Respublika Gənclər Kitabxanasında Aşıq Ələsgərin 205 illiyi münasibətilə “Saz, söz ustadı Aşıq Ələsgər” adlı virtual kitab sərgisi hazırlanıb. Bu barədə kitabxanadan məlumat verilib.
Bildirilib ki, virtual sərgidə Azərbaycan ədəbi-mədəni irsinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin zəngin yaradıcılığı, onun poeziyasının dərin fəlsəfi mahiyyəti və milli-mənəvi dəyərlərimizin formalaşmasındakı rolu geniş şəkildə təqdim olunub.
Sərgidə “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının tam mətni yer alır. Bu sənəd Aşıq Ələsgər irsinin dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.
Virtual kitab sərgisində görkəmli ədiblərin – Xalq şairləri Səməd Vurğun, Məmməd Araz, Xalq yazıçıları Mirzə İbrahimov, Mehdi Hüseyn, həmçinin akademiklər Həmid Araslı və Məmməd Arif tərəfindən Aşıq Ələsgər haqqında söylənilən dəyərli fikirlər yer alıb.
Həmçinin Aşıq Ələsgərin yaradıcılığını əhatə edən bir çox kitabların tam mətni oxuculara təqdim edilir. Eyni zamanda “Aşıq şeiri”, “Sazlı-sözlü Göyçə”, “Aşıq Ələsgər”, “Ustad nəfəsli saz-söz ərməğanı”, “Aşıq Ələsgər yaradıcılığında sufizm”, “Xalq aşığı Ələsgər” kimi nəşrlər də sərgilənib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”