Çinin Tibet Muxtar Rayonunun paytaxtı Lasa şəhərində 5-ci Tibet turizm və mədəniyyət sərgisi işə başlayıb. Yerli və xarici 600-dən çox iş adamının qatıldığı sərgi Tibetin (Çincə: Sican) özünəməxsus mədəni zənginliyini və turizm potensialını tanıtmaq baxımından böyük əhəmiyyət daşıyır. Tibet Muxtar Rayonu xalq hökumətinin, Çinin Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən üçgünlük sərgi çərçivəsində müxtəlif forumlar, konfranslar, təqdimatlar təşkil olunur.
Açılış mərasimində çıxış edən Tibet Muxtar Rayonu xalq hökumətinin sədri Yan Cinhay, mədəniyyət və turizm naziri Hu Hepin Çinin cənub-qərb qapısı olan Tibetin tarixi və mədəni zənginliyinin, sosial-iqtisadi nailiyyətlərinin, ekoloji mühitinin nümayişi baxımından sərginin əhəmiyyətini vurğulayıblar.
Sərgidə 19 kateqoriya üzrə məhsullar və xidmətlər, habelə Tibetin mədəni irsini, turizm potensialını, sosial-iqtisadi inkişafını əks etdirən fotolar, kitablar, audio və videomateriallar nümayiş olunur.
Sərgi çərçivəsində müxtəlif sektorları əhatə edən və ümumi dəyəri 7,44 milyard ABŞ dolları olan 60 layihə üzrə sövdələşmə əldə edilib.
Qeyd edək ki, Çinin ərazisinə görə 2-ci böyük bölgəsi olan Tibet Muxtar Rayonu dəniz səviyyəsindən orta hesabla 4 min metr yüksəklikdə yerləşir. “Dünyanın tavanı”, “Dünyanın 3-cü qütbü” adlandırılan Tibet zəngin mədəni irsə, əsrarəngiz coğrafiyası ilə cəlbedici turizm potensialına malikdir. Turizm sektoru Tibetin iqtisadiyyatında önəmli rol oynayır. Ötən il Tibeti 30 milyon turist ziyarət edib ki, bu sektor üzrə ümumi dövriyyə 6 milyard ABŞ dollarına yaxın olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…