Ölkə ərazisində oktyabrın 10-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17°, gündüz 20-25° isti, Bakıda gecə 15-17°, gündüz 23-25° isti olacağı gözlənilir.Atmosfer təzyiqi norma daxilində - 760 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 10-da Abşeron yarımadasında sabit hava şəraiti müşahidə ediləcək ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 10-15°, gündüz 22-27° isti, dağlarda gecə 3-8°, gündüz 13-18° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.Havanın temperaturunun gecə 5-10°, gündüz 21-26° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüzdən etibarən bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 3-8°, gündüz 13-18° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 8-13°, gündüz 20-25° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 7-12°, gündüz 19-24° isti, dağlarda gecə 3-7°, gündüz 12-17° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 10-15°, gündüz 22-27° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gün ərzində arabir yağış yağacağı gözlənilir. Axşam yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 12-15°, gündüz 20-25° isti, dağlarda gecə 7-12°, gündüz 15-20° isti olacağı gözlənilir.Xəbərdarlığa əsasən, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra oktyabrın 10-u axşamdan 14-dək Azərbaycanın rayonlarında havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli, intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.xeber100.com