Mayın 4-də Heydər Əliyev sarayında məktəblilərin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş “Tarix yaradan şəxsiyyət” adlı yubiley konserti keçiriləcək.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, konsertdə məktəblilər Ulu Öndərin ən sevdiyi mahnıları səsləndirəcək, həmçinin Heydər Əliyevə həsr olunan ədəbi-bədii kompozisiya nümunələri nümayiş etdirəcəklər. Bununla yanaşı, tanınmış mədəniyyət və incəsənət xadimləri də uşaqlarla eyni səhnəni bölüşəcəklər.
Tədbirdə Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzləri, Bülbül adına orta ixtisas musiqi məktəbi, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyası və digər incəsənətyönümlü təhsil müəssisələrinin şagirdləri böyük səhnədə çıxış edəcəklər. Heydər Əliyevin həyat yolu, zəngin və çoxşaxəli irsi, zəngin dövlətçilik təcrübəsini özündə əks etdirən videoçarxlar da nümayiş olunacaq.
Konsertdə Vətən müharibəsi şəhidlərinin övladları, valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbləri, eləcə də Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən ümumilikdə 1500-ə yaxın şagirdin tamaşaçı qismində iştirakı nəzərdə tutulur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…