“Əminliklə demək olar ki, Qlobal Forum mədəniyyətlərarası dialoq və anlaşmanın yeni yollarını tədqiq etmək, yeni tərəfdaşlıq və əməkdaşlıq əlaqələrini təşviq etmək istiqamətində mühüm beynəlxalq hadisə olacaq”. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Respublika” qəzetində dərc olunan məqaləsində qeyd edib. Nazir bildirib ki, tədbir çərçivəsində faydalı əlaqələrin qurulması məqsədilə keçirilən toplantılar forumun məqsədlərini genişləndirmək üçün mövcud və gələcək tərəfdaşlar arasında əməkdaşlıq imkanlarının tədqiqi baxımından da əlavə imkan yaradacaq: “İnklüziv cəmiyyətlərdə birgəyaşayış həm də BMT-nin sülh və əmin-amanlıq, insan haqları və inkişaf kimi üç əsas prinsipi ilə üst-üstə düşür. Bərabər siyasi və iqtisadi yaşam tərzinə imkan yaradan cəmiyyətlər həm hakimiyyət, həm də sərvət uğrunda mübarizəyə qoşulan insanlara qarşı zorakı yanaşma tərzinin məntiqi əsaslarını minimuma endirir. Tolerantlıqdan əlavə, inklüziv cəmiyyətlərdə milli azlıqların insan haqlarına hörmət göstərilməsi həmin milli azlıqların yaşadıqları cəmiyyətlərdə özlərini tam və bərabərhüquqlu üzv kimi hiss etməsinə kömək edir. Bunun əksinə olaraq, ayrı-ayrı insanlar və icmalar öz təhlükəsizlikləri və ictimai həyatda tam iştirak imkanları xüsusunda getdikcə daha çox qeyri-müəyyənliklə rastlaşdıqları zaman, etimadsızlıq halları baş verir. Ümumiyyətlə, cəmiyyətdən təcridolunma və sosial narazılıq insanlarda çaşqınlıq hissini gücləndirir və buna görə də bu cür hallar radikal düşüncə tərzlərini qidalandıraraq insanları, xüsusilə də gəncləri zorakı ekstremizmə sövq edir”. Ə.Qarayev əlavə edib ki, bu baxımdan forumun ev sahibi olaraq Azərbaycan fərqli mədəniyyətə, dini dünyagörüşünə malik insanların əsrlər boyu birgə yaşadıqları inklüziv ölkə modelidir: “Azərbaycan xalqının tarixi tolerantlığı və digər xalqlara münasibətdə göstərdiyi anlayış, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi rəhbərliyi sayəsində müxtəlif dini və etnik mənsubiyyəti olan insanlar bu ölkənin inkişafı naminə bir yerdə, qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşayırlar. Eyni zamanda həm islam, həm də Avropa təşkilatlarının üzvü olan Azərbaycan hər iki sivilizasiyanın mədəni-mənəvi dəyərlərini qəbul edərək “sivilizasiyalararası körpü” rolunu oynayır. Bu gün Azərbaycan malik olduğu möhkəm mədəni ənənələr əsasında müasir dünyəvi dövlət quruculuğunun nümunəsi olmaqla yanaşı, sivilizasiyaları bir-birinə yaxınlaşdırmağa, qlobal miqyasda qarşılıqlı anlaşma atmosferini yaratmağa da öz töhfəsini verir. Nazir vurğulayıb ki, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu bu sahədə Azərbaycan örnəyini nümayiş etdirməklə bərabər, hazırda dünyada baş verən prosesləri qiymətləndirməyimiz üçün mühüm bir imkandır: “Təəssüflə qeyd etməliyik ki, bu gün dünyada etnik və dini zəminli qarşıdurmalarla müşayiət olunan neqativ proseslərin çoxu ayrı-ayrı xalqlara xas olan və əsrlər boyu formalaşmış mədəni ənənələri, dəyərləri, baxışları, həyat tərzini, dini postulatları yetərincə düzgün başa düşməməyin nəticəsidir. Yalnız dialoq, qarşılıqlı ünsiyyət bir-birimizi daha yaxşı anlamağa, münaqişələrin