“ Əgər Rahib Hüseynov mənim üçün vaxtından tez institutun qapılarını açmasaydı, əgər Tofiq Kazımov məni görüb baş rola dəvət etməsəydi, qismətimə İlyas Əfəndiyev kimi dramaturq çıxmasaydı, əgər Bakı Bələdiyyə Teatrını yaratmasaydım, bu teatrla cəbhə bölgələrində olmasaydım, on altı xarici ölkədə qastrolda olmasaydım, teatr mükafatları almasaydım, o qədər fərqli rollarla səhnəyə çıxmasaydım, kinoya çəkilməsəydim, sənətşünaslıq doktoru elmi dərəcəsi almasaydım və məni mən edən hadisələr olmasaydı, buna uğurlu sənət taleyi demək olardımı? Yox! Odur ki, mən həm ömrümboyu göstərdiyim əzmkarlığıma, həm də şanslı olmağıma “əhsən” deyirəm” deyən, zəngin yaradıcılıq axtarışları sayəsində milli teatr və kino sənətinə dəyərli töhfələr vermiş, lirik-psixoloji üslublu aktyor məktəbinin yaradıcılarından biri olan, ictimai xadim, Dövlət mükafatları laureatı, sənətşünaslıq doktoru, 1964-cü ildən ömrünün axırına qədər teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradan, ilk sənət addımlarını atdığı Azərbaycan Dövlət Akademik Milli Dram teatrının səhnəsində onlarla səhnə ekranında maraqlı obrazlarla çıxış edən aktrisanın oynadığı bütün rolları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Amaliya Pənahova Azərbaycan səhnəsinə yeni nəfəs gətirdi, oynadığı obrazların daxili psixoloji dünyasını aşkara çıxararaq, onu tamaşaçılar üçün daha da aydın etdi.
Onun oynadığı obrazlar – (Nərmin (“Unuda bilmirəm”), Nargilə (“Sən həmişə mənimləsən”), Şahnaz (“Mahnı dağlarda qaldı”), Nurcahan (“Mənim günahım”), Təhminə (“Təhminə və Zaur”) və b.) yaratdığı qadın personajları faciə və komediyanın vəhdətində formalaşır, bir yenilikçi kimi dünyaya müraciət edir. Ən önəmlisi isə Amaliya xanımın qadın personajları öz məğrurluğu ilə seçilir və hər birinin cəmiyyətdə öz mövqeyi var.
Aktrisanın qəhrəmanları -Xurşidbanu Natəvan, Tomris, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya və b. Bir-birindən kəskin şəkildə fərqlənir, ancaq hər birində mübarizə ruhu var.
Azərbaycan səhnəsində ilk dəfə Medeyanı oynayarkən, onun Medeyasını görüb səhnəyə gələnlər çoxluq təşkil edirdi.
Xalq yazıçısı Elçin 1982-ci ildə “Qobustan” jurnalında fransız dramaturqu J.Anuyun “Medeya” pyesi əsasında rejissor Mərahim Fərzəlibəyovun eyniadlı tamaşasına dair “Təzadların faciəsi” məqaləsində yazırdı ki, Amaliya Pənahova Medeyanın təbiəti və taleyindəki layları bir-bir qaldırır və göstərə bilir, həm də bu zaman əlvan, təzadlı, yağlı boyalardan da, güclə seziləcək akvareldən də istifadə etməyi bacarır…
Amaliya Pənahova 30-a yaxın filmdə bir-birindən maraqlı rollar oynayıb, bir o qədər filmi isə məlahətli səs tembri ilə səsləndirib.Bir qədər haşiyə çıxaq. SSRİ dövründə Azərbycan kino sənəti nə qədər çox inkişaf edirdisə, dublyaj redaksiyasnın fəaliyyətinə də bir o qədər diqqət yetirilirdi. Kinosevərlər o illərdə dublyaj olunan filmlərin səviyyəsini heç bir vaxt unutmurlar. Çünki məhz həmin illərdə filmlərimizdən tanıdığımız, sevdiyimiz ifaların əksəriyyətinin səs imkanlarını dublyaj olunan filmlərdə də görürük və çox vaxt bu səs sahiblərinin səsinin ahənginə yığışırıq. O da təsadüfi deyil ki, 1960-1980-ci illərdə dublyaj olunmuş filmlərdə bu dəyərlər əsas götürüldüyündən peşəkar səsləndirmə filmlərin təsir gücünü daha da artırırdı. Amaliya Pənahovanın müxtəlif janrlı filmlərdə səsləndirdiyi Aişə (“Alma, almaya bənzər”), Lalə (“Ürək… Ürək…”), Ağbəniz (“Qızıl uçurum”), Selcan (“Dədə Qorqud”), Balış (“Qanun naminə”), Tanya (“Bizim Cəbiş müəllim”), Əsmər (“Gün keçdi”) və başqa obrazların məlahətli səsi obrazı sevdirir, hətta obrazı oynayan aktrisanın ifasını diqqətdə saxlayır. Bu, səsin möcüzəsidir ki, Amaliya Pənahova öz səsinin işığında tamaşaçılarını bir araya toplayır, onları düşündürü
Azərbaycanın çətin bir dövründə siyası və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakı Bələdiyyə Teatrını yaratması və teatrın sayəsində sənətdə yeni vətənpərvərlik modelini ortaya qoyması isə yaxın keçmişdə baş verdi. Artıq Bakı Bələdiyyə Teatrı artıq 31-ci ilinə qədəm qoyub və dəst-xəttilə diqqət mərkəzindədir…
O, aktrisa olmaq üçün dünyaya gəlmişdi, gəldi, rolunu oynadı və getdi, ancaq unudulmadı…
Vəfatının 5-ci ildönümündə sənət kraliçasını böyük ehtiramla yad edirik!xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…