Mədəniyyət Nazirliyi tərəfindən ötən ilin noyabrın 1-dən elan edilən bədii və animasiya filmi ssenariləri müsabiqəsinin nəticələri açıqlanıb. Nazirliyin saytında bildirilib ki, müsabiqə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamına əsasən dövlət sifarişi ilə film istehsalını həyata keçirmək, həmçinin milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə təşkil olunub.Kino ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan müsabiqəyə təqdim edilən 90-dək bədii və animasiya filmi ssenarisindən münsiflər heyəti aşağıda qeyd olunan film layihələrini seçib:
Tammetrajlı bədii
“Olimpiya” – Rüstəm Babazadə
“Zamandan kənarda” – Yavər Rzayev
“Ata” – Fariz Əhmədov, Esmira Əyyub
“Bağlı otaq” – Ramiz Fətəliyev, Yavər Rzayev
Qısametrajlı bədii
“Borc” – Ülviyyə Heydərova
“Snayper” – Əyyub Qiyas
“Buludlar” – Behzad Əhmədov
“Yonca tarlası” – Bəhruz Mustafayev
Animasiya
“Tıq-tıq və dostları möcüzələr axtarışında-2” – Sultan Abbasbəyli
“Dostum Mimi” – Reyhan Yusifqızı
“Sehrli planşet” – Vüqar Haqverdiyev
Dövlət sifarişi ilə film istehsalı üçün ssenari ehtiyatının formalaşdırılması məqsədilə seçilmiş sözügedən ssenarilərə istehsal imkanlarından asılı olaraq filmlər çəkilməsi nəzərdə tutulub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…