Sarıqamışda əsir düşən hərbçilərin xatirəsinə həsr olunan “Nargin faciəsi” tarixi dramı Bakı Bələdiyyə Teatrının təqdimatında geniş tamaşaçı auditoriyasına təqdim olundu.
Bakı Bələdiyyə Teatrının 29 yaşı münasibətilə hazırlanan təqdimat, eyni zamanda Azərbaycanın Zəfər bayramına həsr olunmuşdur.
Bayram tədbirində Azərbaycanın tanınmış simaları, ictimai-siyasi xadimləri, eləcə də qonaqlar iştirak edirdi.
Tədbirdə Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov çıxış edərək öncə qonaqları salamlayaraq tamaşa haqqında ümumi məlumat verdi, daha sonra sözü Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Əməkdar incəsənət xadimi Abdulla Qurbaniyə verdi.
A.Qurbani çıxışında qonaqları Şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad etməyə dəvət etdi. Azərbaycan himninin möhtəşəm sədaları altinda şəhidlərimiz dərin ehtiramla yad edildi.
Abdulla Qurbani daha sonra öz çıxışında Azərbaycan-Türkiyə dostluğundan bəhs edərək, bu dostluğun qədim tarixi keçmişə dayandığını xüsusuilə vurğuladı.
Sonra meydan aktyorlara verildi, tamaşaçılar böyük həyəcanla “Nargin faciəsi”ni izlədi.
Xatırladaq ki, Yazıçı Rəfail Oğuztürk Dağlının “Nargin faciəsi” əsəri əsasında hazırlanan “Nargin faciəsi” tamaşası 1914-1915-ci illərdə rus-türk cəbhəsində Sarıqamış əməliyyatında əsir düşmüş və Nargin adasında çox ağır şəraitdə saxlanıldıqlarına görə əksəriyyəti həlak olmuş minlərlə türk əsgərinin və azərbaycanlı mülki şəxslərin xatirəsinə ithaf edilib.
Tamaşanın ideya rəhbəri Amaliya Pənahova, rejissoru isə Tural Ağayevdir. Rolları Əməkdar artistlər Rafiq İbrahimov, Tofiq Bayramov, Əfqan Soltanov, Əhməd Salahov, “Humay” mükafatı laureatları Zülfiyyə Qurbanova, Tural Əhmədov, Cövdət Şükürov, Toğrul Rza, Asif Rəhimov, Rəşid Soltanov və Namiq Cavadov ifa ediblər.
Tamaşa bayram iştirakçıları tərəfindən alqışlarla qarşılandı.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…