Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı

Ölkə ərazisində aprelin 7-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8°, gündüz 13-18° isti, Bakıda gecə 6-8°, gündüz 15-17° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, aprelin 9-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 5-10°, gündüz 15-21° isti, dağlarda gecə 0-5°, gündüz 8-13° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 3-8° isti, gündüz 19-24° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 4-8° isti, gündüz 15-20° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 3-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 5-10° isti, gündüz 16-21° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 5-8° isti, gündüz 15-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.xeber100.com

Aprel 6, 2018 4:22

Bu gün Ümumdünya Fiziki Fəallıq Günüdür

2002-ci ildən başlayaraq hər il aprelin 6-da Ümumdünya Fiziki Fəallıq Günü qeyd edilir. Fiziki fəallıq əzələlər vasitəsi ilə yerinə yetirilən və enerji sərf olunan hər hansı bədən hərəkətidir. Fiziki hərəkətsizlik xroniki xəstəliklərin yaranmasının risk amilidir və dünyada 1,9 milyon nəfərin ölümünə səbəb olur.Azərtac xəbər verir ki, qlobal miqyasda yaşlıların orta hesabla hər üç nəfərindən biri fiziki cəhətdən yetərincə fəal deyil. Bundan əlavə, süd vəzinin və yoğun bağırsağın xərçəngi xəstəliklərinin təqribən 21, diabet hallarının 27 və ürəyin işemik xəstəliyinin təqribən 30 faizinin əsas səbəbi fiziki hərəkətsizlikdir.Müxtəlif yaş qruplarına mənsub olanlar üçün fəallığın optimal səviyyəsi barədə tövsiyələr hazırlanıb, lakin azacıq da olsa fiziki fəallıq, ümumiyyətlə belə fəallığın olmamasından daha yaxşıdır. Passiv həyat tərzi keçirənlər fiziki fəallığın mövcud səviyyəsindən başlayaraq məşğələlərin müddəti, tezliyi və intensivliyini tədricən artırmalıdırlar.Son vaxtlar “Skandinav yerişi” deyilən hərəkət bütün dünyada geniş yayılıb. Yerişin həmin növü XX əsrin 30-cu illərində Finlandiyada başlanıb. Yerli xizəkçilər yay fəslində yerdə qar olmayanda fiziki formalarını saxlamaq üçün əlavə imkanlar axtarmağa başlayıblar. Onlar xizək sürmək əvəzinə yalnız xizək ağaclarından istifadə etməklə qaçaraq məşq etməyə başlayıblar. Aparılmış tibbi araşdırmalar nəticəsində təsdiq edilib ki, xizək ağacları ilə yerimək idmançıların fiziki vəziyyətinə müsbət təsir göstərir. Beləliklə, Skandinav yerişi peşəkar səviyyədə tətbiq edilməyə başlanıb. Bu sahədə növbəti yenilik idmançının biləyinə bağlanan xüsusi kəmərləri olan xizək ağaclarıdır.Həmin məşğələlər nəticəsində orqanizmdəki əzələlərin 90 faizə qədəri, o cümlədən əl, ayaq, çiyin, kürək və sinə əzələləri fəallaşır. Bu, adi yerişlə müqayisədə xeyli çoxdur.xeber100.com

Aprel 6, 2018 3:30

Bakı Slavyan Universitetində qanvermə aksiyası keçirilib

Aprelin 6-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Talassemiya Federasiyasının təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilib. Tədbirə qatılan universitetin tələbə və müəllimləri qana ehtiyacı olan xəstələr üçün könüllü qan veriblər.BSU-dan Azərtac-a bildirilib ki, tədbirdə bu ali təhsil ocağının tibbi biliklərin əsasları və mülki müdafiə kafedrasının müdiri Pərvanə Cəfərova universitetdə belə aksiyaların təşkilinin artıq ənənəvi hal aldığını deyib. Diqqətə çatdırılıb ki, hər il aprel ayında keçirilən “Donor günü” çərçivəsində BSU-nun kollektivi talassemiyalı xəstələrə dəstək olmağa çalışır. Aksiyanın talassemiya ilə bağlı dövlət proqramlarına uyğun həyata keçirildiyini vurğulayan P.Cəfərova bu xəstəlik haqqında məlumat verib. Qeyd edib ki, qanvermə aksiyası həkim nəzarəti altında həyata keçirilməlidir. Çəkisi 50 kiloqramdan az olan şəxslər qan verə bilməzlər. Bundan əlavə, donorlar fiziki baxımdan da sağlam olmalıdırlar.Əvvəlcə donorlar həkim nəzarətindən keçirilib, onların sağlamlıq durumu müəyyənləşdirildikdən sonra aksiyada iştirak etmələrinə icazə verilib. Donorlar bu cür aksiyaların təşkilini yüksək dəyərləndirib və digər şəxsləri də qanvermədə fəal iştirak etməyə səsləyiblər.xeber100.com

