Aprelin 26-da Bakı Bələdiyyə Teatrının Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə səhnələşdirdiyi “Ana tarla” tamaşasının premyerası keçirildi.
Azərbaycanın siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində baş tutan tamaşa, Türk dünyasının tanınmış yazıçısı Çingiz Aytmatovun “Ana Torpaq” əsərinin motivləri əsasında səhnələşdirilib.
Ümummilli lideri Heydər Əliyev böyük yazıçı və ictimai xadim, türkçülüyün təbliğatçısı Çingiz Aytmatovun şəxsiyyətinə, yaradıcılığına və xidmətlərinə zamanında yüksək qiymət verərək demişdir: “Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün türk dünyasının fəxridir”.
“Heydər Əliyev İli” çərçivəsində tamaşanın təşkili Ulu Öndərin Türk dövlətlərinin ədəbi şəxsiyyətlərinə, onların yaradıcılıqlarına verdiyi önəmə, o cümlədən görkəmli yazıçı, ictimai-siyasi xadimi Çingiz Aytmatovla olan doğma münasibətinə ithaf edilib. Tamaşanın hazırlanması və nümayişi Çingiz Aytamatovun zəngin irsinin tanıdılmasına, eləcə də təşkilatın qurucu üzv ölkələri Azərbaycan ilə Qırğızıstanın mədəni əlaqələrinin daha da gücləndirilməsinə töhfə vermək məqsədini daşıyır. Fondla əməkdaşlıq çərçivəsində Bakı Bələdiyyə Teatrı tərəfindən səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Çingiz Aytmatovun “Ana tarla” povesti, doğma yurda və torpağa sadiq olan sadə insanlar haqqındadır.
Əsərdə dövrün əsas bəlası kimi II Dünya Müharibəsi və bu müharibənin timsalında insanların yarımçıq qalmış taleləri, məhv olmuş arzu və istəkləri, eyni zamanda insanlığa, gələcəyə olan ümidləri göstərilir.
Ç.Aytmatov əsərdə ilk dəfə şərti formadan istifadə etmiş, əsərdəki hadisələri Tolqanay ananın torpaqla söhbəti şəklində göstərmişdir və tamaşadada rejissor Mərahim Fərzəlibəyov da yazıçının təxəyyül məhsulunu eynilə səhnəyə gətirməyə nail olub.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən premyerada Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv və müşahidəçi ölkələrin səfirləri, Türk Əməkdaşlıq Təşkilatlarının rəhbər və nümayəndələri, millətvəkilləri, tanınmış ictimai, mədəniyyət və incəsənət xadimləri, eləcə də bir çox qonaqlar iştirak edirdilər.
Tamaşanı səhnələşdirən və quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssam Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, plastik səhnələri quruluşu Əməkldar artist Bəhruz Vaqifoğlu, musiqi hissə müdiri Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərla Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğludur. Əsərin tərcüməsi Teymur Elçinə aiddir.
Tamaşada iştirak edirlər:
Tolqanay – Hüsniyyə Mürvətova (Əməkdar artist)
Suvankul – Rəşad Kəsəmənli
Qasım – Tural Əhməd
Masılbek – Namiq Cavadov
Caynaq – Elçin Muradov
Aliman – Ülviyyə Rza
Usanbay – İsmayıl Atakişiyev
1-ci sünbül – Zülfiyyə Məmmədova
2-ci sünbül – Günel Həmidova
3-cü sünbül – Aynur Abbasova
4-cü sünbül – Arzu Ağayeva
Aişə – Səmayə Sadıqova(Əməkdar artist).
Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılmışdır. Bu illər ərzində saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, eyni zamanda dünya ölkələrində təbliğ edən teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, eləcə də dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirilmişdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…