1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İçərişəhərdə “TEAS Press” nəşriyyat evi kitab satış–sərgisi keçirib. Azərtac xəbər verir ki, sərgidə nəşriyyat evinin “Üç alma” uşaq ədəbiyyatı bölməsinin nəşrləri, həmçinin ingilis dilinin tədrisi və öyrənilməsi məqsədilə müxtəlif dil bacarığı səviyyələri üçün Böyük Britaniyanın “Oxford University Press” tərəfindən nəşr olunmuş dərsliklər, lüğətlər və başqa kitablar nümayiş edilib və satılıb. Sərginin məqsədi Azərbaycanın gələcəyi uşaqların biliyini, dünya görüşünü artırmaq və onları maarifləndirməkdir. “TEAS Press” nəşriyyat evi Avropa Azərbaycan Cəmiyyəti tərəfindən ölkəmizdə nəşriyyat işinin yeni səviyyəyə yüksəldilməsi, Azərbaycan müəlliflərinin əsərlərinin ən yüksək nəşriyyat standartlarında nəşri, həmçinin ölkəmizin xaricdə tanıdılmasına dəstək vermək məqsədilə təsis edilib. Qeyd edək ki, “TEAS Press” nəşriyyat evinin “Üç alma” uşaq ədəbiyyatı bölməsi 2014-cü ildə yaradılıb. “Üç alma” uşaqları əyləndirmək, maarifləndirmək və onları mütaliəyə həvəsləndirmək üçün dünyanın ən yaxşı uşaq kitablarını həm klassik, həm də yeni kitabları tərcümə edərək çap edir. Bununla yanaşı, Azərbaycanda və xaricdə yaşayan azərbaycanlı yazıçı və illüstratorları cəlb etməklə uşaqlar üçün beynəlxalq standartlara cavab verən bədii və elmi-kütləvi ədəbiyyat nümunələri nəşr olunur. “TEAS Press” nəşriyyat evi dünyada ən böyük universitet nəşriyyatı olan “Oxford University Press” (OUP) nəşriyyatının ingilis dilinin tədrisi və digər nəşrlərin yayımı üzrə Azərbaycanda rəsmi nümayəndəsidir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…