Fevralın 17-də Azərbaycan Milli Xalça Muzeyində Avropanın milli geyim və ornamentlərinə həsr olunmuş “Bağçada güllər” sərgisi açılıb.
Sərgi altıncı “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, “Arts Council Azerbaijan” təşkilatının, Azərbaycan Milli Xalça Muzeyinin və Aİ-yə üzv dövlətlərin səfirliklərinin dəstəyi ilə təşkil edilib.
Tədbirdə muzeyin direktoru Əminə Məlikova ziyarətçilərə unikal eksponatları təqdim etmək imkanına görə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyunciçə minnətdarlığını bildirib.
Layihənin konsepsiyası barədə danışan direktor qeyd edib ki, sərgidə muzeyin “qızıl kolleksiyası”ndan olan bir neçə xalça – əsasən XVIII əsrin sonu və XIX əsrin əvvəllərinə aid Qarabağ xalçaları nümayiş olunur. Sərginin əsas mövzusu çiçəklənmə və rifahın rəmzi kimi gül motividir. Bu motiv səkkiz Avropa ölkəsinin və Azərbaycanın milli geyimlərini bir ideya ətrafında birləşdirib.Sərgidə Bolqarıstan, Çexiya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya və Slovakiya səfirlikləri tərəfindən təqdim olunan 16 dəst milli geyim nümayiş etdirilir. Bu nümunələr Avropa ölkələrinin zəngin mədəni müxtəlifliyini, müxtəlif tarixi dövrlərdən gələn adət-ənənələrini, fərqli kimliklərini və geyimlərin bəzək xüsusiyyətlərini əks etdirir. Sərgi fevralın 21-dək davam edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”