Seminar-müşavirə keçirilib

Astara Rayon İcra Hakimiyyətində (RİH) “Çimərlik mövsümündə su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahəsində yerli icra və özünüidarə orqanları ilə birgə müvafiq tədbirlərin həyata keçirilməsi” mövzusunda seminar-müşavirə keçirilib. Apa-nın cənub bürosunun məlumatına görə, tədbirdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin, Dövlət Sularda Xilasetmə Xidmətinin Lənkəran xilasetmə məntəqəsinin və Cənub dalğıc-axtarış qrupunun, Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin Cənub Regional Şöbəsinin, Astara RİH-nin, yerli bələdiyyələrin, müvafiq xidmət sahələrinin nümayəndələri, eləcə də çimərliklərə məsul şəxslər də iştirak ediblər. Seminar-müşavirədə çimərliklərin vəziyyəti, dəniz suyunun gigiyenik normalara uyğunluğu, məişət tullantılarının daşınması ilə bağlı mövcud problemlər, eləcə də əhalinin təhlükəsiz istirahətinin təmin edilməsi üçün görüləcək işlər müzakirə olunub. Tədbirdə rayon ərazisində olan çimərliklərdə keçirilən monitorinqin nəticələri və hazırki vəziyyət barədə iştirakçılar məlumatlandırılıb, mövcud problemlər təhlil olunub. Daha sonra “Dövlət Sularda Xilasetmə Xidmətinin fəaliyyət istiqamətləri, çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları”, “Yay mövsümü ərzində əhalinin istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər”, “Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi”, “Çimərliklərdə dəniz suyunun təmizlik vəziyyəti”, “112” qaynar xəttinə hansı hallarda zəng etmək lazımdır?” və “FHN-nin Cənub Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin təşkili” mövzularında məruzələr dinlənilib. Seminar-müşavirənin sonunda mövzu ilə bağlı videoçarx və fotoslaydlar nümayiş etdirilib, tədbir iştirakçılarına maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılıb.xeber100.com

İyun 10, 2016 12:02

“Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası”…

Bir sıra şirkətlərin ictimaiyyətlə əlaqələr (PR -public relations) mütəxəssislərinin toplantısında "Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası" İctimai Birliyi (Azerbaijan Public Relations Association - APRA) təsis edilib. APRA-dan Azərtac-a bildiriblər ki, "AtaHolding", "Veysəloğlu", "Excelsior Hotel Baku", "Paşa Həyat Sığorta", "Bakcell", "AtaBank", "Caspian Development Bank", "Hed Akademi" şirkətlərinin PR menecerləri və "Alibayov Kommunikasiya & Konsaltinq" şirkətinin rəhbərinin iştirak etdikləri görüşdə APRA-nın təsis edilməsi ilə bağlı məsələlər və assosiasiyanın qarşısında duran vəzifələr müzakirə olunub. "Veysəloğlu" Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, APRA-nın sədri İlham Məmmədov bildirib ki, yeni təsis edilən Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası Azərbaycanın PR sahəsinin inkişafına öz töhfəsini verəcək. Assosiasiya beynəlxalq PR assosiasiyalarına da üzv olacaq. Təşkilatın yaradılmasında əsas məqsəd ölkədə ictimaiyyətlə əlaqələr sahəsində tədrisin mükəmməlləşdirilməsi, kadr potensialının artımı üçün şəraitin yaradılması və bu sahənin hərtərəfli, keyfiyyət və kəmiyyət baxımdan inkişafına nail olmaqdır. "AtaHolding" korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova qeyd edib ki, biz assosiasiyanın qarşıdakı fəaliyyətində uzun müddət ictimai əlaqələr sahəsində topladığımız bilik və təcrübəmizdən istifadə edəcəyik. Assosiasiya PR tətbiqi sahəsində yüksək peşəkar və etik standartlara riayət edilməsinə kömək edəcək. İctimaiyyətlə əlaqələr üzrə yerli mütəxəssislərin keyfiyyətli artımı üçün şərait yaradacaq. Assosiasiya üzvlərinin tədrisi məqsədilə onlar üçün müxtəlif kurslar, treninqlər, seminarlar, konfranslar təşkil ediləcək. Müvafiq hökumət və qeyri-hökumət təşkilatları, dövri nəşrlər və elektron kütləvi informasiya vasitələri ilə münasibətlər qurulacaq, onlarla əməkdaşlıq və müştərək layihələr həyata keçiriləcək.xeber100.com