Aprel 6, 2018 3:26

Ölkə ərazisində hava proqnozu açıqlanıb

Ölkə ərazisində aprelin 6-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7°, gündüz 10-15° isti, Bakıda gecə 5-7°, gündüz 13-15° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək - 767 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 4-9°, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 1-6° isti, gündüz 19-24° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 1° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 3-8° isti, gündüz 15-20° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 8-13° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, cənub rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 4-9° isti, gündüz 15-20° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 5-8° isti, gündüz 14-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.xeber100.com

Aprel 5, 2018 4:09

Aprelin 5-nə gözlənilən hava proqnozu açıqlanıb

Ölkəmizdə aprelin 5-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacağı, mülayim cənub küləyi əsəcəyi gözlənilir.Temperatur gecə 5-7° isti, gündüz 10-14° isti olacaq.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək.Temperatur gecə 4-9° isti, gündüz 16-21° isti olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq, gündüz şərq küləyi arabir güclənəcək.Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacaq.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, gündüz şərq küləyi arabir güclənəcək.Temperatur gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman, səhər çiskin olacağı gözlənilir. Gündüz şərq küləyi arabir güclənəcək.Temperatur gecə 1-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° olacaq.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, şərq küləyi əsəcəyi gözlənilir.Temperatur gecə 3-8° isti, gündüz 14-19° isti olacaq.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacağı, şərq küləyi əsəcəyi gözlənilir.Temperatur gecə 6-8° isti, gündüz 12-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq.xeber100.com

Aprel 4, 2018 2:39

Hidrometeorologiya Departamentinin məlumatı

Azərbaycanda aprelin 4-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8°, gündüz 9-12° isti, Bakıda gecə 6-8°, gündüz 9-11° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, aprelin 3-ü axşam, aprelin 4-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, aprelin 5-6-da meteoroloji amillərin normal sutkalıq gedişi əksər əhali üçün əlverişli olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 3-8°, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 3-8° isti, gündüz 13-18° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı, duman olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 0-4° isti, gündüz 4-7° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Yağıntı gündüz tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 3-7° isti, gündüz 9-14° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 2-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-6° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, duman olacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 3-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Yağıntının dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 5-7° isti, gündüz 9-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.xeber100.com  

Aprel 3, 2018 12:40

Prezidenti seçkiləri günü qeyri-iş günüdür

2018-ci il aprelin 11-i Azərbaycan Respublikası Prezidenti seçkiləri günü olduğundan həmin gün qeyri-iş günüdür. Bu barədə Azərtac-a Əmək və Sosial Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.Onun verdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikası Prezidenti seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub: “Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Habelə Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Bununla əlaqədar, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilmiş “2018-ci il üçün iş vaxtının norması”na və “2018-ci ilin istehsalat təqvimi”nə əsasən, Azərbaycan Respublikası Prezidenti seçkiləri günü olan aprelin 11-i qeyri-iş günü kimi müəyyən olunub”.Nazirliyin şöbə müdiri onu da əlavə edib ki, ümumilikdə, 2018-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1919 saat, o cümlədən aprel ayı üzrə 159 saat təşkil edir. Altıgünlük iş həftəsi olan iş yerlərində də 40 saatlıq iş həftəsində çalışan işçilər üçün həmin beşgünlük iş həftəsi üzrə hesablanmış illik iş vaxtı norması, yəni 1919 saatlıq norma tətbiq olunur: “Növbəti ayda, yəni may ayında isə iki bayram günü var: 9 May-faşizm üzərində Qələbə günü və 28 May-Respublika günü. Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli 540 nömrəli qərarına əsasən həmin bayram günləri iş günü hesab edilmir. Həmçinin 28 may bazar ertəsinə təsadüf etdiyindən beşgünlük iş həftəsi üzrə işləyənlər bununla əlaqədar əvvəlki iki istirahət günləri-şənbə və bazar günləri də nəzərə alınmaqla üç gün istirahət imkanı əldə edəcəklər. Ümumilikdə may ayı üzrə aylıq iş vaxtı norması 167 saat təşkil edir”.xeber100.com

Aprel 3, 2018 12:31