səbəblərini təhlil etməyə, yaranmış mürəkkəb vəziyyətdən birgə çıxış yolları tapmağa kömək edə bilər. Qlobal Forumun mövzusu da bu məram üzərində köklənmişdir. İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd”. Forum “birgə yaşayış” məfhumunun “inklüziv” cəhətini vurğulamaqla, çağdaş dövrün getdikcə daha da müxtəlifləşən cəmiyyətlərində hər kəsə bərabər imkanların təmin olunduğu yaşayış tərzinə dair çağırışın səslənməsini və bu istiqamətdə irəliləyişin əldə olunmasını təmin etmək üçün müxtəlif sektorların çoxsaylı perspektivlərini gündəmə gətirəcək”. Ə.Qarayev qeyd edib ki, beynəlxalq forum çərçivəsində gənclər üçün tədbirin keçirilməsi də nəzərdə tutulur. Bunun üçün müxtəlif ölkələrdən tədbirə qoşulmaq arzusunu bildirən 7 min nəfər arasından 250 iştirakçı seçilib: “Bu işə BMT-nin tərəfdaşları olan biznes strukturlarının, mədəniyyət və mədəniyyətlərarası dialoq sahəsində layihələrin həyata keçirilməsinə kömək edən şirkətlərin də qoşulması gözlənilir. Dünyanın 100-dən çox tanınmış şirkətinin iştirakı ilə Qlobal Forum tarixində ilk dəfə olaraq biznes simpoziumu da keçiriləcək: “Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində gerçəkləşəcək forumun toplantıları beynəlxalq televiziyalar və internet vasitəsilə 6 dildə canlı yayımlanacaq. Forumda mətbuat üçün də əhatəli proqram nəzərdə tutulub. Bura həm forumun işıqlandırılması, həm də mədəniyyət sahəsində qarşılıqlı fəaliyyət məsələlərində beynəlxalq informasiya agentliklərinin rolunun müzakirəsinə həsr edilmiş seksiyalar daxildir”. Nazir yazır ki, Qlobal Forumunun gündəmi və müzakirə mövzuları kifayət qədər genişdir: “Üç gün ərzində “Dini rəhbərlər və zorakı ekstremizm: qabaqlayıcı tədbirlərlə bağlı çətinliklər”, “Vətəndaş cəmiyyəti və biznes: sülh, təhlükəsizlik və davamlı inkişaf naminə birgə fəaliyyət”, “Nifrət çıxışlarının qarşısının alınması və bu cür hallarla mübarizə sahəsində qabaqcıl metodların mübadiləsi”, “Tətbiqi proqramlar və video-oyunlar vasitəsilə kiber-ekstremizm əleyhinə əks-təbliğat tədbirləri”, “Münaqişə zonalarında sülhün bərqərar edilməsi prosesində qadınların rolu”, “Davamlı və inklüziv inkişaf naminə idman”, “Qlobal miqrasiya prosesində şəhərlərin rolu”, “Sülhsevər və inklüziv cəmiyyətlərin formalaşdırılmasında gənclərin iştirakı: nəsillər və sahələr arasında tərəfdaşlıq əlaqələrinin həlledici rolu”, “Multikultural cəmiyyətin formalaşdırılmasında Azərbaycanın rolu”, “Birgəyaşayışın öyrənilməsi: təhlükə və münaqişə problemi”, “Bakı prosesi: qlobal mədəniyyətlərarası dialoq üçün yeni çağırışların cavablandırılması”, “Media peşəkarlığı: zorakı ekstremizmin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr”, “Ekstremizmin qarşısını almaq üçün çoxmədəniyyətli (multikultural) cəmiyyətin formalaşdırılması perspektivlərinin təşviqi” və digər mövzularda seminarlar keçiriləcək”. Ə.Qarayev bildirib ki, tədbirin yekununda birlikdə “Bakı bəyannaməsi” qəbul olunacaq: “Bəyannamənin layihəsi BMT-nin qərargahında müzakirə olunmuş, alyansın üzvü olan bütün ölkələrin rəsmi nümayəndələrinə təqdim edilmişdir”.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…