Qələbənin 75 illiyi münasibətilə hərbi parad keçirilib

Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə iyunun 22-də Moskvada hərbi parad keçirilib.Azərtac xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putin fəxri qonaqlar və veteranlarla birlikdə paradı izləyib.Tədbirdə Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə qonaq qismində iştirak edib.Azərbaycan Ordusunun 75 hərbçisindən ibarət parad heyəti hərbi marşla tribunaların önündən keçib. Paradın aparıcısı xatırladıb ki, Böyük Vətən müharibəsi cəbhələrində 600 mindən çox azərbaycanlı döyüşüb.Hərbi paradda 14 minə yaxın hərbçi, o cümlədən Rusiya, Azərbaycan, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Moldova, Monqolustan, Serbiya, Tacikistan, Türkmənistan, Özbəkistan hərbi qulluqçuları iştirak ediblər. Hərbi paradın fəxri qonaqları arasında Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Moldova Prezidenti İqor Dodon, Serbiya Prezidenti Aleksandr Vuçiç, Tacikistan Prezidenti Emomali Rahmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xarici ölkələrin Moskvadakı səfirləri, beynəlxalq təşkilatların rəhbərləri və başqaları yer alıblar.Qızıl meydanın üzərindən 75 təyyarə və helikopter uçub, 200 müasir və müharibə dövrünə aid 18 hərbi texnika tribunalar önündən keçib.Sonra Rusiya Prezidenti Vladimir Putin və paradın fəxri qonaqları birlikdə Kremlin divarları yaxınlığında Naməlum əsgərin məzarı önünə əklil qoyublar.Xatırladaq ki, Qələbə paradı koronavirus pandemiyasına görə mayın 9-dan iyunun 24-nə keçirilib. 1945-ci ildə Böyük Vətən müharibəsində Qələbədən sonra Qızıl meydanda məşhur parad da iyunun 24-də keçirilmişdi.Mayın 9-na nəzərdə tutulmuş parada bir çox ölkələrin liderləri dəvət almışdılar. Tədbirdə iştirakı təsdiqlənmiş bir çox digər dövlət və hökumət başçıları koronavirus pandemiyası ilə əlaqədar Moskvaya səfərlərini təxirə salmalı olublar.Qələbə bayramı münasibətilə günün sonunda - Moskva vaxtı ilə saat 23:00-da Rusiya paytaxtında atəşfəşanlıq olacaq.xeber100.com

İyun 24, 2020 3:05