Hidrometeorologiya Departamentinin məlumatı…

Azərbaycanda noyabrın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti təşkil edəcək.Naxçıvan Muxtar Respublikasında arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış, sulu qar, qar yağacağı, duman olacağı, gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti təşkil edəcək.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Ayrı–ayrı yerlərdə duman olacaq. Gündüz hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 2-7° isti, gündüz 8-12° isti olacaq.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Yağıntının intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 8-13° isti təşkil edəcək.Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Dağlarda duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Gecə 7-9° isti, gündüz 9-11° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacaq.xeber100.com

Noyabr 16, 2016 12:06

Beynəlxalq ətraf mühit sərgisi öz işinə başlayıb

Noyabrın 16-da Bakı Ekspo Mərkəzində 7-ci Azərbaycan beynəlxalq ətraf mühit sərgisi (“Caspian Ecology”) öz işinə başlayıb. Sərgi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionlarında həyata keçirilən mühüm tədbirdir. “Caspian Ecology” sərgisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.Azərtac xəbər verir ki, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin iştiraki ilə sərgiyə baxış keçirilib. Məlumat verilib ki, bu il sərgidə dünyanın 14 ölkəsindən 62 şirkət iştirak edir. Onların arasında Azərbaycanla yanaşı, Almaniya, Çexiya, Danimarka, İngiltərə və digər ölkələrdən şirkətlər var. Sərgidə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “Təmiz Şəhər” ASC, IDEA İctimai Birliyi, Azertexnolayn, SOCAR, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC təmsil olunur. Bu il Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi sərgidəki stendində ölkəmizdə həyata keçirilən birgə ekoloji layihələri nümayiş etdirir. “Caspian Ecology” sərgisində “Arkon Flow Systems” (Çexiya), “BLUCAST JSC” (Litva), “DIKKAN” (Türkiyə) şirkətləri ilk dəfə iştirak edirlər.xeber100.com

Noyabr 16, 2016 12:03

Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edir…

Respublika ərazisində avtonəqliyyat vasitələri sahiblərinə pərdələrdən istifadə üçün verilmiş icazənin müddəti noyabrın 15-də başa çatır.Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Azərtac-a bildiriblər ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “AZS 122-2004” “Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər” dövlət standartına edilmiş dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70 faizdən az olmaması müəyyənləşdirilib. Həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq, hər il mayın 1-dən noyabrın 15-dək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.Bununla əlaqədar sürücülərin nəzərinə çatdırılır ki, noyabrın 15-də qeyd olunan jalüzlərin icazə verilmiş istifadə müddəti başa çatır. Bu tarixdən etibarən avtomobillərin arxadakı yan şüşələrində jalüz və ya görüntünü məhdudlaşdıran digər avadanlıqdan istifadə edilməsinə görə sürücülər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbinə əsasən, 150 manat məbləğində cərimə olunacaqlar.xeber100.com

Noyabr 16, 2016 12:00

Dövlət Statistika Komitəsinin məlumatına görə…

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 79,0 min nəfər və ya 0,8 faiz artaraq 2016-cı il oktyabr ayının 1-nə 9784,6 min nəfərə çatıb. Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, əhalinin sıxlığı bir kvadratkilometrə 113 nəfər olub. Əhalinin ümumi sayının 53,1 faizini şəhər, 46,9 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.Cari ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 119,7 min, yaxud hər gün orta hesabla 437 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,5 təşkil edib. Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrin 2090-ı əkiz, 54-ü isə üçəm doğulub.Ölkə üzrə cari ilin ilk 9 ayı ərzində 42,0 min ölüm halı qeydə alınıb, ölüm səviyyəsi hər 1000 nəfər əhaliyə 5,8 olub. Bu müddətdə qeydiyyat şöbələri tərəfindən 50,4 min nikah və 9,6 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 7,0, boşanmaların sayı isə 1,3 olub. Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana daimi yaşamaq üçün 2678 nəfər gələn və 1397 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1281 nəfər təşkil edib.xeber100.com

Noyabr 16, 2016 11:51

İcbari tibbi sığorta ilə bağlı maarifləndirmə tədbirləri keçirilib

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssisləri noyabrın 14-15-də pilot ərazilərdə - Yevlax rayonunda və Mingəçevir şəhərində əhalinin icbari tibbi sığorta sistemi haqqında maarifləndirilməsi məqsədilə tədbirlər keçiriblər.Agentlikdən Azərtac-a bildirilib ki, Yevlaxdakı Heydər Əliyev Sarayında və Bəşir Səfəroğlu adına Xalq Teatrında keçirilən görüşlərdə tibb işçiləri və müəllimlər, rayonun 48 kəndinin, 29 bələdiyyəsinin və 1 qəsəbəsinin icra nümayəndələri iştirak ediblər. Görüşlərdə bildirilib ki, icbari tibbi sığortanın tətbiqi tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə dəstək verəcək. Səhiyyənin uzunmüddətli inkişafına nail olmaq məqsədilə bu sahədə dayanıqlı maliyyə mənbələrinin formalaşdırılması və mövcud resursların daha səmərəli istifadəsi tələb olunur. Növbəti tədbirlər isə Mingəçevir Dövlət Dram Teatrında, Energetiklər klubunda və Mingəçevir Dövlət Universitetində şəhər sakinlərinin iştirakı ilə keçirilib. Görüşlərdə qeyd olunub ki, icbari tibbi sığortanın tətbiqi yeni maliyyə mənbələrinin yaradılmasına təkan verəcək. Azərbaycanda səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığorta modelini tətbiq etmək agentliyin əsas prioritetidir. Pilot ərazilərdə keçirilən tədbirlərdə icbari tibbi sığortanın əhəmiyyəti, üstünlükləri və səhiyyədə tətbiqi haqqında təqdimatlar olub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdirləri Vüqar Qurbanov və İsa Əliyev, əməkdaşları Sadiq Mədətov və Tural Qulu sakinlərin suallarını cavablandırıblar.Agentlik tərəfindən əhalinin məlumatlandırılması məqsədilə Yevlax rayonunda və Mingəçevir şəhərində posterlər vurulub.xeber100.com

Noyabr 16, 2016 11:49

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı…

Azərbaycanda noyabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 12-15° isti təşkil edəcək. Noyabrın 15-dən 17-si gündüzədək Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir. Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 12-17° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3 –dək isti, gündüz 5-10° isti olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 8-13° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti təşkil edəcək. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-9° isti, gündüz 11-16° isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-10° isti, gündüz 12-15° isti, dağlarda gecə 5-8° isti, gündüz 9-12° isti olacağı gözlənilir.

Noyabr 14, 2016 3:24

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı…

Azərbaycanda noyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 14-17° isti təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 15-20° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti təşkil edəcək. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11° isti, gündüz 12-16° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-11°isti olacağı gözlənilir. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 14-17° isti təşkil edəcək. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti, dağlarda gecə 3-8° isti, gündüz 9-14° isti təşkil edəcək.xeber100.com

Noyabr 11, 2016 12:18