Mədəniyyət və Turizm Nazirliyinin və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının birgə layihəsi əsasında yaradılan “Açıq kitabxana” layihəsinin yaxın günlərdə təqdimatı keçiriləcək. Milli Kitabxanadan Azərtac-a bildirilib ki, layihəyə əsasən kitabxananın Rəşid Behbudov küçəsinə baxan hissəsində olan bağçasında günün 24 saatı ərzində oxucuların və bütün vətəndaşların sərbəst şəkildə kitab mütaliə etməsinə şərait yaradan açıq kitabxana – sərbəst mütaliə guşəsi yaradılacaq. Yaradılacaq guşədə kitabsevərlər yazıçılar, şairlər, ziyalılar və alimlər tərəfindən kitabxanaya təqdim olunan kitablarla yaxından tanış ola biləcəklər. Eyni zamanda, açıq kitabxanada “Mən oxudum, sən də oxu” devizi altında “Kitabı kitaba dəyişmə” guşəsi də fəaliyyət göstərəcəkdir. Burada hər bir vətəndaşa artıq özünün mütaliə etdiyi kitabı gətirərək həmin guşəyə təhvil vermək və əvəzində mütaliə etmədiyi kitabı apararaq özünün iş və yaşayış yerində mütaliə etmək imkanı qazanacaq. Həmçinin, sözü gedən kitab guşələrinə müraciət edən hər bir kəs artıq onun mütaliə etdiyi və ona lazım olmayan kitabların başqa şəxslər tərəfindən də mütaliə olunmasına şərait yaradacaq. Burada həmçinin açıq səma altında poeziya gecələri, mütaliə axşamları, ayrı-ayrı yazıçı və şairlərlə görüşlər keçirilməklə yanaşı, yeni kitablarının təqdimat mərasimləri də təşkil olunacaq. Layihə çərçivəsində kitab satış yerləri də yaradılacaq. İstənilən müəllif özünün yeni çap olunan kitabını satış üçün bu açıq kitabxanaya təqdim edərək müəyyən müddətdən sonra satılan kitablarının dəyərini geri ala biləcək. Bu guşədə, həmçinin Azərbaycanda, Rusiyada və digər xarici ölkələrdə çap olunan istənilən kitabın onlayn sifarişi və oxuculara çatdırılması sistemi də təşkil olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…