Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səhnə danışığı” kafedrasının dosenti, Əməkdar artist, Əməkdar müəllim Mahirə Yaqubovanın “Dublyaj sənətinin nəzəriyyəsi və praktiki əsasları” adlı yeni kitabı işıq üzü görüb.
Qeyd edək ki, dublyaj sənətinin nəzəri və praktiki əsaslarını sistemli şəkildə təqdim edən tədris ədəbiyyatında dublyajın sənət və peşə xüsusiyyətləri, aktyor ifasının spesifikası, nitq, diksiya, intonasiya, emosional ifadəlilik və obrazın səs vasitəsilə yaradılması kimi məsələlərə diqqət yetirilir.
M.Yaqubovanın zəngin pedaqoji və sənət təcrübəsi əsasında hazırlanan nəşr xüsusilə aktyor sənəti, səhnə danışığı və dublyaj istiqamətində təhsil alan tələbələr üçün mühüm mənbə kimi nəzərdə tutulub. Kitabdan həmçinin dublyaj sahəsində çalışan mütəxəssislər, müəllimlər və bu sənətə maraq göstərən oxucular da yararlana bilərlər.
Mahirə Yaqubova bildirir ki, “Dublyaj sənətinin nəzəriyyəsi və praktiki əsasları” kitabı, sənət və tədris sahəsindəki çoxillik fəaliyyətimin növbəti mühüm nəticəsidir.
Kitab Azərbaycan dilində dublyaj sənətinin nəzəri və metodoloji əsaslarının öyrənilməsi baxımından əhəmiyyətli töhfə kimi qiymətləndirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”