Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Mədəni irs” Forumunda “Azərbaycanın daşınmaz tarixi – mədəni irsinin tədqiqi və mühafizəsi məsələləri” mövzusunda panel müzakirələr təşkil olunub.
Panel Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nazlı Əhmədovanın moderatorluğu ilə keçirilib. İçərişəhər qoruğunun həyata keçirdiyi tədbirlər haqqında danışan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, burada əhalinin azalmasının müşahidə olunmadığını qeyd edib: “Qoruq inkişaf mərhələsindən keçərək 2017-ci ildə bir təşkilat olaraq çıxış edib. Qoruq idarəsi iki hissədən ibarətdir. Hər iki qoruqda yüzlərlə abidə mövcuddur. Bizim məqsədimiz sakinlərlə birbaşa təmasda olmaq, turizmi inkişaf etdirmək və abidələri qorumaqdır”.
Onun sözlərinə görə, İçərişəhərin 85 faiz ərazisi tarixi abidələrdən ibarətdir. Orada ən xırda pəncərənin dəyişməsinə də diqqət yetirilir.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Haciyeva təmsil etdiyi qurum haqqında məlumat verib. O, mədəni abidələrin monitorinqinin aktiv şəkildə aparıldığını qeyd edib. “Abidələrin bir çoxu baxımsız vəziyyətdədir. Bəzi abidələrin əraziləri qeyri-qanuni zəbt olunub. Həmçinin şəxsi ərazilərdə yerləşən abidələr mövcuddur ki, orada bərpa işləri aparmaq çətinliklər yaradır”, – deyə xidmət rəisi əlavə edib.
S.Hacıyeva düzgün bərpa olunmayan abidələr haqqında söz açıb: “Bərpa prosesində bəzi abidələrin həqiqi siması itirilib, bir qrup abidə qəzalı vəziyyətə düşüb. Bir məqamı da qeyd etmək istəyirəm, əsasən yaşayış evlərində təmir-bərpa işlərini həyata keçirmək çətindir. Çünki sakinlər bu prosesə ehtiyatla yanaşır”.
Onun sözlərinə görə, 2020-ci ilin noyabrından Dövlət Xidmətinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə monitorinqlər keçirilir. Sonuncu monitorinqlər bu ilin yay-payız aylarında baş tutub. Şərqi Zəngəzurda, Ağdam rayonunda monitorinqlər keçirilib.
Xidmət rəisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci ildə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısının yenilənməsinə ehtiyac olduğunu bildirib.
Tarixi binalar üzərində olan məlumatverici lövhələrdə səhvlər olduğunu diqqətə çatdıran S.Hacıyeva onlara düzəliş edlməsində çətinlik yarandığını vurğulayıb. Bunun səbəbi isə siyahıda çatışmazlıqların olmasıdır.
O, Dövlət Xidmətinin bir sıra hədəflərinin olduğunu deyib: “Abidələrin qorunması prosesində monitorinqlərin davam etdirilməsi, daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi, ekspert şurası tərəfindən yeni siyahının və elektron reyestrin işlənilməsi, abidələrdə müdaxilələrin və dağıntıların müəyyən edilməsi, qəzalı vəziyyətdə olan abidələrin bərpası, pasportlaşdırılması, müasir və çevik sisteminin işlənilməsi və digər bu kimi işlər görülməlidir.
Qoruqların tarixi əhəmiyyəti barədə danışan Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyəti sədrinin müavini Sədaqət Davudova abidələrin düzgün bərpa edilməsi üçün tədbirlər həyata keçirildiyini qeyd edib: “Qoruğun bərpası ilə məşğul olan hər bir qrup və mütəxəssis bilir ki, bu proses çətindir. Əhalinin abidələrin qorunması üçün sosial məsuliyyətinin olması vacib amildir”.
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun icraçı direktoru Zaur Həsənov rəhbərlik etdiyi arxeoloji ekspedisiyalar barədə məlumat verib.
Avstriyanın dünyaca məşhur restavrasiya şirkəti “Atelier Erich Pummer GmbH”un 2010-cu ildən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə əməkdaşlıq etdiyini nəzərə çatdıran şirkətinin müdir müavini Çingiz Nemanzadə bu müddət ərzində “Qız Qalası”, “Qoşa Qala” qapıları, Məhəmməd, Cümə və Bəylər məscidləri kimi məşhur tarixi abidələrdə restavrasiya işlərinin müvəffəqiyyətlə aparıldığını qeyd edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…