Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı

Azərbaycanda martın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 3-6° isti, gündüz 10-14° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 14-19° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 13-18° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 13-18° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi gündüz qərb küləyi ilə əvəz olunacaq, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.xeber100.com

Mart 24, 2017 2:25

BMT-nin 1992-ci il 22 dekabr tarixli Qətnaməsinə əsasən…

BMT-nin Baş Assambleyasının 1992-ci il 22 dekabr tarixli Qətnaməsinə əsasən 22 mart Ümumdünya Su Resursları Günü elan edilib.Azərtac BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, bu günün keçirilməsində əsas məqsəd su resurslarının mənimsənilməsinin hansı səviyyədə olmasına, iqtisadi və sosial rifahın səmərəliliyinin yüksəldilməsinə təsirinin müəyyənləşdirilməsinə və bu barədə maarifləndirmənin təmin edilməsinə, təmiz su ehtiyatlarının sürətlə azalması səbəbindən yaranacaq təhlükəli vəziyyətə diqqət çəkməkdir. Hər il bir deviz altında keçirilən “Ümumdünya su resursları günü”nün builki mövzusu “Su və tullantı suları”dır.Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır.Respublikamızın yerüstü su ehtiyatlarının 19-20,6 kubkilometri transsərhəd çayların, 9,5-10 kubkilometri isə yerli çay axımının hesabına formalaşır.Hazırda Bakı şəhərində yaranan çirkab suları Hövsan, Sahil, Buzovna, Mərdəkan-Şüvəlan və Zığ təmizləyici qurğularında təmizləndikdən sonra Xəzər dənizinə axıdılır.xeber100.com

Mart 22, 2017 12:17

Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir

Martın 25-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a bildiriblər ki, martın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Temperatur gecə 3-5, gündüz 8-11 dərəcə isti olacaq.Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.Yuxarı Qarabağ, Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə arabir yağış və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacaq. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə arabir yağış yağacaq, axşama doğru tədricən kəsiləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4, gündüz 8-13 dərəcə isti olacaq.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə yağıntılı olacaq, qar yağacaq, axşama doğru tədricən kəsiləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.Mərkəzi-Aran, Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Arabir duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Dağlarda duman gözlənilir. Şərq küləyi əsəcək, temperatur gecə 5-7, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.xeber100.com

Mart 21, 2017 2:36

Martın 21-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda martın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturunun gecə 3-5° isti, gündüz 8-10° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə yaranacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti təşkil edəcək.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə arabir yağış, qar yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə yaranacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacaq.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 8-13° isti təşkil edəcək.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 0-2° şaxta olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 9-13° isti təşkil edəcək.Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-12° isti, dağlarda gecə 1-4° isti, gündüz 5-8° isti təşkil edəcək.

Mart 20, 2017 1:05

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı

Martın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 4-6° isti, gündüz 9-14° isti olacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a bildiriblər Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı, gündüz arabir yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, axşam çiskinli olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 11-16° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam ayrı-ayrı yerlərdə yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin gündüz bəzi cənub rayonlarında az yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 13-18° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Gün ərzində arabir yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-8° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti olacağı gözlənilir.xeber100.com

Mart 19, 2017 7:38