09 Fevral 2023 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Bloomberg agentliyi: G7 dizel yanacağı üçün 100-110 dollar qiymət həddini dəstəkləyir
Çexiyada keçirilən prezident seçkilərində istefada olan general qələbə qazanıb
İtaliyanın “Eni” neft-qaz şirkəti təbii qaz hasilatına dair müqavilə imzalayıb
Çexiyada prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb
Avropa İttifaqı İstanbulda forum keçirməyi planlaşdırır
Konstitusiya dəyişiklikləri ilə bağlı referendum baş tutmayıb
Anadolu Agentliyi: Kağıthane-İstanbul Hava Limanı xətti istifadəyə verilib
“Tsxaltubo-Axaltsixe-Tortum” elektrik ötürücü xətti tikiləcək
Xarici KİV: 130 milyon dollar olan limanın inşası planlaşdırılır
Qar fırtınası ilə əlaqədar Nyu-York ştatında fövqəladə vəziyyət elan edilib
İslam Əməkdaşlıq Təşkilatının İnformasiya Departamentinin müraciəti
Kataloniyanın müstəqilliyi haqqında referendum olmayacaq
TASS informasiya agentliyinin məlumatına görə…
CNN telekanalı: Qar fırtınası 26 nəfərin həyatına son qoyub
Assosiated Press: Frankfurtda 170-dən çox reys ləğv olunub
Avropa İttifaqı Şurası Xorvatiyanın Şengenə daxil olmasını təsdiqləyib
Avropa İttifaqı Şurası Ukraynaya 18 milyard avro ayrılmasını təsdiqləyib
Filippinin Mindanao adasında 6,1 bal maqnitudada zəlzələ olub
Previous Next
  1. Ana səhifə
  2. Təhsil

Dövlət İmtahan Mərkəzi TKT kvalifikasiyasının modulları üzrə imtahan təşkil edir

Dövlət İmtahan Mərkəzi (DİM) ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının modulları üzrə imtahan təşkil edir. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, aşağıdakı TKT modulları üzrə imtahanlar təklif edilir: -TKT Modul 1 -TKT Modul 2 -TKT Modul 3 -TKT Modul YL (azyaşlı öyrənənlərə dilin tədrisi) -TKT Modul CLIL (dilin məzmunla inteqrativ tədrisi) İmtahan aprelin 29-da keçiriləcək. Qeydiyyat martın 13-dək aparılacaq. Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Qualifications (Kembric ingilis dili kvalifikasiyaları), Cambridge English Teaching (Kembric ingilis dilinin tədrisi) və LinguaSkill imtahanlarını təşkil edir.xeber100.com  

Yanvar 29, 2023 2:48

AMEA-nın magistraturalarına qəbul imtahanına hazırlaşanlar üçün sınaq imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 29-da ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanına hazırlaşanlar üçün sınaq imtahanı keçirilib. DİM-dən bildirilib ki, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 4 binada təşkil olunub. İştirakçılara biliklərini yoxlamaq üçün zəruri şərait yaradılıb. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb və 3 saat davam edib. İmtahanın idarə olunması üçün 8 imtahan rəhbəri və 56 zal nəzarətçisi ayrılıb. Sınaq imtahanı ilə bağlı DİM-də operativ qərargah da fəaliyyət göstərib və mütəmadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün binalarda təlimata uyğun təşkil olunub.xeber100.com

Yanvar 29, 2023 2:46

Bakı Şəhəri üzrə Təhsil İdarəsi: “Heydər Əliyev İli” ilə bağlı tədbirlərə start verilib

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri imzalanıb. İdarədən bildirilib ki, əmrə əsasən, “Heydər Əliyev İli” ilə bağlı forum, konfrans, simpozium, dəyirmi masa, açıq dərs və seminarların, müxtəlif müsabiqələrin, sərgi və festivalların, elm və mədəniyyət xadimlərinin, təhsil işçilərinin, tanınmış ziyalıların iştirakı ilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Həmçinin təhsil müəssisələrində “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda seminarların, “Heydər Əliyev dərsləri”nin təşkili, “Kiçik Akademiya” və “Heydər Əliyev dərsləri”nin iştirakçıları və məzunlarının iştirakı ilə şəhər elmi konfransının keçirilməsi planlaşdırılıb. Bundan əlavə, ümumi təhsil müəssisələrinin şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsi keçiriləcək, Ulu Öndərin irsinin öyrənilməsi məqsədilə məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil olunacaq.xeber100.com

