Mayın 5-də Bakı Bələdiyyə Teatrının Xalq yazıçısı Elçinin “Şekspir” pyesi əsasında səhnələşdirdiyi eyniadlı tamaşanın nümayişi olub. Elçinin xatirəsinə həsr olunmuş tamaşanın nümayişi Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilib.
Gecədə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev, Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, Milli Kitabxananın direktoru Kərim Tahirov, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdürü və müavini, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfiyyə Məmmədhüseynova, Xalq yazıçısı, ictimai-siyasi xadim Elmira Axundova, eləcə də tanınmış mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tamaşadan əvvəl çıxış edən Xalq artisti Mərahim Fərzəlibəyov Elçinin yaradıcılığından, Bakı Bələdiyyə Teatrı ilə olan əməkdaşlığından bəhs edib. Daha sonra tamaşanın nümayişi başlayıb.
Qeyd edək ki, Elçinin “Şekspir” pyesi dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ, Türkiyə, Rusiya, İtaliya, Ukrayna, Gürcüstan və digər xarici ölkələrdə səhnəyə qoyulub. Geniş tamaşaçı auditoriyasının marağına səbəb olan əsər, eyni zamanda dünya ictimaiyyətinin Azərbaycanın zəngin ədəbi irsi ilə yaxından tanış olmasına da şərait yaradıb.
Tamaşanın süjetinə əsasən ruhi-əsəb klinikasındakı pasiyentlərin hər biri özünün xəyalən qurduğu dünyada yaşayır, bir personaj hətta başqa planetdən gəldiyini deyir və buna inanır. Onlar təfəkküründə yaratdığı gözəl bir məskəndə yaşayırlar.
Tamaşada Rəşad Kəsəmənlinin oynadığı obrazın özünü Sovet dövlətinin lideri İ.V.Stalin hesab etməsi, bütün günü törətdiyi əməllərin peşmançılığını çəkərək, xatirələr aləmində yaşaması, Əməkdar artist Hüsniyyə Mürvətovanın oynadığı obrazın özünü məhşur fransız aktrisası Sara Bernar bilməsi və hər dəqiqə özünü səhnədə təsəvvür edərək, həyatını obrazlar aləmində yaşaması, onun Tural Əhmədin oynadığı Drob13 ilə yaşadığı hisslər, bir yerdə özlərini Romeo və Cülyetta kimi hiss etmələri, Ülviyyə Rzanın oynadığı həkimin şəxsi həyatından qaynaqlanan əsəbi durumunun iş həyatına da mənfi təsir etməsi, Toğrul Rzanın Veneralı rolunda saatlarla göyləri seyr edərək, onun arxasınca nə vaxt gələcəklərini gözləməsi, Elçin Muradovun ifa etdiyi baş sanitarın xəstələrə olan münasibəti, onlar üçün ayrılan qidalardan bəhrələnməsi və sonda səhvini başa düşməsi, aktrisa Zülfiyyə Qurbanovanın oynadığı rol vasitəsilə daim öz ikili təbiətinin problemləri ilə yaşaması, İlqar Musayevin oynadığı baş həkimin xəstələrin xəyali dünyasını dərk etməyə çalışması və sonda xəstə kimi müalicə olunan insanların əslində öz dünyalarında rahat yaşamasını qəbul etməsi, eləcə də Namiq Cavadovun və Rəşid Soltanovun oynadığı sanitar rollarının öz sakitliyini qoruyaraq xəstələrə olan münasibəti tamaşaçıya mesaj verməklə yanaşı onu düşünməyə vadar edirdi.
Tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəlibəyov “Şekspir” əsərinə tam fərqli prizmadan yanaşıb. O, tamaşaçıları “Şekspir” vasitəsilə Elçinin böyük, yeni fikirləri ilə tanış edib.
“Şekspir” tamaşası tamaşaçı auditoriyasının böyük maraqla qarşıladığı və baxaraq düşündüyü səhnə əsərlərindən biridir. Tamaşa bitincə salondan qopan alqış sədaları bunu bir daha təsdiq etdi.
Tamaşanın quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri,Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğludur.
Rollarda iştirak edirlər: İlqar Musayev(baş həkim), Ülviyyə Rza(həkim), Hüsniyyə Mürvətova(Əməkdar artist)-Sara Bernar, Rəşad Kəsəmənli(İosif Stalin), Zülfiyyə Qurbanova(Ər-arvad), Tural Əhməd(Drob 13), Toğrul Rza(veneralı), Elçin Muradov(sanitar), Rəşid Soltanov(I sanitar), Namiq Cavadov(II sanitar).xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…