Aprelin 29-da Milli İncəsənət Muzeyində Beynəlxalq Rəqs Günü münasibətilə konsert proqramı keçirilib. Tədbir Azərbaycanın Xalq Artisti Əminə Dilbazinin əziz xatirəsinə həsr olunub. AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin elmi-kütləvi işlər şöbəsinin müdiri Rəhimə Çərkəzova bu günün əhəmiyyətindən danışıb. Bildirilib ki, hər il dünyanın bir çox ölkəsində 29 aprel – Beynəlxalq Rəqs Günü kimi qeyd olunur. Rəqs müxtəlif xalqların tarixini özündə yaşadaraq, onun milli və mənəvi dəyərlərinin əyləncəli və zövqlü ifadəsidir. Bu gün, 1982-ci ildə UNESCO-nun qərarı ilə müasir baletin atası sayılan fransız baletmeysteri, xoreoqrafiya sənətinin qurucusu və nəzəriyyəçisi Jan Jorj Noverin xatirəsinə ehtiram olaraq təsis olunub. Bu günün təsisçilərinin fikrincə, bayramın əsas ideyası bütün rəqs cərəyanlarını incəsənət bayrağı altında birləşdirməkdir. Vurğulanıb ki, məqsəd rəqsin bütün siyasi, mədəni və etnik sərhədləri aşdığını, insanları dostluq və barış naminə birləşdirdiyini, onları eyni dildə – rəqsin dilində danışmağa səslədiyini vurğulamaqdır. Tədbirdə Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Sarayı və “Günəş” tədris mərkəzinin rəqs ansamblının üzvləri “Bayram süitası”, “İgidlər”, “Ritm”, “Yallı” kimi rəqslərimizlə yanaşı, hind və lartın rəqslərini də ifa ediblər. Sonda fotosərgi nümayiş olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…