Qurtuluş millətçilikdədir

Iraqın Türkmən Cəbhəsinin lideri Ərşad Salihi Türkməneli dövlətinin yaradılmasından danışıb. Salihi bildirib ki, Şimali Iraqda müstəqil Kürdüstan dövlətinin qurulacağı təqdirdə Bağdadla birgə qalmağa üstünlük verəcəklər. Bu da baş tutmasa, Türkməneli Cümhuriyyətinin yaradıldığını elan edəcəklər. Azadliq.info xəbər verir ki, Salihi Suriya türkmənlərinə də səslənərək qurtuluşun millətçilikdə olduğunu bildirib: “Iraq və Suriya türkmənləri birgə addım atmalıdır. Suriya türkmənləri Cenevrə danışıqlarından kənarda saxlanıldı. Amma türkmənlər narahat olmasın. Danışıqlara qatılan tərəflərin o toplantıda anlaşa biləcəklərinə inanmıram. Suriya türkmənləri bölgəni müdafiə edib birliyi qoruya bilsələr, Əsəd iqtidardan gedəndən sonra qazancları böyük olacaq. Cenevrəyə dəvət edilməyən türkmənlər BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Staffan de Misturaya məktub göndərməlidi. Məktubda türkmənlərin danışıqlardan kənarda saxlanılmasının doğru addım olmadığı bildirilməli və bu vəziyyətin təcili düzəldilməsi tələb olunmalıdır”. Salihi deyir ki, Suriyada vəziyyət hansı istiqamətə dəyişirsə-dəyişsin orada yaşayan türkmənlər milli mücadilədən əsla vaz keçməməlidilər: “Qurtuluş millətçilikdədir. Qloballaşma dövründə türkmənlər bir olmalıdır. Suriya və Iraqda yaşayan türkmənlər əlaqəli şəkildə hərəkət etməlidilər. Bir-birimizə sahib çıxmalıyıq. Türkmənlərin birliyini təşviq edən kofrans və seminarlar təşkil etməliyik. Bu təşəbbüslərə Türkiyə Cümhuriyyətindən də dəstək gəlməlidir. Türkmənlərin birliyi bölgədəki bir çox qüvvələrin oyunlarını pozacaq. KDP və KYB terrorun qarşısını almaq bəhanəsiylə Suriya sərhədindən Iran sərhədinə qədər uzanan və faktiki olaraq Iraqı bölən xəndəklər qazır. Türkmənlərin birləşməsi bu oyunun da qarşısını alacaq. Kürdüstan Iraqdan ayrılmaq istəsə, biz Bağdadla birgə qalmağı seçəcəyik. Kərkük xüsusi statuslu bölgə olacaq. Türkmənlərin rahat həyat tərzi üçün Türk dünyasının yardımına ehtiyacımız var. Bizimlə birgə olmalarını istəyirik. Türk milləti əzəldən var olub və Inşallah bu, əbədiyyətə qədər belə olacaq. 17 dövlət quran bizlər 18-ci dövləti də qura bilərik. Tarixdən güc alıb gələcəyə doğru gedərik”.  

Fevral 4, 2016 1:52

Önəmli tarixlər

''Vaksin'' sözünün yaranması   XIV-XVIII əsrlərdə  taun,çiçək və vəba epidemiyaları insanların kütləvi tələfatına səbəb olurdu.Təkcə XIV əsrde taun epidemiyasından 25 milyon adam ölmüşdür.Bokkaçonun Dekameron adlı əsərində taun epidemiyasının törədiyi fəlakət ətrafında təsvir olunur.Bəzi dövlətlərdətaun,çiçək, və vəba xəstəliyinin adı vahiməli olduğu üçün adlarını çəkənlər də cərimə edilirdi. XVII əsrdə yaşamış ingilis alimi E.Cenner bir qadından insanın çiçek xəstəliyi ilə yoluxduğunu eşitmişdir.Sonra alim öyrəndi ki,qadının Vokna adlı inəyi çiçək xəstəliyinə yoluxmuş,qadın isəhəmin inəyin xəstəliyini keçirmişdi.Cenner şahidlərinin iştirakı ilə 18 yaşlı oğlanı əvvəlcə inək çiçəyi,15 gündən sonra isə əsl insan çiçəyi ilə yoluxdurur.Uşaq insan çiçəyi ilə xəstələnmir.Bu böyük qələbə idi.Dünyanın bütün ölkələrində Cennerə çoxlu məktublar gəlir və Cennerdən kömək istəyirdilər.Beləliklə yolxucu xəstəliklərə qarşı peyvəndlərin vaksinlərin hazırlanmasının başlanğıcı qoyulmuş və VAKSİN sözü də həmin inəyin adından götürülmüşdür.   Dünyada ən böyük atlas   Dünyada ən böyük atlas Berlin dövlət kitabxanasında saxlanılır.Atlasın hündürlüyü 1m 70sm eni 2m 20sm,yaşı 200 ile yaxındır.Bu kitabxanada 8min atlas saxlanılır.Bundan başqa 7min nüsxə müxtəlif kartoqrafik ədəbiyyatlar saxlanılır.Bu kolleksiyanı 1661-ci ildən yığmağa başlamışlar.   Kitab   Ən  böyük  kitab  17-ci  əsrdə  nəşr  olunmuş  və Berlin  dövlət  kitabxanasında  saxlanılan,  coğrafiya  atlası  sayılır. Bu  böyük  cildin  hündürlüyü  2  m  eni  1 m.dir. Dünyada  ən  bahalı  kitab  isə,  Amerika  muzeylərinin  birindən  200 min  dollara  alınan  TÖVRATDIR   1 May 1May  bayramı ilk dəfə 1890- ci ildə İngiltərədə, Almaniyada , Fransada və başqa  ölkələrdə Rusiyada 1891-ci ildə Peterburqda , Bakıda isə 1902-ci ildə keçirilmişdir.  

Yanvar 28, 2016 9:34