Azərbaycanda fevralın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6°, gündüz 12-16° isti, Bakıda gecə 4-6°, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz təşkil edəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna əsasən, fevralın 7-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.Fevralın 7-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şərq rayonlarında çiskinli, yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, yüksək dağlıq ərazilərdə 6-8° şaxta, gündüz 6-11° isti olacağı ehtimal edilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 11-16° isti olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, yüksək dağlıq ərazilərdə 6-8° şaxta, gündüz 6-11° isti olacağı proqnozlaşdırılır.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, 5-10, arabir 15-20, ayrı-ayrı yerlərdə arabir 23-25 metr/saniyəyədək güclənəcək. Havanın temperaturunun gecə 2-6°, gündüz 13-18° isti olacağı bildirilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında havanın yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 13-18° isti olacağı ehtimalı var.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-8°, gündüz 12-17° isti, dağlarda gecə 6-8°, gündüz 12-16° isti olacağı ehtimal edilir.Sinoptiklərin xəbərdarlığına görə, fevralın 7-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin əsəcəyi, axşam şimal-qərb küləyi ilə əvəzlənəcəyi, saniyədə 15-18, arabir 20-23 metrədək güclənəcəyi gözlənilir.Xəbərdarlığa əsasən, fevralın 7-dən 8-i səhərədək qərb küləyinin əsəcəyi, sürətinin arabir 15-20 metr/saniyə olacağı, bəzi yerlərdə arabir 23-25 metrədək güclənəcəyi proqnozlaşdırılır.xeber100.com