Əməliyyat-axtarış tədbirləri keçirilib

Azərbaycan və Rusiyanın daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, noyabrın 21-dən 27-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində “Sərhəd-Sipər” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, əməliyyatın əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrası olub.Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 27 şəxs tutulub, o cümlədən Rusiya Federasiyası tərəfindən axtarılan 18 nəfər saxlanılıb, itkin düşmüş 5 nəfərin yeri müəyyənləşdirilib. Qanunsuz saxlanılan 5 avtomat silah, 8 tapança, 67 yivli və yivsiz tüfəng, 30 əl qumbarası, 38 silah sandıqçası, 30 ədəd müxtəlif hərbi ləvazimat və sursat, 1 mərmi və müxtəlif çaplı 8611 patron götürülüb.Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqədar 5 fakt aşkar olunub, qanunsuz dövriyyədən 1,1 kiloqram narkotik vasitə çıxarılıb.Bundan başqa, tədbirlər zamanı Quba rayonunda 3, Qusar rayonunda 2, Şəki, Xaçmaz və Qax rayonlarında hər birində 1 fakt olmaqla qanunsuz odlu silah gəzdirmə, oğurluq və dələduzluq cinayətlərinin açılması təmin edilib.Insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin ölkəmizin milli maraqlarına, qanunçuluq prinsiplərinə ciddi riayət olunaraq gerçəkləşdirilən belə kompleks əməliyyat-axtarış tədbirlərinin gələcəkdə də keçirilməsi planlaşdırılır.xeber100.com

Noyabr 30, 2016 11:38

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə…

Azərbaycanda noyabrın 29-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.Havanın temperaturu gecə 4-6° isti, gündüz 10-14° isti təşkil edəcək.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 9-14° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 5-10° isti təşkil edəcək.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 2-4° isti, gündüz 10-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti təşkil edəcək.xeber100.com

Noyabr 28, 2016 11:26

Milli Hidrometeorologiya Departamentinin məlumatı…

Azərbaycanda noyabrın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun gecə 1-4° isti, gündüz 6-9° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.Havanın temperaturunun gecə 5-10° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi arabir güclənəcək.Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 0-5° isti təşkil edəcək.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi arabir güclənəcək.Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 3-7° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi arabir güclənəcək.Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 6-8° şaxta, gündüz 0-3° isti təşkil edəcək.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi arabir güclənəcək.Havanın temperaturunun gecə 0-4° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi arabir güclənəcək.Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 7-9° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti təşkil edəcək.xeber100.com

Noyabr 26, 2016 3:56

Hidrometeorologiya Departamentinin məlumatı…

Noyabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-5° isti, gündüz 5-7° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, dağlıq ərazilərdə 6-9°şaxta, gündüz 6-11° isti olacağı ehtimalı var.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 5-9° isti olacağı ehtimalı var.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, yüksək dağlıq ərazilərdə gecə 10-15° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə yağış yağacağı, sulu qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 5-10° isti olacağı ehtimalı var.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-6° isti, gündüz 6-9° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacağı gözlənilir.xeber100.com

Noyabr 21, 2016 11:28

Ekologiya və təbii sərvətlər nazirliyinin məlumatı…

Noyabr 20, 2016 11:40