Yanvar 26, 2023 1:11

Dövlət İmtahan Mərkəzi: Magistraturaya sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 29-da ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək. DİM-dən verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində ümumilikdə 4 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 566 nəfər qeydiyyatdan keçib. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahanda iştirak edəcək bakalavrların nəzərinə çatdırılır ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatacaq. Bakalavr imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməlidir. İmtahan binası, imtahanın tarixi və saatı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib. Bakalavr özü ilə şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsini gətirməlidir. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda bakalavr imtahana buraxılmayacaq. İmtahanların idarə olunması üçün 8 imtahan rəhbəri və 56 zal nəzarətçisi ayrılıb.xeber100.com

Yanvar 26, 2023 1:05

Dövlət İmtahan Mərkəzində GRE General Test imtahanı keçirilib

Yanvarın 12-də Dövlət İmtahan Mərkəzində (DİM) GRE General Test imtahanı keçirilib. İmtahan Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub. DİM-dən bildirilib ki, imtahanda 5 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-nin saytında yaradılmış şəxsi hesabları vasitəsilə 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər. Növbəti GRE General Test imtahanının yanvarın 26-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.xeber100.com

Yanvar 12, 2023 1:34

2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir

Bakı Dövlət Universitetində (BDU) 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir. Yanvarın 12-də bakalavriatura səviyyəsində 226 qrup üzrə 4 min 551 tələbə, magistratura səviyyəsində 124 ixtisaslaşma üzrə 741 nəfər imtahan verir. Bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, ümumilikdə sessiya ərzində bakalavriatura səviyyəsində 20 mindən çox, magistratura səviyyəsində isə 1975 tələbə imtahan verəcək. Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün fevralın 7-dən 14-dək şərait yaradılacaq. İmtahan sessiyası müvafiq qaydalara uyğun təşkil olunub.xeber100.com

Yanvar 12, 2023 1:31

Dövlət İmtahan Mərkəzi imtahan verəcək namizədlərə müraciət edib

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün BB vəzifə qrupuna aid inzibati vəzifələr üzrə yanvarın 15-də kağız daşıyıcılar vasitəsilə keçiriləcək test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Qeyd edilib ki, namizəd imtahana şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. Yanvarın 15-də keçiriləcək digər vəzifə qrupları (AB,AC,BA) üzrə olan imtahanlar, həmçinin inzibati rəhbər vəzifələr (A növü) üzrə dövlət qulluğuna qəbul imtahanı isə kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında keçiriləcək.xeber100.com

Yanvar 10, 2023 2:07

Qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat davam edir

İnzibati rəhbər (A növü) vəzifələr üzrə yanvarın 15-də keçiriləcək dövlət qulluğuna qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat davam edir. Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat yanvarın 12-si saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 100 yer ayrılıb. Bu günə olan məlumata görə, imtahanda iştirak etmək üçün 52 (AB - 8, AC - 44) nəfər qeydiyyatdan keçib. Xatırladaq ki, imtahanlarda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.xeber100.com

Yanvar 9, 2023 11:38

Azərbaycan Dillər Universitetinin məlumatı əsasında…

Azərbaycan Dillər Universitetində (ADU) qış imtahan sessiyası davam edir. Qarlı hava şəraiti ilə əlaqədar imtahana gecikən tələbələrə bir saatadək şərait yaradılıb. Bu barədə ADU-dan məlumat verilib. Bildirilib ki, imtahanların saat 10:00-da başlayıb 12:00-da bitməsinə baxmayaraq, gecikənlər sessiyaya buraxılıblar. Həmçinin yaşayış yerinə görə imtahana gələ bilməyən tələbələrin iştirak etməməsi üzürlü sayılacaq və onlar üçün sessiya müddətində növbəti günlərdə yenidən imtahan təşkil olunacaq.xeber100.com

Yanvar 9, 2023 11:29

2022-2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir

Bakı Dövlət Universitetində (BDU) 2022-2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir. Bu gün imtahanda iştirak etməli olan 4. 827 tələbədən 4.742-si imtahanda iştirak edir, 85-i isə hava şəraiti və digər səbəblərə görə imtahana gəlməyib. Bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, imtahanda iştirak etməyən tələbələrə müvafiq qaydalara uyğun olaraq münasib vaxtda imtahan vermələri üçün imkan yaradılacaq. Qış imtahan sessiyasında imtahanlar iki növbədə (bakalavriat səviyyəsi üzrə yazılı imtahanlar saat 10:00-13:00-dək, şifahi və magistratura səviyyəsi üzrə imtahanlar saat 14:00-17:00-dək) keçirilir. Bakalavriatura səviyyəsində ümumilikdə 20 mindən çox, magistratura səviyyəsində isə 1975 tələbə imtahan verəcək.xeber100.com

Yanvar 9, 2023 11:26
    Page 1 of 13912345...102030...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az