Prezident İlham Əliyev: Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək

Füzuli əməliyyatı rəmzi məna daşıyır. Bizim tarixi, qədimi yaşayış məskənimizi Azərbaycan özünə qaytardı, on minlərlə insanın o yerlərə qayıtmasını təmin etdi. Eyni zamanda, strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verir. Çünki Füzuli istiqamətində yerləşən bizim hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparırdı. İndi təbii ki, bu, sirr deyil, biz Füzuliyə hansı tərəfdən girə bildik. Hansı böyük hərbi peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik.Azərtac xəbər verir ki, Prezident İlham Əliyev bu barədə xalqa müraciətində bildirib.Bundan əvvəl Cəbrayıl şəhərinin, Hadrut qəsəbəsinin, Xocavənd və Cəbrayıl rayonlarının, o cümlədən Füzuli rayonunun bir çox kəndlərinin işğaldan azad edildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Məhz ondan sonra biz Füzuli şəhərini işğalçılardan azad edə bilmişik. Düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. Təkcə Füzuli əməliyyatı yox, başqa əməliyyatlar. Bu gün məndə olan məlumata görə, hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur”.xeber100.com  

Oktyabr 17, 2020 11:39

Prezident İlham Əliyev: Bizim icazəmiz olmadan torpağımıza sülh gücləri göndərilə bilməz

Hər kəs anlamalıdır ki, bu gün sülh güclərinin göndərilməsi deyəndə Azərbaycan torpaqlarından, suveren Azərbaycan ərazisindən söhbət gedir. Bizim icazəmiz olmadan hər hansı ölkə sülh güclərini bizim torpağımıza göndərə bilməz. Bu, qanuna, beynəlxalq hüquqa ziddir. Bu, qəbiledilməzdir. Ona görə belə bir narahatlıq bizdə yoxdur.Azərtac xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Türkiyənin “Haber Türk” telekanalına müsahibəsində Qarabağa sülh güclərinin göndərilməsi ilə bağlı fərziyyələrə münasibət bildirərkən deyib.“Belə səylər ola bilər, belə istəklər ola bilər. Mən bunu istisna etmirəm. Ancaq bütün məsələlər masa üzərində olmalıdır. Onu da bildirməliyəm ki, müzakirə mövzusu olan baza prinsiplərində sülh güclərinin göndərilməsi ən son mərhələdə nəzərdə tutulur. Yəni, ilk növbədə, bayaq qeyd etdiyim məsələlər həll edilməlidir - torpaqların boşaldılması, məcburi köçkünlərin qaytarılması, nəqliyyat məsələlərinin, sərhədlərin açılması, ondan sonra ticarət. Ondan sonra sülh güclərinin gətirilməsi də istisna deyil. Ancaq bu 30 il ərzində nəzərə alsaq ki, müzakirə müddətində biz müsbət nəticəyə yaxınlaşmadıq, bu məsələ heç müzakirə də olmayıb. Ona görə bu məsələ ilə bağlı hər hansı bir fərziyyə, istək ola bilər. Ancaq Azərbaycanın razılığı olmadan bu, mümkün deyil”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.xeber100.com

Oktyabr 14, 2020 1:30

Azərbaycan dövlətinə və əsgərinə mənəvi dəstək tədbiri keçirilib

Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Rotterdam şəhərində Azərbaycan dövlətinə və əsgərinə mənəvi dəstək tədbiri keçirilib.Azərtac xəbər verir ki, tədbir himnimizin səsləndirilməsi ilə başlayıb. Sonra tədbir iştirakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Tədbiri giriş sözü ilə açan Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov qeyd edib ki, Niderlanddakı bütün azərbaycanlılar dövlətimizə və əsgərlərimizə hər cür dəstək olmağa hazırdırlar. Türkiyə dövlətinə və xalqına Azərbaycana göstərdikləri mənəvi dəstəyə görə minnətdarlıq ifadə olunub. Azərbaycan xalqının bu dəstəyi heç vaxt unutmayacağı bildirilib.Soydaşlarımız Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini və onun yanında olduqlarını yekdilliklə ifadə ediblər.Qeyd olunub ki, müasir tariximizin və haqq mübarizəmizin ən məsuliyyətli və ən qürurlu mərhələsini yaşayırıq. Bu günlərdə milli həmrəyliyə xidmət edən hər bir addım və layihə böyük əhəmiyyətə malikdir.Niderland Türk Federasyon Başkanı Murad Gedik, Benilüks Azərbaycanlıları Konqresinin vitse-prezidenti Sima Cəfərova, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Agamirzəyeva, Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin sədri Niyazi Əmikişizadə, Odlar Yurdu Təşkilatının rəhbərləri Firəngiz Bagırova, Azərbaycan Xalq Partiyasının nümayəndəsi Sabir Budaqov, Odlar Yurdu Birliyinin təsisçisi Rəşad Sadıqov çıxış edərək, ölkəmizin üzləşdiyi problemdən danışıblar. Ermənistanın ölkəmizə qarşı başladığı hərbi təxribatı pisləyiblər. Qarabağın Azərbaycanın əzəli və tarixi torpaqları olduğunu vurğulayıblar. Ordumuzun şücaəti sayəsində tezliklə torpaqlarımızın azad olacağını bildiriblər. Azərbaycan, türk əsgərinin dünyanın ən güclü əsgəri olduğunu deyiblər. Ermənistan silahlı qüvvələrinin mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrini, eləcə də dinc əhalini hədəfə almasına etirazlarını bildiriblər. Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğulayıblar.Sonda Niderlandda yaşayan müğənni Sadıx Ağamalıyevin ifasında “Yaşa Azərbaycan” və “Azərbaycan əsgəri” mahnıları ifa olunub.xeber100.com

Oktyabr 12, 2020 11:00

Xarici İşlər nazirliyinin məlumatına görə…

Oktyabrın 11-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər naziri Faysal bin Ferhan Al Saud arasında telefon danışığı olub.Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Azərtac-a bildiriblər ki, nazir Faysal bin Ferhan Al Saud bölgədə mövcud olan gərgin vəziyyətlə bağlı narahatlığını ifadə edib.Nazir Ceyhun Bayramov həmkarına bölgədəki son gərginliklə bağlı, xüsusilə Ermənistan tərəfindən Azərbaycanın mülki şəxslərinin və infrastrukturunun məqsədli şəkildə hədəfə alınması barədə məlumat verib. Humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan sonra Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttindən uzaq yerləşən, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qaldığı və bu hücum nəticəsində 9 mülki şəxsin həlak olduğu, o cümlədən aralarında azyaşlı uşaqlar olmaqla, 34 nəfərin yaralandığı diqqətə çatdırılıb.Nazir Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc insanları, evləri, mülki obyektləri, tibb işçilərini məqsədli şəkildə atəşə tutmasının ölkənin beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına məhəl qoymamasının bariz nümunəsi olduğunu bildirib.Səudiyyə Ərəbistanının Xarici İşlər naziri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha ifadə edib. O, münaqişənin siyasi yolla həll edilməsinin vacibliyini bildirib.Nazir Ceyhun Bayramov, öz növbəsində regionda sülh və təhlükəsizliyin təmin edilməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin zəruri olduğunu vurğulayıb.xeber100.com

Oktyabr 12, 2020 10:51