Özbəkistanın Səmərqənd şəhərində təşkil edilən XIII “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında münsiflər heyətinə sədrlik edən Beynəlxalq Muğam Mərkəzinin (BMM) direktoru, Əməkdar artist Sahib Paşazadə festival çərçivəsində keçirilən “Şərq xalqlarının musiqi mədəniyyəti: qloballaşma prosesində yaradıcı bağlılıq prinsipləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda da çıxış edib. 32 ölkədən 46 musiqişünas, folklorşünas, mədəniyyətşünas, ali təhsil müəssisələrinin rektorları və beynəlxalq elmi-tədqiqat institutları və elm mərkəzlərinin rəhbərləri iştirak etdiyi elmi konfransdan sonra Yunis Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutu və Şərəf Rəşidov adına Səmərqənd Dövlət Universiteti ilə Beynəlxalq Muğam Mərkəzi arasında birgə əməkdaşlıq memorandumu imzalanıb.
Beynəlxalq Muğam Mərkəzindən bildirilib ki, BMM ilə hər iki ali təhsil müəssisəsi arasında imzalanan müqavilədə qarşılıqlı elmi və mədəni mübadilə imkanlarının inkişafı, elmi-tədqiqat işləri, qarşılıqlı konsert və mədəni layihələr, ustad dərsləri kimi əməkdaşlıq məsələləri nəzərdə tutulur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”