finlandiya Azərbaycan Assosiasiyası, fevralın 26-da Danimarka Krallığında fəaliyyət göstərən “Vətən” Cəmiyyəti, Azərbaycan İsveç Federasiyası, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyası, Benilüks Azərbaycanlıları Konqresi (BAK) və digər Avropada fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən Xocalı faciəsi mövzusunda konfransların və dəyirmi masaların keçirilməsi də planlaşdırılır. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM), “Xəzər” Cəmiyyəti, Azərbaycan Evi, Bielefeld NRW-Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti, “Alm.Az.“ Cəmiyyəti Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə bağlı müxtəlif formatlı tədbirlər keçirəcək. Fevralın 24-ü Almaniyadakı Azərbaycan Evinin təşkilatçılığı ilə Berlində “Aleksandr Plats” meydanında fləşmobun və fevralın 28-də isə Brandenburq darvazası qarşısında Xocalı faciəsinə həsr olunan yürüşün keçirilməsi də nəzərdə tutulur. Atatürkçü Düşüncə Dərnəyi, Azərbaycan Evi kimi təşkilatlar da Xocalı qətliamına həsr olunan tədbir, fotosərgi və film nümayişi təşkil edəcək. Niderland Krallığında fəaliyyət göstərən “Odlar Yurdu” Cəmiyyəti tərəfindən Xocalı faciəsinə həsr olunan broşurlar paylanılacaq,fevralın 26-da isə Azərbaycan Türk Kültür dərnəyi tərəfindən Niderland parlamentinin önündə Xocalı faciəsini əks etdirən çadır quraşdırılacaq. Xocalı soyıqırımının iyirmi dördüncü ildönümü ABŞ və Kanadada da kütləvi tədbirlərlə anılacaq. ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimi keçirəcək, ABŞ Konqresinə, eləcə də ştatların qanunvericilik orqanlarına müraciətlər göndərəcək, Xocalı hadisələrinə dair məlumatları əks etdirən plakatlardan ibarət guşə yaradacaq. Şimali Kaliforniya Amerika Azərbaycan Mədəniyyət Cəmiyyəti, Şimali Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Evi Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimləri təşkil edəcək. Nyu-York Azərbaycan – Amerika Qadınlar Assosiasiyası isə fevralın 26-ı Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında etiraz aksiyası keçirəcək. Amerika Azərbaycan Mədəniyyət Mərkəzi, Nyu-York Mədəniyyət Mərkəzi, Türk-Amerikan Dərnəkləri Federasiyası (TADF) və Kanadadakı Alberta Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən “Xocalı qətliamı qurbanlarının gözü ilə, qondarma erməni soyqırımının ifşası” şüarı ilə etiraz yürüşünün keçirilməsi də nəzərdə tutulur. Ukraynada fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin regional bölmələri, Ukrayna Azərbaycanlı Gənclər Birliyi, Ukrayna-Azərbaycan Dostluq Cəmiyyəti kimi təşkilatlar Xocalı soyqırımına həsr olunan anım tədbirləri keçirəcək. Gürcüstan, Rusiya, Türkiyə kimi ölkələrdə faciənin ildönümü ərəfəsində konfrans və dəyirmi masalar təşkil olunacaq. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) regional bölmələri tərəfindən müxtəlif səpkili tədbirlərin keçirilməsi nəzərdə tutulur. Rusiyanın bir çox kütləvi informasiya vasitələrində Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilən materialların nəşri, Türkiyədə isə "Xocalı Şeir antologiyası" kitabının təqdimat mərasiminin keçirilməsi planlaşdırılır. Bundan başqa, Xocalı mövzusunda panel və fotosərgilər də təşkil ediləcək. Hazırda Gürcüstanda Xocalı ayı çərçivəsində tədbirlər keçirilir. Qeyd edək ki, Azərbaycan diaspor təşkilatları tərəfindən Dövlət Komitəsinə daxil olan məlumatlara görə bir sıra digər ölkələrdə də Xocalı soyqırmının iyirmi dördüncü ildönümü ilə əlaqədar müxtəlif səpkili tədbirlərin keçirilməsi nəzərdə tutulur.    

Fevral 16, 2016 5:36

Qanunvericilik aktlarında dəyişiklik

lham Əliyev Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli 709-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 dekabr tarixli 34 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb. Avropa.info xəbər verir ki, Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanının icrası ilə əlaqədarqərara alıram: “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli 709-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 dekabr tarixli 34 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1063; 2010, № 7, maddə 610; 2014, № 11, maddə 1422) aşağıdakı dəyişikliklər edilsin: 1. 2.1-ci və 2.2-ci bəndlər ləğv edilsin. 2. 2.3-cü bənddən “, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi kadastr məlumatları əsasında” sözləri çıxarılsın.  

Fevral 16, 2016 5:05

İşğala son qoyulmalıdır

  “Regionda sülhə nail olmaq üçün birinci şərt Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir”. Trend xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?" mövzusunda keçirilən panel-müzakirə zamanı deyib: “Biz Ermənistanı işğala görə günahlandırırıq və bunu təkcə biz etmirik. Bunu ən ali beynəlxalq qurum olan BMT Təhlükəsizlik Şurası da edir. BMT Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Biz Ermənistan xalqını yox, Ermənistan hökumətini yalnız azərbaycanlı olduqlarına görə günahsız insanların erməni vandalları tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımına görə günahlandırırıq və bu soyqırımı 10-dan artıq ölkə tərəfindən tanınır. Biz Ermənistanı öz doğma torpaqlarında qaçqına çevrilmiş bir milyon qaçqın və məcburi köçkünlərimizin iztirabına görə günahlandırırıq. Onların 40 mini Dağlıq Qarabağdandır, 750 mini Azərbaycanın digər işğal olunmuş rayonlarındandır, 200 mini isə Ermənistandan qovulmuşdur və etnik təmizləməyə məruz qalmışdır. Bütün bunlar sizin işğalınızın nəticəsidir. Bu, sizin qonşu ölkəyə qarşı yürütdüyünüz siyasətin nəticəsidir və işğala son qoyulmalıdır".xəbər100  

Fevral 15, 2016 2:03

“Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik”

Fevralın 11-də Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib. Konfransda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriMübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Faiq Əhmədov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışıb. Bildirib ki, dövlət-din münasibətləri qanunvericiliklə tənzimlənir, ölkədə dini radikalizm meyllərinin qarşısının alınması üçün mühüm tədbirlər həyata keçirilir. Natiq vurğulayıb ki, Azərbaycan ənənəvi İslam ölkəsi olmaqla yanaşı, eyni zamanda, dünyəvi dövlətdir, dini və milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər. Daha sonra çıxış edən natiqlər ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışıblar. Bildiriblər ki, dövlət-din münasibətləri qanunvericiliklə tənzimlənir, ölkədə dini radikalizm meyillərinin qarşısının alınması üçün mühüm tədbirlər həyata keçirilir. Natiqlər vurğulayıblar ki, Azərbaycan ənənəvi İslam ölkəsi olmaqla yanaşı, eyni zamanda, dünyəvi dövlətdir, dini və milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər.  

Fevral 11, 2016 6:12