Oktyabrın 29-da Nizami Kino Mərkəzində rejissor Əjdər İbrahimovun 100 illik yubileyi qeyd edilib.Azərtac xəbər verir ki, yubiley mərasimi rejissor Nizami Abbasın “Narahat adam” sənədli filminin nümayişi ilə başlayıb.Sonra Ə.İbrahimovun həyat və fəaliyyətini əks etdirən fotoslayd nümayiş olunub.“Azərbaycanfilm” kinostudiyasının direktoru Cəmil Quliyev tədbirdə çıxış edərək Əjdər İbrahimovun fəaliyyətinin çox zəngin olduğunu bildirib. O deyib: “Görkəmli rejissor müharibə dövrü keçib, bir neçə ölkənin azad olunmasında iştirak edib. Sonradan o, kino sahəsində fəaliyyətə başlayıb. Bir müddət sonra Vyetnama göndərilib. Vyetnam kinematoqrafiyasının məşhur rejissorları məhz onun emalatxanasında çalışıblar. Xalq artisti Vyetnam kinosuna böyük töhfələr verib. Ə.İbrahimovun fəaliyyəti “Mosfilm”lə də bağlı olub. O, bu kinostudiyada sıravi işçi deyil, böyük birliyin rəhbəri kimi çalışıb. İndiki bir sıra məşhur rus rejissorları vaxtilə Əjdər İbrahimovun dəstəyindən yararlanıblar. SSRİ-nin Xalq artisti, həmçinin Rusiya ilə Türkiyə arasında mədəni körpünün qurulmasında iştirak edib”.Rejissorun həyat yoldaşı Marqarita Maleyevna bildirib ki, hamını onların bir yerdə necə yaşadıqları sualı maraqlandırırdı. Qeyd edib ki, o, həyat yoldaşının böyük şəxsiyyət olduğunu bilirdi və hər zaman ona bənzəməyə çalışırdı. Ə.İbrahimov ssenarinin sirlərini həyat yoldaşına öyrədib və onun kinoya gəlməsinə kömək göstərib.Əməkdar mədəniyyət işçisi kinooperator Rafiq Qəmbərov rejissorla birgə çəkdikləri filmdən söhbət açıb. Bildirib ki, o zamanlar gənc bir operatorun Ə.İbrahimov kimi sənətkarla çalışması onun üçün şərəf idi.Rusiyalı rejissor Boris Blank rejissorla birgə qazandığı təcrübəsini bölüşərək deyib ki, Ə.İbrahimov hər zaman insanlarla mehriban davranır, işinə isə çox məsuliyyətlə yanaşırdı.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…