“Sığortaolunanlara məlumatların verilməsi”…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlara fərdi hesablarında pensiya kapitalı toplamalarına, bununla da öz gələcək etibarlı pensiya təminatında fəal iştirak etməyə imkan yaradır. Bunun nəticəsi olaraq sistemdə qeydiyyata alınanların sayı artmaqda davam edir. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “Apa-Economics”ə verilən məlumata görə, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı bu ilin iyul ayında 13 522 nəfər, yanvar-iyul aylarında isə 112 517 nəfər artaraq 3 292 671 nəfərə çatıb. Onlardan  674 176  nəfərini (20,4%) 30 yaşa qədər olanlar, 833 656 nəfərini (25,3%) 30-40 yaşlarında olanlar təşkil edir. Həmçinin sığortaolunanların 661 802 nəfəri (20,1%) 40-50 yaşlarında olanlar,  695 393 nəfəri (21,1%) 50-60 yaşlarında olanlar, digərləri isə 60 yaşdan yuxarı olanlardır. Hər bir sığortaolunan fərdi uçot sistemində uçota alınaraq, onun üçün unikal sosial sığorta nömrəsi olan fərdi şəxsi hesab açılır. Həmin hesabda sığortaolunanların gələcək pensiya təyinatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatlar toplanır. Bu zaman sığortaolunanın Dövlət Sosial Müdafiə Fondunda uçota alındığını və onun üçün fərdi şəxsi hesabın açıldığını təsdiq edən sosial  sığorta şəhadətnaməsi də rəsmiləşdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidmətindən istifadə etməklə, vətəndaşlar  fərdi hesablarında toplanan  pensiya kapitallarına mütəmadi şəkildə nəzarət edə bilirlər.xeber100.com

Avqust 15, 2016 11:50

“ASAN Akademiya” layihələri həyata keçiriləcək

“ASAN Könüllüləri” Təşkilatı gənclərin asudə vaxtının səmərəli keçirilməsi, dünyagörüşünün və motivasiyasının artırılması, gənclər arasında dövlətçilik dəyərlərinin yüksəldilməsi, onların iş bacarıqlarının, psixoloji durumunun yaxşılaşdırılması istiqamətində yeni layihələrə start verib. Təşkilatdan Azərtac-a bildiriblər ki, layihələr Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. “ASAN Könüllüləri” tərəfindən Azərbaycanda ilk dəfə yerli və əcnəbi nümayəndələrin iştirakı ilə keçiriləcək “I Beynəlxalq Startup Akademiyası: Gəncə 2016”, respublika miqyasında könüllülük fəlsəfəsinin təbliği və könüllülük hərəkatını stimullaşdırmaq məqsədilə “Könüllülər yurdu - Azərbaycan”, gənclərin fərdi inkişafına təkan verərək karyera qurmaq yolunda ilkin addım atmalarına yardım etmək üçün “ASAN Akademiya” layihələri həyata keçiriləcək. Bundan başqa, gənclərdə kitab oxumağa maraq yaratmaq məqsədilə “Hərəyə bir kitab bölüşək”, gənclərin psixi sağlamlığının qorunması, onların psixoloji gərginlikdən azad olmaları, sağlam gənc kimi yetişmələri üçün “Gənc beyin”, gənc nəslə idmanı sevdirib, sadə fiziki məşqlərin gündəlik yerinə yetirilməsini aşılamaq məqsədilə “ASAN Könüllülərinin II spartakiadası” layihələrinin reallaşdırılması nəzərdə tutulur.xeber100.com

Avqust 12, 2016 2:48

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”…

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət İmtahan Mərkəzinə dövlət qulluğu sahəsində yeni funksiyalar verilib. Azərtac xəbər verir ki, dəyişikliklərə əsasən, aşağıdakı məsələlər Mərkəzin səlahiyyətlərinə daxil edilib: - buraxılış və qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparmaq və nəticələrini Azərbaycan Respublikasının Prezidentinə və Təhsil Nazirliyinə təqdim etmək (2016-cı il aprelin 11-də təsdiq edilmiş Nizamnamədə bu, DİM-in hüquqlarına, yeni Nizamnamədə vəzifələrinə aid edilib); - dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək; - dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini öyrənmək, bu barədə hesabat hazırlamaq; - dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsinə dair təkliflər vermək; - dövlət qulluğu məsələləri üzrə beynəlxalq əməkdaşlığı həyata keçirmək; - dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl edilməsi vəziyyətini öyrənmək; - “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulması ilə bağlı şikayət və məlumatları qəbul etmək; - dövlət qulluqçularının etik davranış məsələləri üzrə araşdırmalar aparmaq; - dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat vermək; - dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması barədə Azərbaycan Prezidentinə məlumat vermək; - dövlət qulluğu və dövlət qulluqçularının etik davranış məsələləri barədə maarifləndirmə işini aparmaq; - dövlət qulluqçularının reyestrini aparmaq, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə məlumatları reyestrə daxil etmək; - dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər vermək; - dövlət qulluğunda təlim tələbatını müəyyən etmək, dövlət qulluqçuları üçün təlim strategiyasını hazırlamaq və dövlət orqanlarına dövlət qulluqçularının əlavə təhsili barədə təkliflər vermək; - rəhbər vəzifə tutan dövlət qulluqçuları, habelə ilk dəfə dövlət qulluğuna qəbul olan şəxslər üçün təlim kursları təşkil etmək. Bundan başqa, dövlət qulluğunun inkişafına yönəlmiş dövlət və beynəlxalq proqramların həyata keçirilməsində iştirak etmək, dövlət qulluğu və tələbə qəbulu məsələləri üzrə beynəlxalq və qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müstəqil ekspertlərlə əməkdaşlıq etmək kimi məsələlər də DİM-in hüquqlarına əlavə edilib.xeber100.com

Avqust 11, 2016 3:50