İyun 8, 2016 2:37

“Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda tədbir keçirilib

Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin və rayon polis idarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya bəşəriyyətin bəlasıdır!” mövzusunda tədbir keçirilib. Tədbirdə Suraxanı Rayon Polis İdarəsinin rəisi Namiq Həsənov bildirib ki, hazırda bəşəriyyəti narahat edən məsələlərdən biri də narkomaniyadır. Artıq “ağ ölüm” kimi az qala bütün dünyanı ağuşuna alan bu sosial bəla hər il çoxlu sayda insanın ölümünə səbəb olur. Azərbaycan da narkomaniyanın acı nəticələrindən ziyan çəkir. Azərbaycan hökuməti ümumbəşəri problemə çevrilən narkomaniyanın yayılmasının qarşısının alınması məqsədilə tədbirlər görür, ona qarşı mübarizədə dünya ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir. Narkomaniyaya meyil əsasən gənclik dövründə başlanır. Buna görə də məktəb dövründən profilaktik tədbirlərə başlanmalıdır. Gənclər arasında narkomanlığın yayılmasının səbəbləri savadsızlıq, narkotik satıcılarının himayə edilməsi, narkotik biznesidir. Narkomaniya ilə bağlı mövcud problemlər daim nəzarətdə və ictimaiyyətin diqqətində saxlamaq üçün BMT-nin təşəbbüsü ilə 1987-ci il iyunun 26-dan etibarən Beynəlxalq Narkomaniya ilə Mübarizə Günü təsis edilib. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova qeyd edib ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə istiqamətində dünyanın bir çox ölkəsində qeyri-hökumət təşkilatları minlərlə proqramlar təşkil edir. Bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi hüquq mühafizə orqanlarının daim diqqət mərkəzindədir. Narkomanlıq və narkobiznesin cəmiyyətin mənəvi, əxlaqi dəyərlərini sarsıtdığını deyən Suraxanı rayon prokuroru Rəhim Əliyev vurğulayıb ki, bu bəla sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır və cinayətkarlığın artmasına səbəb olur. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin artması, narkotiklərlə bağlı cinayətlərin getdikcə daha çox ciddi problemə çevrilməsi və narkotik vasitələrə aludə olanlar arasında yeniyetmə və gənclərin olması təəssüf hissi doğurur. Rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi Anar Rüstəmov deyib ki, bu ilin beş ayı ərzində 27 fakt aşkar olunub. Cinayətkarlardan müsadirə olunaraq dövriyyədən çıxarılmış narkotik vasitələrin ümumi çəkisi 12 kiloqram 405 qram təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayət faktlarının sayı azalıb, lakin müsadirə edilmiş narkotik vasitələrin ümumi çəkisi artıb. Sonda “Narkomaniya bəşəriyyətin bəlasıdır!” adlı videoçarx nümayiş olunub.xeber100.com

İyun 7, 2016 3:30

Bu gün Ümumdünya Ətraf Mühit Günüdür

5 iyun - Ümumdünya Ətraf Mühit Günüdür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, ətraf mühitin mühafizəsi və ekoloji problemlər Azərbaycanda da diqqət mərkəzindədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 iyun - Ümumdünya Ətraf Mühit Günü ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi və həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi bu gün də Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir. Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında ekoloji mühitin sağlamlaşdırılması məqsədilə nəzərdə tutulan hədəflərin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib, biomüxtəlifliyin mühafizəsi, meşələrin inkişafı, yaşıllıqların artırılması, su ehtiyatlarının davamlı idarə olunması sahəsində nəzərəçarpacaq nailiyyətlər əldə olunub. Qeyd edək ki, 1972–ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholmda keçirilən iclasında 5 iyun tarixinin Ümumdünya Ətraf Mühit Günü kimi qeyd olunmasına qərar verilib. O vaxtdan etibarən bu gün bütün dünyada təntənəli şəkildə qeyd olunur. Builki Beynəlxalq Ətraf Mühit Günü “Vəhşi heyvanların qanunsuz ticarəti ilə mübarizə” mövzusuna həsr olunub.xeber100.com

İyun 5, 2016 3:04