Sentyabrın 18-də Yaşıl Teatrda bəstəkar İmruzə Hüseynovanın “Mübarəkdir Zəfərim” adlı yaradıcılıq axşamı keçiriləcək.
Konsert, eyniadlı unikal mahnı ilə açılacaq və tamaşaçılara böyük Zəfərə həsr olunmuş ilhamverici kliplər təqdim olunacaq. Konsertdə Azərbaycan səhnəsinin tanınmış sənətçiləri çıxış edəcəklər. İlk olaraq Təranə Vəlizadə səhnəyə çıxacaq.
Konsert daha sonra digər məşhur ifaçıların çıxışları ilə davam edəcək. O cümlədən, Flora Kərimova və Nadir Qafarzadə duet ifasında “Darıxmışam sənin üçün”, Lalə Məmmədova və Rəşad İlyasov duet ifasında “Romanıq ikimiz də” mahnılarını səsləndirəcəklər. Bundan başqa, Lalə Məmmədova solo ifasında “İstəmirəm vüsalını”, Rəşad İlyasov solo ifasında “Son dəfə”, Nisə Qasımova solo ifasında “Eynəklər”, Firəngiz Allahverdiyeva solo ifasında “Ata”, Samir Piriyev solo ifasında “Yuxu”, Nərmin Kərimbəyova solo ifasında “Başqasını sev”, Cavan Zeynallı solo ifasında “Bəxtimsən, taleyimsən”, Arif Nəbiyev solo ifasında “Qısqanmasan”, Şölə Səfərəliyeva solo ifasında “İgidlər diyarı”, Təranə Vəlizadə solo ifasında “Əbəsdi” və “Unuda bilmirəm”, Ceyhun Bakinskiy solo ifasında “Bakı”, Elxan Qaraxanoğlu solo ifasında “Eşq nəğməsi” və s. mahnılar ifa ediləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”