Hava şəraiti ilə bağlı məlumat açıqlanıb

Azərbaycanda martın 29-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6°, gündüz 8-11° isti, Bakıda gecə 4-6°, gündüz 8-10° isti olacağı ehtimalı var. Atmosfer təzyiqi 766 millimetr civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.Sinoptiklərin xəbərdarlığına görə, martın 29-30-da Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal küləyi əsəcək. Fasilələrlə yağış yağacaq.Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimal edilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 4-7°, gündüz 8-12° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacağı bildirilir.Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində arabir yağış, sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 6-11° isti, dağlıq ərazilərdə 2-5° gecə şaxta olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacağı ehtimal edilir.Gəncə şəhərinin, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6°, gündüz 8-12° isti olacağı proqnozlaşdırılır.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 5-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacağı bildirilir.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4-7°, gündüz 8-12° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Dağlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7°, gündüz 7-12° isti, dağlarda gecə 0-3°, gündüz 5-7° isti olacağı ehtimalı var.xeber100.com  

Mart 28, 2019 1:33

Martın 19-na gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda martın 19-na - ilaxır çərşənbəyə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 765 millimetr civə sütunundan 768 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, Abşeron yarımadasında martın 19-u günün ikinci yarısınadək güclü xəzri küləyinin davam edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimal edilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı bildirilir.Naxçıvan Muxtar Respublikasında arabir yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlıq ərazilərdə gecə 5-7° şaxta olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı ehtimal edilir.Gəncə şəhərinin, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 7-12° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı ehtimalı var.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərinin, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, axşam bəzi yerlərdə intensiv olacağı ehtimal edilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 8-13° isti olacağı proqnozlaşdırılır.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Dağlarda duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-6°, gündüz 8-12° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti olacağı bildirilir.xeber100.com

Mart 18, 2019 12:50